Məhkəmə qərarları › İş №2(001)-2062/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2062/2023

19.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2062/2023 19.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, ərizəçinin anası X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsi, döngə 9 ünvanına saat 20:00 radələrində təcili tibbi yardım çağırılaraq xəstəxanaya aparılmış və həkimin yanında ürək çatışmamazlığdan vəfat etmişdir. Dəfərlərlə poliklinikaya müraciət etsə də, ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Ölümün qeydə alınması ilə bağlı Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin müsbət nəticə əldə etməmişdir. Ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması qeyri-mümkün olduğundan ərizəçi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Maraqlı şəxsnın xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizə təmin edilməmişdir. - Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 35 nömrəli Poliklinikanın xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X2 adına 35 saylı şəhər poliklinikasında xx.xx.2012-ci il tarixdən tibbi qeydiyyatda olmuş və ambulator kartı açılmış, mütamadi olaraq müraciətləri olmuşdur. 16 saylı TTYS-sı tərəfindən məhrumun ölüm haqqında məlumatı xx.xx.2022-ci il tarixdə Biləcəri qəsəbəsi 15 nömrəli Şəhər Poliklinikasına verilmiş, bu səbəbdən də 35 nömrəli poliklinikaya məlumat verilməyib. Qeyd edilən səbəblərə görə ölüm 35 nömrəli poliklinika tərəfindən mərhuma ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün əsas olmamışdır. - Abşeron rayonu Masazır Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən, mərhum X4 xx.xx.2022-ci il tarixində Masazır kənd qəbiristanlığında dəfn olunub. - Bakı şəhər Təcili və X6 Stansiyası 16 saylı bölmə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saat 20:00-da X4 adına təcili tibbi yardım çağırışı olmuş, xəstəyə həkimin yanında ölüm diaqnozu qoyularaq, müvafiq ilkin tibbi yardim göstərilmişdir. - Bakı şəhəri Binəqədi RPŞ tərəfindən verilən şəxsiyyət vəsiqəsinin surətinə əsasən, mərhum X4 xx.xx.1957-ci il tarixdə Cəbrayıl rayonu, Şahvəlli kəndində anadan olmuşdur. - Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 8190 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X1 rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesində məcburi köçkün kimi kommunal qeydiyyatda olmuş və xx.xx.2022-ci ildə vəfat etmişdir. Məhkəmənin iclasında iştirak edən şahidlər X7 və X10 izahat verərək, X2 xx.xx.2022-ci il tarixdə vəfat etdiyini (ölməsini) təsdiq etdilər. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndini, MPM-nin 307.1, 307.2.8 və 308-ci maddələrini nəzərə alaraq qeyd edir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi S.Hüseynovanın ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin S.Hüseynovanın ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə məhkəmə o zaman hüquqi əhəmiyyəti olan faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi X2 ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X2 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi S.Hüseynovanın ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci il tarixdə Cəbrayıl rayonu, Şahvəlli kəndində anadan olmuş X2 xx.xx.2022-ci il tarixdə ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar