Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2027/2021 15.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, ərizəçi XXX Ərizəçi iştirakı ilə, X1 xx xxxxxx 2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə XXX Ərizəçi ərizəsi üzrə mülki işə xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: XXX Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxxx 1967-ci il təvəllüdlü anası X1 xx xxxxxx 2020-ci il tarixdə vəfat etməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi XXX Ərizəçi izahatında göstərdi ki, mərhum anası X4 xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 26 saylı evin 47 saylı mənzilində qəfil vəfat etmişdir. Anası vəfat etdikdən sonra o, ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, müraciətinə imtina cavabı verilmişdir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlandırılmış məktubda işə onların iştirakı olmadan baxılması xahiş olunmuş, ərizənin təmin olunmasına etirazın olmadığı göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X5 ayrı-ayrılıqda izahatlarında mərhum X1 onların anaları olduğunu, sonuncunun yaşadığı evdə qəfil vəfat etdiyi vaxt onların da həmin evdə olduqlarını bildirdilər. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, XXX Ərizəçi mərhum X1 qızıdır. - Təcili və X3 Stansiyası tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X4 həmin tarixdə ünvan 2 mənzil 47 ünvanında vəfat etmişdir. - Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 56 saylı arayışdan görünür ki, X4 xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən məzarlıqda dəfn edilmişdir. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən XXX Ərizəçi ünvanlandırılmış xx xxxxxx 2020ci il tarixli məktubda göstərilmişdir ki, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ərizənizi hazırda təmin edə bilmirik. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin, şahidlərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, habelə maraqlı şəxsin ərizənin təmin olunmasına etirazının olmamasını nəzərə alaraq hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X1 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, ərizəçi XXX Ərizəçi anası X1 xx xxxxxx 2020-ci il tarixdə vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: XXX Ərizəçi xahişi təmin edilsin. xx xxxx 1967-ci il tarixdə Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olmuş X1 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2027/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2027/2021
15.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver