Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2074/2021 04.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, Ərizəçinin nümayəndəsi-vəkili X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, nənəsi X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, ərizəçinin nənəsi X4 09.12.2020-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Həmin zaman ünvan 2i çağırış vasitəsilə hadisə yerinə gələrək, ölüm faktına dair arayış vermişdir. Lakin “Covid 19” pandemiyası dövründə nənəsinin ölümü ilə bağlı dəfn mərasimləri ilə əlaqədar tibb müəssisəsindən ölüm haqqında tibbi şəhadətnaməni vaxtında ala bilməmişlər. Dəfn mərasimlərindən sonra mərhum nənəsinin ölümünün qeydə alınması ilə bağlı Bakı şəhəri Maraqlı şəxsnə rəsmi ərizə ilə müraciət etmiş, lakin ona qeydiyyat şöbəsindən ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. Ölüm haqqında şəhadətnaməni başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili F.Süleymanov ərizənin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə ərizə ünvanlayaraq iddiaçının iddiasına etiraz etmədiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Maraqlı şəxs 07.01.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmi, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizə təmin edilməmişdir. - Təcili və X8 Stansiyası 9 saylı bölməsindən verilmiş ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 09.12.2020-ci il tarixdə saat 22:30-da ünvan 1 ünvanında yaşayan X2 həkiməqədər ölüm, qadın cinsli meyit aşkar olunduğu qeyd edilmişdir. - nikah haqqında şəhadətnamədən məlum olur ki, Ərizəçi İsa oğlu ilə X9 29.12.1992-ci il tarixdə nikah bağlamışlar. - doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Ərizəçi atası Ərizəçi İsa oğlu, anası X5r. - ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, ərizəçinin atası Ərizəçi İsa oğlu 07.07.1998-ci ildə, anası X9 16.11.2020-ci ildə, ana babası X6 03.07.2013-cü il tarixdə vəfat etmişlər. - Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsi tərəfindən verilmiş 25.12.2020-ci il tarixli 512 nömrəli arayışdan və fotoşəkillərdən görünür ki, X4 09.12.2020-ci il tarixdə vəfat etmiş və Pirşağı qəsəbəsindəki Şuşa qəbiristanlığında dəfn olunmuşdur. - 12.01.2021-ci il tarixli aktdan görünür ki, X7, X10 və X1 Sumuzər Şahverdi qızının aritmiya xəstəsi olduğunu və onun 09.12.2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etməsini öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin S.Orucovun ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin: - 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. -308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi X2 ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X2 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi S.Orucovanın ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 09.12.2020-ci il tarixdə ölməsi ərizəçinin nümayəndəsivəkilinin izahatı və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15 yanvar 1945-ci il tarixdə Kəlbəcər rayonu, Əlibayramlı kəndində anadan olmuş X2 09.12.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-2074/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2074/2021
04.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver