Məhkəmə qərarları › İş №2(001)-2008/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2008/2024

14.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2008/2024 14.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 27 aprel 1983-cü il təvəllüdlü X5 30 avqust 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 27 aprel 1983-cü il təvəllüdlü X12 ilə 24 mart 2006-cı il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından X13 və X11 doğulmuşlar. Lakin həyat yoldaşı X12 30 avqust 2022-ci il tarixində vəfat etmişdir. Təcili və X6 Stansiyasının “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndə X10 həkimə qədər ölüm faktı qeyd edilib. Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbə Bələdiyyəsinin 05 sentyabr 2022-ci il tarixli 312 saylı arayışına əsasən X12 30 avqust 2022-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbə qəbrstanlığında dəfn edilmişdir. Ona ölüm haqqında şəhadətnamə lazım olduğu üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ona ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 21 iyul 2023cü il tarixli, 2-1(112)-11549/2023 saylı qərardadı ilə cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxsə qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsinin “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizə ilə ümumi məhkəməyə müraciə etməli olması əsasları ilə mümkün sayılmaması qərara alınıb. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-3942/2023 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2-1(112)-11549/2023 saylı qərardadından verdiyi apellyasiya şikayəti ölüm faktının mülki icraat çərçivəsində məhkəmə qaydasında həll edilməsinin mümkünlüyü əsasları ilə təmin edilməyib. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək, təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.Bundan əlavə o bildirmişdir ki, atasının ölümü haqqında şəhadətnamə oğlunun ərgərliyi ilə bağlı məsələdə lazımdır. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, mərhumun bibisinin oğludur. Mərhum Qaraciyər serrozundan əziyyət çəkdiyi üçün yataq xəstəsi idi. Tez-tez ona baş çəkməyə getmişdir. Vəfat edən günü evdə olmuş, təcili yardım gələnə kimi isə axşamüstü ölmüşdür. Təxminən 2 il əvvəl yay aylarında ölüb və Kürdəxanı qəbirstanlığında dəfn edilmişdir.Mərhum gil onlarla paralel küçədə yaşayır və yaşadığı evdə də vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Bacısı ilə əri 17-18 illik evli olublar. Mərhum qaraciyər serrozundan əziyyət çəkmiş, son vaxtlar vəziyyəti pisləşmişdi. 2022-ci ilin avqust ayının axırında Biləcəridəki evlərində ölmüşdür. Hətta həmin gün təcili yardım gəlib bir dəfə iynə vurub getmişdi. İkinci dəfə gələnə qədər isə mərhum öldü. Öldüyü gün orada olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli Təcili və X6 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 1 ünvanında 39 yaşlı X10 həkimə qədər ölümü aşkar edilmişdir. Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 312 saylı arayışdan görünür ki, X12 xx.xx.2022-ci il tarixdə Sabunçu rayon Kürdəxanı qəsəbə qəbristanlığında dəfn olunub. Dəfn xərcləri mərhumun yoldaşı Ərizəçi tərəfindən qarşılanıb. AA3002947 seriyalı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsindən görünür ki, X12 xx.xx.1983-cü il tarixində doğulmuşdur. Yasamal rayon VVADQ Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 211128 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X4 arasında nikah bağlanmış, bu barədə nikah bağlanması haqqında akt qeydləri kitabında 24 mart 2006-cı il tarixində 204 № ilə qeyd edilmişdir. Nikahdan sonra qadına Rəhimova soyadı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11549/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı Ərizəçi cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinə qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair idda ərizəsi mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3942/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11549/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli məktubun mətnində göstərilir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır.” İddia tələbindən görünür ki, iddiaçının tələbinin hüquqi əsasını şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi təşkil edir. Belə ki, ərizəçi tələbində ərinin ölümü barədə qeydiyyat aparılmadığını bildirir və eyni zamanda onun ölümü ilə bağlı tibbi şəhadətnamənin əldə edilməsinin mümkünsüzlüyünə görə ölüm haqqında şəhadətnamə ala bilmir. Hansı ki, həmin şəhadətnamə ona ərinin ölümündən sonra sənədləşmə işlərinin aparılması üçün lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, ölüm faktı müəyyən edilməsi xahiş edilən X12 Ərizəçi əridir. Ərinin xx.xx.2022-ci ildə vəfat etməsi həm Kürdəxanı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışından, həm şahid ifadələrindən, həm də xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqindən müəyyən edilir. Mərhumun ölümünün hansı şəraitdə baş verməsi ilə bağlı isə şahidlər ətraflı məlumat vermiş və məhkəmə həmin ifadələri mötəbər sübut kimi qəbul etmişdir. Odur ki, Ərizəçi əri xx.xx.1983-cü il təvəllüdlü X10 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi əri xx.xx.1983-cü il təvəllüdlü X10 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsi təmin edilsin. Ərizəçi əri xx.xx.1983-cü il təvəllüdlü X10 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar