Məhkəmə qərarları › İş №2(001)-1891/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1891/2025

27.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1891/2025 27.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs X1 qarşı mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs X1 qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi maraqlı şəxs X1 qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01919 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında birgə nikah dövründə əldə olunmuş əmlak üzərində ½ pay hüququ barədə xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01919 №-li barışıq sazişi bağlanmışdır. Sözügedən barışıq sazişinə əsasən Maraqlı şəxs öz adına ********** qeydiyyat nömrəsi ilə sənədləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 37, giriş 1 (yeni qaydalarla: AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzil üzərində Ərizəçi üçün ½ hissədə pay hüququna qarşı gələcəkdə heç bir iddia irəli sürməyəcəyini öhdəsinə götürmüşdür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Cavabdeh tərəfindən qanunvericiliyin qeyd edilən müddəasının tələblərinə riayət edilməmiş, 10 gün müddət keçsə də barışıq sazişi hələ də icra edilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili Vəkil ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir.

Mülki işin materialları:

5. Bakı 16 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01919 saylı Barışıq Sazişinə əsasən:

1. Tərəflər birgə nikah dövründə əldə edilmiş, Maraqlı şəxs adına ********** qeydiyyat nömrəsi ilə sənədləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 37, giriş 1 (Yeni qaydalarla: AZ 1007, ünvan 2 ünvanında yerləşən mənzil üzərində Ərizəçi ½ hissədə pay hüququnun olduğuna razılaşırlar.

2. Maraqlı şəxs öz adına ********** Qeydiyyat nömrəsi ilə sənədləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 37, giriş 1 (Yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 108, m10, m.1 ünvanında yerləşən mənzil üzərində Ərizəçi ½ hissədə pay hüququna qarşı gələcəkdə heç bir iddia irəli sürməyəcəyini öhdəsinə götürür.

3. Maraqlı şəxs öz adına ********** Qeydiyyat nömrəsi ilə sənədləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 37, giriş 1 (Yeni qaydalarla: AZ 1007, ünvan 3 ünvanında yerləşən mənzilə münasibətdə Ərizəçi adına ½ hissədə sənədləşdirilməsinə razıdır və gələcəkdə heç bir etiraz etməyəcək.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

6. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir.

7. Məhkəmə qeyd edir ki, tərəflər mediasiya prosesi zamanı aralarında razılığa gəlmiş və xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

8. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

9. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

10. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.

11. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.

12. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

13. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

14. Müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanılmasına baxmayaraq indiyədək heç bir ödəniş olmamışdır və ərizəçi xx.xx.2025ci il tarixdə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

15. Beləliklə məhkəmə hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməli, Bakı 16 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/16/2024- 01919 saylı saylı barışıq sazişi təsdiq edilməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

Ərizəçi maraqlı şəxs X1 qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi təmin edilsin. Ərizəçi ilə X2 arasında bağlanmış aşağıdakı məzmunlu xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01919 saylı barışıq sazişi təsdiq edilsin:

1. Tərəflər birgə nikah dövründə əldə edilmiş, Maraqlı şəxs adına ********** qeydiyyat nömrəsi ilə sənədləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 37, giriş 1 (Yeni qaydalarla: AZ 1007, ünvan 2 ünvanında yerləşən mənzil üzərində Ərizəçi ½ hissədə pay hüququnun olduğuna razılaşırlar.

2. Maraqlı şəxs öz adına ********** Qeydiyyat nömrəsi ilə sənədləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 37, giriş 1 (Yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 108, m10, m.1 ünvanında yerləşən mənzil üzərində Ərizəçi ½ hissədə pay hüququna qarşı gələcəkdə heç bir iddia irəli sürməyəcəyini öhdəsinə götürür.

3. Maraqlı şəxs öz adına ********** Qeydiyyat nömrəsi ilə sənədləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 37, giriş 1 (Yeni qaydalarla: AZ 1007, ünvan 3 ünvanında yerləşən mənzilə münasibətdə Ərizəçi adına ½ hissədə sənədləşdirilməsinə razıdır və gələcəkdə heç bir etiraz etməyəcək. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar