Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2106/2022 11.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 05 fevral 1951-ci il tarixdə Qusar şəhərində anadan olmuş X2 04 noyabr 2021-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1974-cü il tarixdə X10 və X2 birgə nikahından doğulmuş övdadlarıdır. Yəni, xüsusi icraat qaydasında ölüm faktının müəyyən edilməsini xahiş etdiyi X4 onun anasıdır. Anası 05 fevral 1951-ci il tarixdə Qusar rayonunda anadan olmuşdur. Anası vəfat edənədək ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Lakin anası faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində inşa edilmiş özbaşına tikilidə onunla birlikdə yaşamışdır. Anası sağlığında ağır xəstə olmamış və hər hansı xəstəxanada stasionar müalicə olunmasına zərurət yaranmamışdır. Lakin 04 noyabr 2021-ci il tarixdə səhər-səhər qəflətən anası başında ağrılardan şikayətlənmiş, ağrılar keçmədiyinə görə X17 stansiyasına zəng olunmuş, zəngləri qeydə alınmışdır. Lakin X17 çağırış üzrə gələnədək anası dünyasını dəyişmişdir. X17 Stansiyasına zəng vurulan zaman, habelə anası rəhmətə gedən zaman və X17 Stansiyasının həkim evlərinə gələn zaman evdə qardaşı Asəf Namazova, bacıları Arzu Namazova və Sevil Namazova olmuşlar. Həmin şəxslər anasının hansı şəraitdə vəfat etməsi faktını məhkəmə iclasında təsdiq edə bilərlər. Çağırış üzrə gələn X17 Stansiyasının həkimi tərəfindən anasının ölümü ilə bağlı “Ölüm haqqında xəbərdarlıq vərəqəsi” verilmişdir. Anasının öldüyü gün və ondan sonrakı günlər başı yas mərasiminə qarışdığından X5 Yardım Stansiyasının 16 saylı Bölməsi tərəfindən verilmiş “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndə anasının hansı səbəbdən ölməsinin yazılmamasına diqqət yetirməmişdir. Sonradan anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün Yasamal rayon qeydiyyat şöbəsinə müraciət etsə də, qeydiyyat şöbəsinin 24 noyabr 2021ci il tarixli məktubunda ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının mümkün olmaması qeyd olunaraq, şəhadətnamə verilməsindən imtina olunmuşdur. X1 ərazi üzrə poliklinikada qeydiyyatda olmadığına görə də, onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən də imtina etmişlər. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Anasının ölümünün qeydə alınması onun bir övlad kimi hüququ olmaqla yanaşı, bu faktın gələcəkdə hər hansı sənədləşmənin aparılması üçün zəruridir. Həmin faktın qeydə alınması həmçinin anasının ölümü ilə bağlı dövlət tərəfindən verilməli olan müvafiq müavinətlərin alınması üçün də vacibdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktublarında iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşıdır. O, ərizəçi, bacısı Arzu və vəfat etmiş anaları bir həyətdə qalırdılar. 04 noyabr 2021-ci il tarixdə analarının səhhəti qəflətən pisləşmiş, başında ağrılar başlamış, onlar X17 çağırmışlar. Lakin buna baxmayaraq anaları vəfat etmişdir. O, yas və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. O, ərizəçi, qardaşı Asəf və vəfat etmiş anaları bir həyətdə qalırdılar. 04 noyabr 2021-ci il tarixdə analarının səhhəti qəflətən pisləşmiş, başında ağrılar başlamış, onlar X17 çağırmışlar. Lakin yardım gələnədək anaları vəfat etmişdir. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. O, ailəli olduğundan başqa ünvanda yaşayır. 04 noyabr 2021-ci il tarixində bacısı Arzu ona zəng vuraraq bildirmişdir ki, analarının səhhəti pisləşib, o, taksi ilə onlara gəlmişdir. O, evə gəldiyində anası hələ sağ idi. X17 gələnədək anaları vəfat etmişdir. O, yas mərasimində iştirak etmişdir. İş materiallarında olan: AZE seriyalı, 16002731 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 05 fevral 1951-ci il tarixdə Qusar rayonunda doğulmuşdur. İİİ-ЖГ 391005 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1974-cü il təvəllüdlü Ərizəçi atası X10, X1dır. Təcili və X6 Stansiyasının 16 saylı Bölməsi tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, 04 noyabr 2021-ci il tarixdə, saat 00:00-da Binəqədi rayonu, Stroydetal küçəsi, yeni tikilidə X2 meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 24 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, onun vəfat edən X1 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən olüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi ilə qeydə alına bilər. Belə olan halda, tibbi şəhadətnamənin təqdim edilmədiyi təqdirdə ərizənin təmin edilməsi imkan xaricindədir. 3 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş, lakin Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi, yeni tikilidə yaşamış 05 fevral 1951-ci il təvəllüdlü X4 04 noyabr 2021-ci il tarixdə yaşadığı ünvanda vəfat etmişdir. Mərhum 3 saylı şəhər poliklinikasının xidməti ərazisində qeydiyyatda olmasına baxmayaraq heç bir xəstəliklə əlaqədar Yasamal rayon 3 şəhər poliklinikasına müraciət etməmişdir. Mərhumun ölüm səbəbi məlum olmadığına görə ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkünsüzdür. Abşeron rayonu Masazır Bələdiyyəsinin 25 fevral 2022-ci il tarixli arayışından görünür ki, X4 həqiqətən də 05 noyabr 2021-ci il tarixdə Masazır kənd qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin X1 04 noyabr 2021ci il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etmiş, lakin ərizəçinin anasının ölüm faktını təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 05 fevral 1951-ci il təvəllüdlü X2 04 noyabr 2021-ci il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən müharibə veteranları məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 05 fevral 1951-ci il təvəllüdlü X2 04 noyabr 2021-ci il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2106/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2106/2022
11.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver