Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1845/2024 28.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci il təvəllüdlü X3 05 yanvar 2024-cü il tarixində ünvan 1 ünvanında ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası anası ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, İİİ mədən, korpus 12 ünvanında yaşamışdır. xx.xx.1955-ci il təvəllüdlü atası X6 yuxarıda qeyd olunan ünvanda ölüm anınadək anası ilə yaşamışdır. xx.xx.2024-cü il tarixində atasının halı birdən pisləmiş, təcili yardımı ünvana çağırmışlar. Lakin təcili yardım gələnə kimi atası artıq anası ilə birgə yaşadığı ünvanda ölmüşdür. Təcili tibbi yardım stansiyasının həkimi Zeynalova tərəfindən xx.xx.2024-cü il tarixli arayışa əsasən “ölümün ilk səbəbi” qrafasında həkimə qədər ölüm, kişi cinsli meyidin aşkar olunması qeyd edilmişdir. Atasının rəhmədə getməsi barədə təcili tibbi yardım stansiyasının arayışı ilə Azərbaycan Respublikası “Təbib” X19 Bakı Səhiyyə Mərkəzi X19 2 saylı şəhər Poliklinikasına müraciət etmişdir. “Bakı Baş Səhiyyə Mərkəzi” Publiklinikası xx.xx.2024-cü il tarixli, 02 saylı məktubunda mərhum X1 son iki ildə poliklinikaya mürciət etməməsi və Bİnəqədi rayonunun İİİ mədən, 125-ci korpusda vəfat etməsi səbəbi ilə ölüm haqqında həkim arayışının verilməsi imkan xaricindədir deyə, imtina edilmişdir. Atasının rəhmətə getməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 3-16-5/8-13-85/24 saylı, 18 yanvar 2024- cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktların qeydiyyatı qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müfaviq sənədi ilə təsdiq edilməlidir. Atanızın adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Qeyd etməlidir ki, qohumların iştirakı ilə mərhum atası Binəqədi qəsəbəsinin Təzə Kənd qəbiristanlığında dəfn edilmiş və yaşadığı evdə dəfn mərasimi keçirilmişdir. Bunu şahid ifadələri ilə yaxın qohumları və qonşuları təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək, təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə o bildirmişdir ki, atasının ölümü haqqında şəhadətnamə anasının yaşadığı evin sənədləşdirilməsi üçün zəruridir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, mərhum onun atası, ərizəçi isə bacısıdır. Atası özü içki içən biri olduğundan, içki içdiyi gün halı pisləşmişdir. xx.xx.2024-cü il tarixində anasıgildə olarkən atasının halının pisləşdiyini görüb təcili yardım çağırmış, bundan sonra bacısının yoldaşına xəbər etmişdir. Təcili yardım gələndə artıq atası öldüyündən, həkimə qədər ölüm halı qeyd edilmişdir. Atası Binəqədidə yaşamış və oradakı təzə kənd qəbirstanlıqda ölümündən bir gün sonra dəfn edilmişdir. Ölüm saatları dəqiq yadında olmasa da, təxminən axşamüstü saat 6-7 ərəfəsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun yoldaşı, mərhum isə qaynatasıdır. xx.xx.2024-cü il tarixində baldızı zəng vuraraq, halının pis olduğunu, təcili yardım çağırdıqlarını bildirmişdir. Özü, yoldaşı və yoldaşının bibisi onlarla birlikdə evlərinə getmişlər. Evləri Binəqədi ərazisində, Daşbazara yaxın yerləşirdi. Evlərinə çatanda, artıq qaynatası ölmüşdü. Təcili yardım həmin vaxt orada idi. Binəqədidə təzə qəbirstanlıqda dəfn edilmişdir. Hadisə xx.xx.2024-cü il tarixində saat 20:00 radələrində olmuşdur. Mərhum içki içən biri idi, hətta buna görə qaraciyəri və bədəni şişmişdi. Məhkəmə sübutları tədqiq edib onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli Təcili və X12 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, İİİ mədən, kor 125 ünvanında 69 yaşlı X3 həkimə qədər ölümü aşkar edilmişdir. AA4757694 seriyalı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsindən görünür ki, X6 xx.xx.1956-cı il tarixində doğulmuşdur. Vİİİ-ЖГ seriyalı, 281246 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1981-ci il tarixində doğulmuş, atası X6, anası X7r. Binəqədi rayonu X13 tərəfindən X4 ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixində Binəqədi qəsəbəsinin Təzə Kənd qəbirstanlığında X3 dəfni icra olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubun mətnində göstərilir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır.” “Bakı Baş Səhiyyə Mərkəzi” Publiklinikası tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024cü il tarixli, 02 saylı məktubun məktubun mətnində göstərilir: X2 iki ildə poliklinikaya müraciət etməməsi və Bİnəqədi rayonunun İİİ mədən, 125-ci korpusda vəfat etməsi səbəbi ilə ölüm haqqında həkim arayışının verilməsi imkan xaricindədir İddia tələbindən görünür ki, iddiaçının tələbinin hüquqi əsasını şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi təşkil edir. Belə ki, ərizəçi tələbində atasının ölümü barədə qeydiyyat aparılmadığını bildirir və eyni zamanda onun ölümü ilə bağlı tibbi şəhadətnamənin əldə edilməsinin mümkünsüzlüyünə görə ölüm haqqında şəhadətnamə ala bilmir. Hansı ki, həmin şəhadətnamə ona atasının ölümündən sonra atasının yaşadığı evin sənədləşmə işlərinin aparılması üçün lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, ölüm faktı müəyyən edilməsi xahiş edilən X6 Ərizəçi atasıdır. Atasının xx.xx.2024-cü ildə vəfat etməsi həm şahid ifadələrindən, həm də xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqindən müəyyən edilir. Mərhumun ölümünün hansı şəraitdə baş verməsi ilə bağlı isə şahidlər ətraflı məlumat vermiş və məhkəmə həmin ifadələri mötəbər sübut kimi qəbul etmişdir. Odur ki, Ərizəçi atası xx.xx.1955-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi atası xx.xx.1955-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsi təmin edilsin. Ərizəçi atası xx.xx.1955-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1845/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1845/2024
28.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver