Məhkəmə qərarları › İş №2(001)-1849/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1849/2023

28.02.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1849/2023 28.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs qeyd etməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2001-ci il tarixdə 611 saylı akt qeydi ilə rəsmiləşdirməklə nikaha daxil olmuşlar. Həmin nikahdan 30 iyun 2002-ci il təvəllüdlü X6, 10 avqust 2004-cü il təvəllüdlü X5 və 07 dekabr 2009-cu il təvəllüdlü X7 dünyaya gəlmişdir. xx.xx.2012-ci il tarixdə nikaha xitam verilmişdir və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3082/2013 saylı, 25 iyun 2013-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Maraqlı şəxs hər ay ümumilikdə 279 manat miqdarında aliment məbləğinin alınaraq Ərizəçi verilməsi qət edilmişdir. İddiaçı tərəfindən alimentin artırılması tələbi ilə cavabdeh Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə mediasiya təklifi göndərilmiş və tərəflər arasında xx.xx.2022-ci il tarixdə mediasiya barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən cavabdeh Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 üçün aylıq 193 manat məbləğində alimenti iddiaçının təqdim etdiyi karta ödəməyi öhdəsinə götürmüş və alimentin hər ayın sonunda ödənilməsi razılaşdırılmışdır.Eyni zamanda cavabdeh razılaşdırılmış alimenti oktyabr ayından ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh X8 barışıq sazişi şərtlərinin könüllü icrası üçün xx.xx.2023-cü il tarixdə müraciət olunsa da, lakin pretenziyada nəzərdə tutulan müddətin keçməsinə baxmayaraq cavabdeh barışıq sazişini icra etməkdən yayınır. Qeyd olunanlara əsasən ərizəçi tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli barışıq sazişindən göründüyü kimi, həmin saziş mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 görə aylıq 193 manat məbləğində alimenti iddiaçının təqdim etdiyi karta ödəməyi öhdəsinə götürmüş və alimentin hər ayın sonunda ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan Maraqlı şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun mətnindən görünür ki, barışıq sazişinin 10 gün müddətində könüllü icra olunmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Beləliklə, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 üçün Maraqlı şəxs aylıq 193 manat məbləğində alimenti ərizəçinin təqdim etdiyi karta ödəməyi öhdəsinə götürmüş və alimentin hər ayın sonunda ödənilməsi razılaşdırılmışdır, lakin cavabdeh tərəfindən qeyd olunanlar icra edilməmişdir. İş materiallarında olan sənədlərlə Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsndə sadalanmış əsasların mövcud olması təsdiq olunmur. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: "Maraqlı şəxs xx.xx.2009-cu il təvəllüdlü X2 üçün hər ay 193 (yüz doxsan üç) manat məbləğində alimenti Ərizəçi təqdim etdiyi bank hesabına oktyabr ayından başlayaraq hər ayın sonu ödəməyi öhdəsinə götürür". Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar