Məhkəmə qərarları › İş №2(001)-1900/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1900/2022

11.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1900/2022 11.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, X1 13 iyun 2001-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 11 mart 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 13 aprel 2001-ci il təvəllüdlü övladı X1 13 iyun 2001-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 13 aprel 2001-ci il təvəllüdlü övladı X3 13 iyun 2001-ci il tarixdə bədən hərarətinin qəfil artması səbəbindən yaşadıqları evdə vəfat etmişdir. Hüquqi savadı olmadığından o, həmin vaxt övladının ölüm haqqında şəhadətnaməsini almamışdır. Lakin, hazırda bəzi sənədləşmə işlərinin aparılması üçün həmin şəhadətnamənin alınması zərurəti yaranmışdır. O, bununla bağlı müvafiq qeydiyyat şöbəsinə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Mərhum övladı Binəqədi qəsəbəsinin Kənd qəbirstanlığında dəfn edilmişdir. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ərizəçinin anası olduğunu bildirərək izahatında göstərdi ki, ərizəçinin övladı 13 iyun 2001-ci il tarixdə elə ərizəçinin evində vəfat etmişdir. Uşaq 3 aylıq olarkən qəfil bədən hərarətinin artması səbəbindən vəfat etmişdir. Mərhum vəfat etdikdən sonra Binəqədi qəsəbəsi Kənd qəbirstanlığında dəfn olunmuşdur. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 13 aprel 2001-ci il təvəllüdlü X2 anası Ərizəçidır. - X4 24 yanvar 2022-ci il tarixli, 48 nömrəli arayışından görünür ki, X3 həqiqətən də 13 iyun 2001-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin Kənd qəbirstanlığında dəfn olunmuşdur. - Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 11 saylı Uşaq Poliklinikası tərəfindən verilmiş 24 yanvar 2022-ci il tarixli arayışda göstərilmişdir ki, 13 aprel 2001-ci il təvəllüdlü X3 həmin poliklinikada qeydiyyatda olmamışdır. - Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlandırılmış 18 yanvar 2022-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizə hazırda təmin edilə bilmir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin nümayəndəsinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X3 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi övladı X1 13 iyun 2001-ci il tarixdə vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 13 aprel 2001-ci il tarixdə doğulmuş X1 13 iyun 2001-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar