Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2054/2024 18.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, X1, Ərizəçi iştirakı ilə X4 12 yanvar 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 18 mart 2024-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 09 may 1958-ci il tarixdə doğulmuş qardaşı X4 12 yanvar 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərdi ki, Anatoliy onun qardaşıdır. 12 yanvar 2024-cü il tarixdə onlar bacısı X6 gildə qonaqlıqda olan zaman Anatoliy ayaqyoluna getmiş, orada uzun müddət qaldığından Nadejda onun vəziyyəti ilə maraqlanan zaman qardaşının huşsuz vəziyyətdə olduğunu görmüşdür. Onlar dərhal təcili tibbi yardım çağırsalar da, həkimlər gələnədək qardaşı rəhmətə getmişdir. Həkimlərin deməsinə görə, ölüm səbəbi qan damarlarındakı trombun partlaması olmuşdur. Onlar qardaşını Zığ qəsəbəsində Dədə Qorqud qəbirstanlığında dəfn etmişlər. Bundan sonra o, 10 saylı Şəhər Poliklinikasına müraciət edərək, qardaşının ölüm haqqında tibbi sənədi almaq istəsə də, qardaşının tibbi vərəqəsinin olmaması əsası ilə, tibbi şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Eyni zamanda, Maraqlı şəxs də qardaşına aid ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsası ilə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Buna görə də, o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, həm ərizəçinin, həm də mərhum X4 bacısıdır. Qardaşı onun evində, ünvan 1 ünvanında vəfat etmişdir. Belə ki, 12 yanvar 2024-cü il tarixdə bacısı Lyubov ailəsi ilə birlikdə, habelə qardaşı Anatoliy onlara qonaq gəlmişdir. Anatoliy ayaqyolunda uzun müddət qaldığından o, qardaşının vəziyyəti ilə maraqlanarkən onun ayaqyolunda huşsuz vəziyyətdə uzandığını görmüşdür. Dərhal təcili tibbi yardım çağırsalar da, qardaşı vəfat etmişdir. Həkimlərin deməsinə görə, qardaşı damarlarında trombun partlaması nəticəsində vəfat etmişdir. Onlar qardaşını Zığ qəsəbəsində qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5, X10 və X11 digər şahid Nadejda Peçenikinanın ifadəsinə uyğun ifadə verdilər. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçi X4 bacısıdır. - “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən görünür ki, 12 yanvar 2024-cü il tarixdə, saat 22:23-də ünvan 2 ünvanında X4 meyidi aşkar edilmişdir. - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 09 may 1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - 10 nömrəli Şəhər Poliklinikasından verilmiş 15 yanvar 2024-cü il tarixli, 15 nömrəli arayışda göstərilmişdir ki, 09 may 1958-ci il təvəllüdlü X4 Binəqədi rayonu 10 nömrəli şəhər poliklinikasında ambulator kartası yoxdur və poliklinikaya hər hansı bir xəstəliklə əlaqədar müraciəti olmamışdır. Bu səbəbdən poliklinika tərəfindən mərhum barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 23 yanvar 2024-cü il tarixli arayışda göstərilmişdir ki, “Sizin xx.xx.2024-cü il tarixdə vəfat edən qardaşınız X9 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndəlrinə əsasən, ölüm faktı tibbi müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Qardaşınızın adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənizi hazırda təmin edə bilmirik.” Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X4 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi qardaşı X4 12 yanvar 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 09 may 1958-ci il tarixdə doğulmuş X4 12 yanvar 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2054/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2054/2024
18.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver