Məhkəmə qərarları › İş №2(001)-2003/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2003/2023

28.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2003/2023 28.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd edərək, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin 23 fevral 1962-ci il təvəllüdlü anası X6 21 yanvar 2023-cü il tarixdə ölmüşdür. Ərizəçinin anasının şəxsiyyət vəsiqəsi olmadığı üçün ərizəçi bu günə qədər ölümü təsdiq edən sənədi ala bilməmişdir. Ərizəçinin anasının SSRİ pasportu var, həmin pasportda Azərbaycan Respublikası vətəndaşı möhürü vurulub. Ərizəşinin anası X6 ünvan 1 ünvanında ölənə qədər qeydiyyatda olub. Bəzi sənədləşmə işlərinin apanlması üçün ölüm haqqında şəhadətnamənin almması zərurəti yaranmışdır. Ərizəçi bu barədə 15 nömrəli Şəhər Poliklinikasına və Qeydiyyat Şöbəsinə yazılı ərizə ilə müraciət etmiş, lakin poliklinika arayış, qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli, 21 saylı cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... 21 yanvar 2023-cü il tarixdə vəfat etmiş xx.xx.1962-ci il təvəllüdlü X2 15 saylı Şəhər Poliklinikasında ambulator kartası var. Sahə həkimi tərəfindən bir neçə dəfə evdə müayinə olunub. Ölüm haqqında tibbi şəhadətnaməni yazmaq üçün əldə əsas var. Lakin, mərhumun şəxsiyyət vəsiqəsi olmadığı üçün ölüm haqqında sənədin verilməsi mümkün deyil”. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli cavab məktubunda Ərizəçi bildirilmişdir ki, X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi barədə ərizənin təmin edilməsi mümkün deyil. İş materiallarında olan Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 262 saylı arayışından görünür ki, Ərizəçi anası X5 xx.xx.2023-cü il tarixdə Xocasən Bələdiyyəsinin inzibati ərazisində yerləşən Sulutəpə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1984-cü il təvəllüdlü Ərizəçi anasıdır. İş materiallarında olan pasportun surətindən görünür ki, milliyyəti rus olan X6 xx.xx.1962-ci il tarixdə Selinoqrad vilayətinin Balkaşınskiy rayonunda doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində məhkəməyə bildirdi ki, mərhum X1 anası idi. Anası xx.xx.2023-cü il tarixdə Bakı şəhərində, yaşadığı evdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində məhkəməyə bildirdi ki, mərhum X1 anası idi. Anası Bakı şəhərində, yaşadığı evdə vəfat etmişdir. O, həmin vaxt İstanbulda idi və anası artıq öləndən sonra gəlmişdir. Anası Xocasəndə dəfn edilib. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1962-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar