Məhkəmə qərarları › İş №2(001)-1830/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1830/2023

06.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1830/2023 06.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi X6 Addıxanovnanın ilə Ərizəçi oğlu xx.xx.1993-cü il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi oğlu xx.xx.1993-cü il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, Ərizəçi mərhum oğlu xx.xx.1993-cü il təvəllüdlü X9 xx.xx.2022-ci il tarixdə evdə vəfat etmişdir. Həmir vaxt təcili yardım çağırılmış, BŞT və TTYS-nin 16 saylı bölməsi tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Xəbərdarlıq vərəqində kişi cinsli meyit aşkar edilməsi göstərilmişdir. Mərhum X9 Binəqədi rayonu ərazisində yerləşən qəbiristanlıqda xx.xx.2022-ci il tarixdə dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət edilmiş, xx.xx.2022-ci il tarixdə verilmiş cavabla ölümü təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən ərizənin təmin edilməsinin mümkün olmaması, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. Hüquqlarını bilmədiyindən ərizəçi oğlu vəfat edərkən vaxtında poliklinikaya müraciət etməmiş, bu səbəbdən tibbi şəhadətnamənin alınması mümkün olmamışdır. Tibbi şəhadətnamənin verməsi ilə bağlı ərizəçi 35 nömrəli şəhər poliklinikasına müraciət edərkən ona ölüm səbəbi müəyyən edilmədiyi üçün ölüm epiqrizinin verilməsinin mümkün olmadığı bildirilmişdir. Ona görə də xx.xx.1993-cü il təvəllüdü, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsi döngə 11, 22 saylı evdə qeydiyyatda olmuş X7 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizənin məzmunu ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü X7 ölüm faktının müəyyən edilməsi ona ölüm haqqında şəhadətnamənin alınması və mərhumun qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarılması üçün tələb olunur. Ona görə də xx.xx.1993-cü il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Bakı şəhəri Binəqədi rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş XVİİ-JQ 409597 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, anası Ərizəçi, atası X2. BŞT və TTYŞ 16 saylı bölməsinin xx.xx.2022-ci il tarixli, 0770 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, X7 adına çağırış daxil olmuş, həkim, həkimə qədər ölüm, kişi cinsli meyid qeydini aparmışdır. Binəqədi rayon X3 xx.xx.2023-cü il tarixli, 02/Q-163 saylı arayışından müəyyən olunur ki, X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində yerləşən rus qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin TQS № 027 saylı ambulator kitabçasından çıxarışından müəyyən olunur ki, xx.xx.1993-cü il təvəllüdlü X8 sağ aşağı ətrafın absesi diaqnozu qoyulmuşdur. Bakı Baş Səhiyyə Mərkəzinin 35 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli, 324 saylı məktubundan müəyyən olunur ki, mərhum X9 xx.xx.2015-ci il tarixdən 35 saylı şəhər poliklinikasında tibbi qeydiyyatda olmuş, xx.xx.2022-ci ildə 35 nömrəli şəhər poliklinikasına həkim-cərrahına müraciət etmiş, həkim-carrah xəstəyə sağ aşağı ətrafın absesi diaqnozunu qoymuş və X11 stasionar müalicə üçün göndəriş vermiş, təcili tibbi yardım çağırmalarını tövsiyyə etmişdir. Mərhumun hayat yoldaşının deməsinə görə absesin əmələ gəlməsinə səbəb naməlum şəraitdə iynə inyeksiyası olmuş, xəstə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ölüm epikrizinin verilməməsinə səbəb sağ aşağı ətrafın absesi diaqnozunun ölüm səbəbi olmamasıdır. Mərhumun hər hansı xəstəliyinin olması barədə ambulator kitabçada məlumat yoxdur. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, xalası oğlu X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə ölmüş, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, qohumu X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə ölmüş, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, bacısı oğlu X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə ölmüş, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05/Q-3247/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi ilə bağlı məhkəmə qətnaməsi olmadığından X7 ölümünün qeydiyyata alınması mümkün olmadığı, X7 adına ölüm haqqında tibbi şəhadətnaməni təqdim etmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi Ərizəçi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1993-cü il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə yaşadığı evdə ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar