Məhkəmə qərarları › İş №2(001)-2028/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2028/2025

05.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2028/2025 05.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 11 fevral 1971-ci il təvəllüdlü qardaşı X1 09 yanvar 2025-ci il tarixində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 11 fevral 1971-ci il təvəllüdlü qardaşı X7 09 yanvar 2025-ci il tarixdə ölmüşdür. Bu günə qədər ölümü təsdiq edən sənədi almamışdır. Bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X14, Bakı şəhər Baş Səhiyyə Mərkəzi X14, 10 nömrəli şəhər poliklinikasına, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Bakı şəhəri Maraqlı şəxsnə yazılı ərizə ilə müraciət etmişdir. Xəstənin ölüm səbəbi bəlli olmadığı üçün poliklinika tərəfindən ölüm haqqında arayış verilməsindən imtina olunduğundan qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. O da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, ərizəçi və mərhum X7 onun qardaşı oğullarıdır. Evləri yaxındır. Mərhum şəkər xəstəsi olmuş və təzyiqi vardı. Öz evində rəhmətə getmiş və 7-ci mikrorayon qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, ərizəçinin yoldaşıdır. Mərhum onun qaynıdır, mərhum bir gün əvvəl işdən icazə almış, 09 yanvar 2025-ci il tarixdə vəziyyəti pisləşmiş, təcili yardım gələnə kimi artıq vəfat etmişdi. Öz evində rəhmətə getmiş və 7-ci mikrorayon qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, ərizəçi və mərhum X7 onun qardaşı oğullarıdır. Öz evində rəhmətə getmiş və 7-ci mikrorayon qəbirstanlığında dəfn olunmuşdur İş materiallarında olan: АЗЪ 126898 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X1 atası X4, anası X5r. İ-ВП 263711 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Ərizəçi atası; X4, anası X5r. AZE 07159226 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1971-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Təcili və X6 Stansiyası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 08:45-də Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 58A ünvanında X1 meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, onun vəfat edən qardaşı- X7 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Qardaşının adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X16 Bakı şəhər Baş Səhiyyə Mərkəzi X16 10 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X1 ölümünün səbəbini aydınlaşdırmaq mümkün olmadığı üçün onun vəfatı ilə bağlı sənədin alınması üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, ünvan 4 ünvanında yaşamış X7 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və 7-ci mikrorayon qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ərizəçinin qardaşı–11 fevral 1971-ci il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə ünvan 4 ünvanında ev şəraitində vəfat etmiş, lakin ərizəçinin bu faktı təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Buna görə də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 11 fevral 1971-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə ünvan 4 ünvanında ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 11 fevral 1971-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə ünvan 4 ünvanında ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar