Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2066/2022 06.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi 17.04.1937-ci il təvəllüdlü X5 29.10.1997-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi 17.04.1937-ci il təvəllüdlü X5 29.10.1997-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən atası 17.04.1937-ci il təvəllüdlü X13 oğlu 29.10.1997-ci il tarixdə yaşadıqları Bakı şəhəri Binəqədi rayonu Dərnəgül yaşayış massivi 1 saylı ETK-nın stadion sahəsində yerləşən fərdi evdə vəfat etmişdir. X2 Bərdə rayon qəbrirstanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət edilmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə ona cavab verilərək ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Ölüm faktının müəyyən edilməsi ona məcburi köçkün statusunun müəyyən edilməsi üçün tələb olunur. Ona görə də, atası 17.04.1937-ci il təvəllüdlü X5 29.10.1997-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Ağdam rayonu Qiyaslı kənd nümayəndəliyi tərəfindən verilmiş İİ-JQ № 425837 saylı 16.04.1974-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi atası X7, anası X1r. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.02.2022-ci il tarixli 05/Q-249/69 saylı arayışında müəyyən olunur ki, arxiv məlumatları Bakışəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin 1994-2000-ci illərə dair ilkin, 1998-2004-cü illərə dair bərpa akt qeydləri üzrə aparılan yoxlama zamanı X13 oğlunun adına ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Ağdam rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.02.2022-ci il tarixli 135-05/69 saylı arayışdan müəyyən olunur ki, X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 11.02.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ə.A.Fərzəliyevin 1147 saylı 23.02.2022-ci il tarixli arayışından müəyyən olunur ki, X7 1997-ci ildə Güloğlular qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, atası 17.04.1937-ci il təvəllüdlü X13 oğlu uzun müddət davam edən ağır xəstəlikdən sonra 29.10.1997-ci il tarixdə yaşadığı evdə ölmüş və Bərdə rayon qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, qohumu 17.04.1937-ci il təvəllüdlü X7 uzun müddət davam edən xərçəng xəstəliyindən sonra 29.10.1997-ci il tarixdə yaşadığı evdə ölmüş və Bərdə rayon qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, atası 17.04.1937-ci il təvəllüdlü X13 oğlu uzun müddət davam edən xərçəng xəstəliyindən sonra 29.10.1997-ci il tarixdə yaşadığı evdə ölmüş və Bərdə rayon qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin 17.02.2022-ci il tarixli 05/9-332/15 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X13 oğlunun adına ölüm haqqında tibbi şəhadətnaməni təqdim etmədiyinə ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı Ərizəçi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla 17.04.1937-ci il təvəllüdlü X13 oğlunun 29.10.1997-ci il tarixdə ölməsi faktı müəyyən olunduğundan, ərizəçinin bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 17.04.1937-ci il təvəllüdlü X5 29.10.1997-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2066/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2066/2022
06.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver