Məhkəmə qərarları › İş №2(001)-2191/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2191/2023

25.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2191/2023 25.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 03 iyul 1983-cü il təvəllüdlü övladı X4 15 yanvar 2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 03 iyul 1983-cü il təvəllüdlü övladı X8 15 yanvar 2023-cü ildə yaşadığı evdə vəfat etmişdir. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təcili və X3 Stansiyasını məlumatlandırılmış və Bakı şəhəri Təcili və X3 Stnasiyasından həmin tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Həmin sənəddən başqa ölümü təsdiq edən digər sənəd əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda suallara cavab olaraq bildirmişdir ki, mərhum oğlu X8 15 yanvar 2023-cü ildə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, döngə 1 ünvanında yerləşən evdə ölmüş və o, əvvəl insult keçirmişdir. Hazırki faktın müəyyən edilməsi sənədləşdirmə işləri üçün lazımdır. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin Maraqlı şəxs məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində bildirmişdir ki, o, 2004-cü ildən Ərizəçi qonşusudur. Mərhum oğlu X8 15 yanvar 2023-cü ildə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, döngə 1 ünvanında yerləşən evdə ölmüş və onu Müşfiqabad qəsəbə qəbirstanlığında dəfn etmişlər. O, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində bildirmişdir ki, o, X1nun dayısı oğludur. X1 əvvəl insult keçirmişdir. 15 yanvar 2023-cü il tarixdə Bakı şəhərində yaşadığı evdə qəflətən rəhmətə getmiş və o, Müşfiqabad qəsəbə qəbirstanlığında dəfn edilmişdir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, o, X1nun əmisi oğludur. X1 15 yanvar 2023-cü il tarixdə Bakı şəhərində yaşadığı evdə qəflətən rəhmətə getmişdir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan AA ******* №-li Şəxsiyyət Vəsiqəsinin surətindən və elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, X8 xx.xx.1983-cü ildə Laçın rayonunda anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X3 Stansiyasının 15 yanvar 2023-cü il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin günü saat 18:35-də Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, döngə 1 ünvanına X4 adına çağırış olmuş və çağırış yerinə gələndə, çağırış ünvanında kişi cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin xx.xx.2023-cü il tarixli 20-04/98 №-li məktubundan görünür ki, həbs edilmiş şəxs 1983-cü il təvəllüdlü X8 xx.xx.2018-ci il tarixdə Bakı İstintaq Təcridxanasında “işemik insult” diaqnozu ilə Mülaicə müəssisəsinə köçürülmüşdür. O, kliniki, laborator, instrumental müayinələrdən keçirildikdən sonra həkimlər tərəfindən konsultasiya edilmişdir. Nəticədə “Baş beyin qan dövranının sağ orta beyin arteriya hövzəsində kəskin işemik insult şəkilli pozulması. Sol tərəfli yüngül hemiparez” diaqnozu müəyyən edilərək müalicə aparılmışdır. Müalicə nəticəsində S.Əzimovun səhhətində yaxşılaşma əldə edilmiş, xx.xx.2018-ci il tarixdə kafi vəziyyətdə saxlandığı müəssisəyə göndərilmişdir. İş materiallarında olan Qaradağ rayonu Müşfiqabad bələdiyyəsi tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.2023-cü il tarixdə rəhmətə getmiş və Müşfiqabad qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan X7, X5 və X2 iştirakı ilə 01 fevral 2023-cü il tərtib edilmiş Aktdan görünür ki, onlar X4 15 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi,Sumqayıt şossesi, döngə 1 ünvanında yerləşən evdə vəfat etdiyini təsdiq etmişlər. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat şöbəsindən verilmiş 31 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnaməsi olmadığı üçün X4 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Qubadlı rayon İcra Hakimiyyəti başçısının Zilanlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli 11- 17/25 №-li Arayışdan görünür ki, Qubadlı rayon Zilanlı kənd sakini Ərizəçi rayon ərazisi işğal olunduğuna görə 1993-cü ildən məcburi köçkündür və hal-hazırda Biləcəri qəsəbəsində məskunlaşıb. X8 onun oğludur və xx.xx.2023-cü ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” Publik Hüquqi şəxs 15 №-li Şəhər Poliklinikasının 20 fevral 2023-cü il tarixli 50 №-li məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X8 15 saylı Şəhər poliklinikasına müraciət etməyib, adına ambulator karta açılmayıb. Xəstə kimi dispanser qeydiyyata alınmayıb. Xəstəliklə bağlı qeydiyyatda olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi imkanları xaricindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, 03 iyul 1983-cü il təvəllüdlü X4 15 yanvar 2023-cü il tarixdə, Bakı şəhərində vəfat etməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 03 iyul 1983-cü il təvəllüdlü X4 15 yanvar 2023-cü ildə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə 03 iyul 1983-cü il təvəllüdlü X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar