Məhkəmə qərarları › İş №2(001)-1883/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1883/2023

05.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1883/2023 05.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci il təvəllüdlü Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında qeydiyyatda olmuş X3 xx.xx.2022ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum qardaşı xx.xx.1970-ci il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə evdə vəfat etmişdir. Həmin vaxt tərəfindən təcili yardım çağırılmışdır və BŞT və TTYS-nin 16 saylı Bölməsi tərəfindən xəbərdarlıq vərəqəsi verilmişdir. Xəbərdarlıq vərəqində vəfat edən şəxsin epikrizi olmadığı üçün poliklinikaya təqdim etmək üçün siqnal kağızının verilməsi göstərilmişdir. X1 xx.xx.2022-ci il tarixdə Ramana qəsəbəsi südçülük sovxozunda yerləşən qəbrirstanlıqda dəfn edilmişdir. Onun dəfn edilməsi barədə Sabunçu rayonu Ramana Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixdə arayış verilmişdir. Tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət edilmişdir. xx.xx.2023-cü il tarixdə verilmiş cavabda ölümü təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən ərizənin təmin edilməsinin mümkün olmaması göstərilmişdir və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Mərhum sağlığında poliklinikaya müraciət etməmişdir və bu səbəbdən də həkimin tibbi şəhadətnaməsinin alınması mümkün olmamışdır. Həmçinin həkimin tibbi şəhadətnaməsinin verməsi ilə bağlı 35 nömrəli şəhər poliklinikasına müraciət etmiş, poliklinikadan verilmiş cavabda 2018-ci ildən poliklinikaya heç bir xəstəliklə müraciət olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığını cavabında bildirilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, ərizəyə etiraz etmədiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X4 bildirdi ki, ərizəçi onun yaxın dostu və qonşusudur. Rasim xx.xx.2022-ci il tarixdə vəfat etmişdir, o, bir çox xəstəlikdən əziyyət çəkirdi. O, yas və dəfn mərasimlərində iştirak etmişdir. Rasim Ramana qəbirstanlığında dəfn edilib. Məhkəmədə şahid X5 ifadəsində göstərdi ki, ərizəçi onun ailəvi dostudur. Ərizəçinin qardaşı Rasim xx.xx.2022-ci il tarixdə dünyasını dəyişmişdir. Rasim uzun müddət idi ki, vərəm xəstəliyindən əziyyət çəkir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: AA1825206 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, X7 xx.xx.1970-ci il tarixdə anadan olmuş, yaşayış yeri ünvan 3dir. Təcili və X6 Stansiyasının “ölüm haqqında xx.xx.2022-ci il tarixli xəbərdarlıq vərəqəsi”nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:35-də Binəqədi rayonu, C.Cabbarlı küçəsi, ev 85-də yaşayan X3 adına çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda X7 vəfat etmişdir. 35 nömrəli Şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, 1 mədən, korpus 15, ev 105 ünvanında yaşamış 1970-ci il təvəllüdlü X1 xx.xx.2018-ci il tarixindən 35 nömrəli Şəhər poliklinikasında tibbi qeydiyyatda olmuşdur. xx.xx.2018-ci il tarixdə poliklinikaya müraciət etmiş və döş qəfəsinin rentgen müayinəsi zamanı xəstədə “Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi dağılma, səpələnmə fazası”diaqnozu aşkar edilmişdir. Xəstə 10 nömrəli Şəhər poliklinikasının VƏŞ-də “Sağ ağciyərin infiltrativ vərəmi dağılma mərhələsi BK(-)” diaqnozu ilə dispanser qeydiyyatda olmuşdur və ambulator müalicə almışdır. X3 2018-ci il tarixdən 35 nömrəli Şəhər poliklinikasına heç bir xəstəliklə müraciəti olmadığı ücün mərhuma ölüm haqqında tibbi şəhadətnamə verilmədi. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X3 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Sabunçu rayonu Ramana Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Ramana qəsəbəsi, südçülük sovxozunda yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.1970-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Bakı şəhəri Maraqlı şəxs məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şərh edilənləri məhkəmə hesab edir ki, xx.xx.1970-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmuş X3 xx.xx.2022-ci il tarixdə ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmuş X3 xx.xx.2022-ci il tarixdə ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar