Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2115/2022 16.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, bacısı X1 30.09.1981-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, ərizəçinin bacısı X4 06.09.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş və adına 25.09.1981-ci il tarixdə Bakı şəhəri Kirov rayonu (indiki Binəqədi rayonu) qeydiyyat şöbəsində 461589 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Lakin bacısı 30.09.1981-ci il tarixdə vəfat etmişdir. Lakin valideynləri vaxtında onun adına ölüm haqqında şəhadətnamə almamışlar. Valideynlərinin hər ikisi rəhmətə getdiyindən birinci növbə qanun üzrə vərəsələrin dairəsini müəyyən etmək zərurəti yaranmışdır. Mərhum A.Ələkbərova da vərəsələr dairəsinə aid olduğundan, onun həmin siyahıdan çıxarılması üçün ölüm haqqında şəhadətnamə tələb olunmuşdur. Bununla bağlı, ölümün qeydə alınması ilə bağlı Bakı şəhəri Maraqlı şəxsnə rəsmi ərizə ilə müraciət etmiş, lakin müsbət nəticə əldə etməmişdir. Ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi və maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Lakin ərizəçi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şahid ifadələrini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnaməyə əsasən, X4 06.09.1981-ci il tarixdə anadan olmuş, ata qrafasında X6, ana qrafasında X3 qeyd olunmuşdur. - ölüm haqqında şəhadətnamələrdən görünür ki, X3 10.02.2018-ci il tarixdə, X6 isə 14.11.2021-ci il tarixdə vəfat etmişdir. - xx.xx.1983-cü il təvəllüdlü Ərizəçi atası X6, anası X2r. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş 09.02.2022-ci il tarixli cavab məktubuna əsasən, X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilə bilməməsi qeyd edilmişdir. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş arayışa əsasən, X7 barəsində Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Bakı şəhəri Maraqlı şəxs 1981-1982-ci illərə dair ilkin, 1982-1988-ci illərə dair isə bərpa akt qeydləri üzrə yoxlanılmışdır. Məhkəmənin iclasında iştirak edən şahidlər ərizəçinin əmisi X8 və dayısı X5 eyni məzmunlu izahat verərək, X1 06.09.1981-ci il tarixdə anadan olduğunu, lakin bir neçə gün yaşadığını və 30.09.1981-ci il tarixdə vəfat etdiyini təsdiq etdilər. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndini, MPM-nin 307.1, 307.2.8 və 308-ci maddələrini nəzərə alaraq qeyd edir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi A.Ələkbərovanın ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin A.Ələkbərovanın ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə məhkəmə o zaman hüquqi əhəmiyyəti olan faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi X1 ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X1 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi A.Ələkbərovanın ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 30.09.1981-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06.09.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş X1 30.09.1981-ci il tarixdə ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-2115/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2115/2022
16.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver