Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1964/2022 05.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə, daha sonra ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X7 12 oktyabr 1988-ci il tarixdə ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, nənəsi X5 1988-ci ildə yaşadığı Nardaran kəndində vəfat etmiş və orada kənd qəbiristanlığında dəfn edilmişdir. Bununla bağlı, yəni ölüm haqqında şəhadətnamənin alnmasına dair idarə və müəyyən orqanlara müraciət etmiş və ona məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Ərizəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sabunçu rayon qeydiyyat şöbəsinə müraciət etmiş və 02 dekabr 2021-ci il tarixdə yuxarıda göstərdiyi ünvana 12 oktyabr 1988-ci il tarixdə vəfat etmiş nənəsi X14 barəsində müraciətə baxılmışdır. Lakin ölüm haqqında həkim şəhadətnaməsi olmadığı üçün ona birbaşa məkəməyə müraciət etməyi məsləhət görmüşlər. Vərəsəlik işi bağlı nənəsinin ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktublarında iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, mərhum X4 qonşusu olmuşdur. Onlar qonşu kimi mehriban olmuş və ailələrinin daima bir-birlərinin evinə gediş-gəlişləri olmuşdur. X14 o, 32 yaşında olarkən, yəni 1988-ci il tarixdə vəfat etmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, mərhum X7 qonşusu olmuşdur. X1 yaşadığı evdə 12 oktyabr 1988-ci il tarixdə vəfat etmişdir. Vəfatının səbəbi yaşlı olması idi. O, dəfn və yas mərasimində iştirak etmişdir. İş materiallarında olan: XV-ЖГ 262978 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 03 mart 1934-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X18, anası X11r. İ-ИЕ 078559 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X13 15 yanvar 1959-cu il tarixdə evlənmiş, evləndikdən sonra arvada “Məlikova” soyadı verilmişdir. AЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası X20, anası X9r. AZE 04732812 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 03 mart 1934-cü il təvəllüdlü X6 yaşayış yeri Bakı şəhəri, Nardaran qəsəbəsi, N.Əsgərov küçəsi, ev 18-dir. Nardaran qəsəbəsi üzrə nümayəndənin 07 iyul 2008-ci il tarixli arayışından görünür ki, X2 qəsəbəsindəki N.Əskərov küçəsi ev 18 də yaşayır. AZS-106 saylı ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, X3 kronar çatışmazlığından ölmüşdür. AZ-İ 693760 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 25 iyul 2014-cü il tarixdə vəfat etmişdir. XVİİİ-ЖГ 563619 nömrəli Sovet Sosialist Respublikaları İttifaqının vətəndaşının pasportunun surətindən görünür ki, - X26 1902-ci ildə Bakı şəhərində anadan olmuş, milliyyəti azərbaycanlıdır. Bakı şəhəri İcraiyyə Komitəsi ilə X26 arasında bağlanmış 04 noyabr 1982-ci il tarixli 1241 nömrəli bağ evlərinin uzunmüddətli icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Nardaran qəsəbəsi 451 nömrəli bağ sonuncuya icarəyə verilmişdir. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinin 01 dekabr 2021-ci il tarixli arayışından görünür ki, X7 barəsində 1988-ci ilə aid ölüm akt qeydi aşkar edilməmişdir. Arxiv məlumatları 1985-1991-ci illər Sabunçu rayon qeydiyyat şöbəsinin ölüm akt qeydləri və ölüm haqqında bərpa akt qeydləri 1989-1996-cı illər üzrə yoxlanılmışdır. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinin 02 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi 12 oktyabr 1988-ci il tarixdə vəfat etmiş nənəsi - X14 barəsində ölümün qeydə alınması ilə bağlı müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarının 8.5-cı bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim etdiyi sənədlər arasında ölüm faktı təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə müraciət etməlidir. Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, X27 1988-ci ildə vəfat etmiş və Nardaran qəsəbə qəbrstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin nənəsi X15 12 oktyabr 1988-ci il tarixdə Bakı şəhəri, Nardaran qəsəbəsində ev şəraitində ölmüş, lakin ərizəçinin nənəsinin ölüm faktını təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 1902-ci il təvəllüdlü X4 12 oktyabr 1988-ci il tarixdə Bakı şəhəri, Nardaran qəsəbəsində ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1902-ci il təvəllüdlü X4 12 oktyabr 1988-ci il tarixdə Bakı şəhəri, Nardaran qəsəbəsində ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1964/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1964/2022
05.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver