Məhkəmə qərarları › İş №2(001)-1822/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1822/2025

03.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1822/2025 03.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X13 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 19 yanvar 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq Sazişi”nin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, yəni Didari-X2 Adəm Mikayıl oğluna qarşı “nikahın pozulması və uşaqlara hesablanmış alimentin artırılması” tələbi barədə mediasiyaya müraciət etmişdir. 18 saylı Mediasiya Təşkilatında tərtib olunan 19 yanvar 2023-cü il tarixli barışıq sazişinə əsasən: 1.Hər iki tərəf xx.xx.2015-ci il tarixdə qeydə alınmış nikahın pozulmasına razılığını bəyan edirlər; 2.İkinci tərəf barışıq sazişi imzalandıqdan sonra, yəni xx.xx.2023-cü il tarixdən hər ayın sonuna kimi birgə nikahdan xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X8 aylıq 200 manat olmaqla, cəmi 400 manat məbləğində aliment haqqını birinci tərəfin bank hesabına ödəməyi öhdəsinə götürür; 3.İkinci tərəfin uşağının ananın yanında qalmasına etiraz etmir, birinci tərəf isə ata ilə uşağın istənilən zamanda, uşağın gündəlik rejiminə, təhsilinə və yaşayış vəziyyətinə təsir etməmək şərti ilə, ünsiyyətinə şərait yaradacağına, özəl günlərdə (bayram, doğum günü, uşaq günü və s) ananın iştirakı ilə görüşməsinə şərait yaradacağını öhdəsinə götürür. Maraqlı şəxs Məmmədov X1 2-ci bəndində qeyd edilmiş hissədə öz öhdəsinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, o, Barışıq sazişində göstərilən şərtlərə əməl etmədiyinə görə aralarında yaranmış mübahisənin məhkəmə qaydasında həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Barışıq sazişinin əslini nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etdikdə təqdim etmişdir və həmin sənəd Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)- 2115/2023 saylı qətnaməsində xüsusi olaraq qeyd olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhz 2-ci hissəsinin maraqlı şəxs tərəfindən lazımi qaydada icra edilmədiyini əsas gətirərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirməklə yanaşı, 400 manat məbləğində aliment ödəməyə maddi imkanın çatdığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 yanvar 2023-cü il tarixli, MŞB/18/00049 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs və mediator X9 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla “1.Hər iki tərəf xx.xx.2015-ci il tarixdə qeydə alınmış nikahın pozulmasına razılığını bəyan edirlər; 2.İkinci tərəf barışıq sazişi imzalandıqdan sonra, yəni xx.xx.2023cü il tarixdən hər ayın sonuna kimi birgə nikahdan xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X8 aylıq 200 manat olmaqla, cəmi 400 manat məbləğində aliment haqqını birinci tərəfin bank hesabına ödəməyi öhdəsinə götürür; 3.İkinci tərəfin uşağının ananın yanında qalmasına etiraz etmir, birinci tərəf isə ata ilə uşağın istənilən zamanda, uşağın gündəlik rejiminə, təhsilinə və yaşayış vəziyyətinə təsir etməmək şərti ilə, ünsiyyətinə şərait yaradacağına, özəl günlərdə (bayram, doğum günü, uşaq günü və s) ananın iştirakı ilə görüşməsinə şərait yaradacağını öhdəsinə götürür.” barədə razılığa gəlmişlər. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2115/2023 saylı 17 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində 13 oktyabr 2015-ci il tarixdə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 448 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Göründüyü kimi Ərizəçi, Maraqlı şəxs və mediator X9 arasında mediasiya prosesi nəticəsində 19 yanvar 2023-cü il tarixli, MŞB/18/00049 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla nikahın məhkəmə qaydasında pozulması, Maraqlı şəxs uşaqların saxlanılması üçün alimentin tutulması, uşaqların anaları Ərizəçi himayəsində qalması, Ərizəçi uşaqların gündəlik rejiminə, təhsilinə və sağlamlığına ziyan vurmamaq şərti ilə Maraqlı şəxs sərbəst şəkildə uşaqla ünsiyyətinin təşkil olunmasını və Maraqlı şəxs istənilən zamanda, uşağın gündəlik rejiminə, təhsilinə və yaşayış vəziyyətinə təsir etməmək şərti ilə, ünsiyyətinə şərait yaradacağına, özəl günlərdə (bayram, doğum günü, uşaq günü və s) ananın iştirakı ilə görüşməsinə şərait yaradacağını razılaşdırmışlar. Tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin 1-ci hissəsi artıq icra olunanaraq nikah məhkəmə qaydasında pozulsa da, barışıq sazişinin 2-ci hissəsi üzrə öhdəliklər maraqlı şəxs tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə görə barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında mediasiya prosesində bağlanmış barışıq sazişi qismən icra edilsə də, həmin saziş üzrə Maraqlı şəxs öz üzərinə götürdüyü alimentlə bağlı öhdəliklərini icra etmədiyinə görə Ərizəçi barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin barışıq sazişinin təsdiq edilməsi ilə bağlı müvafiq tələblərinə əsaslanaraq belə qənaətə gəlir ki, barışıq sazişinin 2-ci bəndi aşağıdakı məzmunda təsdiq edilməlidir. İkinci tərəf barışıq sazişi imzalandıqdan sonra, yəni xx.xx.2023-cü il tarixdən hər ayın sonuna kimi birgə nikahdan xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X8 aylıq 200 manat olmaqla, cəmi 400 manat məbləğində aliment haqqını birinci tərəfin bank hesabına ödəməyi öhdəsinə götürür; Beləliklə məhkəmə hesab edir ki, Barışıq Sazişinin 1-ci bəndi artıq icra edildiyindən, 3-cü bəndi ilə bağlı tərəflər arasında hər hansı bir mübahisənin olmadığı, ərizəçinin məhkəməyə müraciət etməkdə məqsədinin məhz mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin 2-ci bəndinin təsdiq edilməsi olduğundan, ərizə qismən təmin edilməli, Ərizəçi, Maraqlı şəxs və mediator X9 arasında mediasiya prosesi nəticəsində 19 yanvar 2023-cü il tarixli, MŞB/18/00049 nömrəli Barışıq sazişi qismən təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi, Maraqlı şəxs və mediator X9 arasında mediasiya prosesi nəticəsində 19 yanvar 2023-cü il tarixli, MŞB/18/00049 nömrəli Barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin: 2.İkinci tərəf barışıq sazişi imzalandıqdan sonra, yəni xx.xx.2023-cü il tarixdən hər ayın sonuna kimi birgə nikahdan xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X8 aylıq 200 manat olmaqla, cəmi 400 manat məbləğində aliment haqqını birinci tərəfin bank hesabına ödəməyi öhdəsinə götürür; Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar