Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1973/2021 23.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs qeyd edərək, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşı X5 xx xxx 1976-cı il tarixdə keçmiş Dəvəçi, indiki Şabran rayonunun Sarvan kəndində anadan olmuşdur. O, Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 10, mənzil 3-də qeydiyyatda olsa da, 2008-ci ildən etibarən faktiki olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, dalan 6 ünvanında yaşamışdır. Ərizəçinin qardaşı xx xxxxxx 2020-ci il tarixdə faktiki yaşadığı ünvanda ürək tutmasından vəfat etmişdir. Təcili və X3 Stansiyasının x xxxxxx 2020-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, 17 saylı bölmənin təcili tibbi yardım briqadasının həkimi Səfərova S. ölüm faktını x xxxxxx 2020-ci ildə gecə saat 03.45-də qeydə alıb. Ardınca mərhumun yaşadığı mənzilə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları gəlib. Həkimdən ekspertizaya ehtiyac olub-olmadığı soruşulub və həkim ehtiyac olmadığını bildirmiş, ölümün səbəbi kimi infarkt göstərilmişdir. Ceyhun Məmmədov xx xxxxxx 2020-ci il tarixdə Şabran rayonunda qəbiristanlıqda dəfn edilib. Mərhumun Ölümü haqqında tibbi şəhadətnamə almaq üçün onun qeydiyyatı üzrə Bakı şəhərinin Nəsimi rayonundakı 20 saylı poliklinikaya müraciət edilmiş, lakin oradan ərizəçiyə faktiki yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi rayonuna müraciət etməli olması izah edilmişdir. Binəqədi rayonundakı 35 saylı poliklinikadan da tibbi şəhadətnamə verməkdən imtina edilmiş və bunu mərhumun heç vaxt həmin poliklinikaya müraciət etməməsi ilə izah edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə ərizəçi qardaşının ölüm faktının qeydiyyata alınması və ölüm haqqında şəhadətnamənin verilməsi xahişi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Binə qədi rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Ancaq qurumun xx.xx.2020-ci il tarixli cavab məktubu ilə bundan imtina edilmişdir. İmtinanın səbəbi belə izah edilmişdir ki, X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə yoxdur. Qeyd olunanlara əsasən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X5 və xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi atası X7, anası isə X1r. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Ərizəçi qardaşı X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəsinin təmin edilmədiyi izah edilmişdir. İş materiallarında olan Təcili və X3 Stansiyasının Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Binəqədi şossesi, dalan 6 ünvanına X2 adına çağırış olmuş və həmin ünvanda həkimə qədər ölüm, kişi cinsli meyitin olması müəyyən olunmuşdur. İş materiallarında olan Şabran Bələdiyyəsi tərəfindən verilmiş arayışından görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Şabran şəhər qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, X5 onun həyat yoldaşı idi. xx.xx.2020-ci il tarixdə evlərində yatdığı yerdə vəziyyəti pisləşmiş və vəfat etmişdir. O, həmin tarixdə Şabran şəhər qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, X5 onun kürəkəni idi. xx.xx.2020-ci il tarixdə evlərində yatdığı yerdə vəziyyəti pisləşmiş və vəfat etmişdir. O, həmin gün onlarda qaldığı üçün baş verənləri öz gözləri ilə görmüşdür. X5 həmin tarixdə Şabran şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə müvafiq olaraq, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1976-cı il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan və bu faktın müəyyən edilməsi ərizəçiyə lazım olduğundan həmin hüquqi fakt müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi qardaşı xx.xx.1976-cı il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1973/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1973/2021
23.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver