Məhkəmə qərarları › İş №2(001)-1859/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1859/2024

30.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1859/2024 30.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2nun xx.xx.2010-cu ildə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 xx.xx.2010-cu ildə yaşadıqları evdə ölmüşdür. Ölüm faktı ilə bağlı onlara forma 106 verilməmişdir. Ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Həmin qurumun 3-16- 5/713/213/23 saylı məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” qaydalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X2 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə ərizəsinin təmin edilməsi qeyri-mümkündür. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ərizəçinin ərizəsinə etiraz etmirlər və işin həllini məhkəmənin mülahizəsinı buraxırlar. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdir. Məhkəmədə şahid X8 ifadəsində göstərdi ki, ərizəçi onun oğludur. Oğlu X1 qəsəbəsində xx.xx.2010-cu il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Oğlu X1 qəbiristanlığında dəfn edilmişdir. Məhkəmədə şahid X9 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. O, Sulutəpə qəsəbəsində yaşayır. X1 qəsəbəsində yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X4 adına Xocasən Sağlamlıq Mərkəzindən forma 106 verilməyib. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış, X4 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ərizəsi təmin edilməmişdir. Qəbirdaşının fotoşəklindən müəyyən olunur ki, xx.xx.1989-cu il təvəllüdlü X6 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Sulutəpə qəbiristanlığı nəzarətçisi B.Tərlan tərəfindən verilmiş məlumatdan görünür ki, X6 xx.xx.2010-cu il tarixdə Sulutəpə qəbiristanlığında dəfn edilmişdir. Xəbər saytının məlumatından görünür ki, xx.xx.2010-cu il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və hadisə nəticəsində Ərizəçi hadisə yerində vəfat etmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, müraciətə baxılmış və bildirilmişdir ki, “DİN sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahı”nın təsdiq edilməsi barədə” DİN-in xx.xx.2015-ci il tarixli müvafiq əmrinə əsasən yol-nəqliyyat hadisələrinə (qəzalarına) dair yazışmalar (arayış, məlumat) 3 ildən gec olmayan müddətdə məhv edilir. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.1989-cu il təvəllüdlü X4 xx.xx.2010-cu il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Bakı şəhəri Maraqlı şəxs məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şərh edilənləri məhkəmə hesab edir ki, xx.xx.1989-cu il təvəllüdlü X4 Bakı şəhərində xx.xx.2010-cu il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü X4 Bakı şəhərində xx.xx.2010-cu il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi faktı müəyyən edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar