Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1903/2025 24.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçi iştirakı ilə, 08 iyul 1959-cu il təvəllüdlü X3 ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1959-cu ildə doğulmuş Baki şəhəri, ünvan 1ünvanmda qeydiyyatında olan atam X3 ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X9 01 dekabr 2024-cü il tarixində ev şəraitində vəfat etmişdir. Atasının dəfn mərasimi ilə bağlı tədbirlərlə məşğul olduğu üçün ölüm haqqında şəhadətnamə ala bilməmişdir, atası X9 xx.xx.2024-cü ildə Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən Qaratəpə qəbirsanlığında dəfn olunmuşdur. Bundan başqa Kürdəmir rayonu, Sığırlı Bələdiyyəsindən verilən arayışa əsasən həmin ünvanda yerləşən qəbirstanlıqda dəfn olunması barədə arayış təqdim edilmişdir. Atasının ölməsi barədə tibbi arayış olmadığından hazırki vaxtadək onun ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Ölüm haqqında şəhadətnamə alınması üçün atasının qeydiyyatda olduğu Maraqlı şəxsnə müraciət etmiş, həmin qurumdan ona bildirilmişlər ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edimiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyatı» qaydalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir və atası X3 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə həmin fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, mərhum Rauf Rüstəmov onun atasıdır. Ürəyində problemi olduğu üçün stend qoyulmuşdur. 01 dekabr 2024-cü il tarixdə səhər vaxtı idi, qəfil atasının halı pisləşdi. Onun gözünün qarşısında vəfat etdi. İş üçün əhəmiyyət kəsb edən bütün sənədlər məhkəməyə təqdim edilmişdir. Ərizənin verilməsinə də, əsas səbəb vərəsəlik məsələsinin həll edilməsi üçündür. Göstədiklərini nəzərə alaraq ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, mərhum Rauf Rüstəmov onun həyat yoldaşı olub. Rauf Rüstəmov ürəyindən əməliyyat olunmuşdur, bir müddət sonra isə onu evə gətirmişlər. 01 dekabr 2024-cü il tarixdə səhər vaxtı idi qəfil onun halı pisləşdi və ürəyi dayandı. Həyat yoldaşı X10 rayonu Sığırlı qəbiristanlığında dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, mərhum Rauf Rüstəmov onun atasıdır. Atası ürəyindən əməliyyat olunmuşdur, bir müddət sonra isə onu evə gətirmişlər. 01 dekabr 2024-cü il tarixdə səhər vaxtı idi qəfil onun halı pisləşdi və ürəyi dayanaraq vəfat etmişdir. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1995ci ildə Bakı şəhərində anadan olmuş, şəhadətnamənin ata qrafasında – X9, ana qrafasında isə - X7 qeyd edilmişdir. - Təcili və X4 Stansiyasının 01 dekabr 2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə həkimə qədər ölmüşdür. - 35 nömrəli polinklinika tərəfindən verilmiş 05 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü mərhum X9 xx.xx.2024-cü il tarixdə rəhmətə gedib. Mərhum 35 nömrəli şəhər polinklinikasında heç bir müraciəti qeydə alınmadığına ölüm haqqında tibbi şəhadətnamə verilə bilməz. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 27 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Atanızın adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizə hazırda təmin edilə bilmir. - Kürdəmir rayonu Sığırlı Bələdiyyəsinin 11 dekabr 2024-cü il tarixli, 68 nömrəli arayışından görünür ki, xx.xx.1959-ci il təvəllüdlü X1 rayonu Sığırlı kəndində yerləşən qaratəpə qəbiristanlığında xx.xx.2024-cü il tarixdə dəfn olunmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X3 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə hesab edir ki, Ərizəçi atası X3 vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməli və 08 iyul 1959-cu il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olan X3 01 dekabr 2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 08 iyul 1959-cu il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olan X3 01 dekabr 2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1903/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1903/2025
24.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver