Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2056/2020 23.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Babaşova (Eyubova) Brilyant Əmirağa qızının etibarnamə əsasında nümayəndəsi Eyyubov Əmirağa Böyükağa oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Babaşova (Eyubova) Brilyant Əmirağa qızına qarşı “paylı mülkiyyətdə olan əmlakların açıq hərracda satılması və dəyərinin paylara uyğun bölünməsi” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Babaşova (Eyubova) Brilyant Əmirağa qızına qarşı “paylı mülkiyyətdə olan əmlakların açıq hərracda satılması və dəyərinin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə mülkiyyətlərində olan Opel Vectra markalı, ** EN *** dövlət nömrə nişanlı və VAZ 21723 markalı, ** GD *** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin açıq hərracdan satılması və satış pulunun paylarına mütənasib surətdə (1/3 hissədə onun, 2/3 hissədə Cavabdeh) bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(001)-10865/2016 saylı qətnaməsinə əsasən onlar tərəfindən verilmiş qarşılıqlı iddia təmin edilərək, Cavabdeh ilə X3 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, birgə nikah dövründə əldə edilmiş “Opel Vectra” markalı, ** EN *** dövlət qeydiyyat nişanlı və “VAZ 21723” markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobillər Cavabdeh ilə onun arasında bölünərək həmin avtomaşınların hər birinin 1/3 hissəsinə onun, 2/3 hissəsinə isə Cavabdeh mülkiyyət hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunsa da, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Həmin əmlaklar üzərində 1/3 hissədə iddiaçının payı olmasına baxmayaraq o, mülkiyyətindən bir mülkiyyətçi olaraq sərbət şəkildə istifadə edib, ondan faydalana bilmir, cavabdeh təkbaşına həmin əmlakları istifadə etməklə onların aşınmasına, dəyər itirməsinə, bazar qiymətinin aşağı düşməsinə səbəb olur. Çıxarılmış məhkəmə qətnaməsinə əsasən dəfələrlə avtomobilin dəyərinin müəyyən edilib payına uyğun hissənin cavabdeh tərəfindən ona ödənilməsi ilə bağlı müzakirələr aparılsa da, bu günə kimi cavabdeh avtomobilin real bazar dəyərinin iddiaçının payına düşən hissəsini ona verməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi, birgə mülkiyyətlərində olan Opel Vectra markalı, ** EN *** dövlət nömrə nişanlı və VAZ 21723 markalı, ** GD *** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin açıq hərracdan satılması və satış pulunun paylarına mütənasib surətdə (1/3 hissədə onun, 2/3 hissədə Cavabdeh) bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X1 etibarnamə əsasında nümayəndəsi Eyyubov Əmirağa Böyükağa oğlu izahat verərək, iddia tələbini qismən qəbul etdiyini, iddiaçının əmlakdakı payına düşəən hissəyə kompensasiya verilmməsinə razı olduğunu, lakin əmlaklara verilmiş qiymətlərlə razı olmadığını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, işin məhkəmə baxışı zamanı toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-10865/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlakın qaytarılması, ümumi əmlakın bölünməsi, evə köçürülmə” tələbinə dair ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək Cavabdeh ilə X3 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilərək, birgə nikah dövründə əldə olunmuş “Opel Vectra” markalı, ** EN *** dövlət qeydiyyat nişanlı və VAZ 21723 markalı, ** GD *** dövlət nömrə nişanlı avtomaşınlar Cavabdeh ilə İddiaçı arasında bölünərək həmin avtomaşınların hər birinin 1/3 hissəsinə İddiaçı, 2/3 hissəsinə isə Cavabdeh mülkiyyət hüququ tanınmışdır. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2684/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2016cı il tarixli qətnaməsi qızıl zinət əşyalarının iddiaçıya qaytarılmasının rədd olunması hissəsində ləğv olunması, sünbül formasında boyunbağı xx xxxx 1300 manat, sünbül qolbaq 10 qram 650 manat, dəst komplekt 975 manat, nişan üzüyü 5 qram 325 manat, bir sırğa 4 qram 260 manat, 02 ədəd uşaq sepi hər biri 15 qram cəmi 30 qram 195 manat, bir ədəd uşaq qolbağı 15 qram 97 manat, 04 ədəd üzük hər biri 1,5 qram, cəmi 6 qram-350 manat, cəmi 4192 manat olan qızıl-zinət əşyaları və ya onların dəyərinin cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mülki işin materiallarında olan Azərbycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-505/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki Məcəllənin 220.6-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 220.3-220.5ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 220.3-220.5-ci maddələrində təsbit olunmuşdur ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (maddə 220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (maddə 220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (maddə 220.5). Həmçinin, Mülki Məcəllənin 220-ci maddəsindən görünür ki, mülki qanunvericilik ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılaraq paylı mülkiyyətçilər arasında bölünməsi qaydasını mərhələli formada müəyyən etmişdir. Həmin qaydaya görə, ümumi paylı mülkiyyətdə olan əmlakın bölünməsini tələb edən paylı mülkiyyətçi əvvəl ümumi əmlakdan payının ayrılması tələbi irəli sürə bilər, payın ayrılması mümkün olmadıqda, payının əvəzinə digər mülkiyyətçilər tərəfindən ona kompensasiya ödənilməsini tələb edə bilər və yalnız digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsindən imtina olunduqda, mülkiyyətçi əmlakın hərracdan satılması, əldə olunan pulun paylara uyğun bölünməsi tələbi irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair“ xx xxxxx 2014-cü il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”... İşdə olan “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli “Opel Vectra” və “VAZ 21723” markalı nəqliyyat vasitələrinin bazar dəyərinin müəyyən edilməsi barədə hesabatından görünür ki, həmin hesabata əsasən “Opel Vectra” minik markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 7.000 (yeddi min) manat və “VAZ 21723” minik markalı, ** GD *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 14.000 (on dörd min) manat təşkil edir. Beləliklə işin hallarından müəyyən edilir ki, avtomobillər naturada bölünməz əşyalar olduğundan həmin əmlakların naturada bölünməsi mümkün deyil. Əmlakın naturada bölünməsi mümkün olmadığı üçün, ayrılan mülkiyyətçiyə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən ona ödənilməsi təklif edilmiş, lakin cavabdeh ödəməkdən imtina etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “Opel Vectra” markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilin və “VAZ 21723” markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılmalı, əldə olunan vəsait paylara uyğun tərəflər arasında bölünməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddia tələbinin təmin edilməsi nəzərə alınaraq iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. “Opel Vectra” markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 21723” markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılsın və satışdan əldə olunan vəsait paylara mütənasib surətdə - İddiaçı 1/3 hissə, Babaşova (Eyubova) Brilyant Əmirağa qızına 2/3 hissə olmaqla verilsin. Cavabdeh Babaşova (Eyubova) Brilyant Əliabbasoviçdən 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Babaşova Polad Əliabbasoviçə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2056/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2056/2020
23.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver