Məhkəmə qərarları › İş №2(001)-2195/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2195/2021

10.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2195/2021 10.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə Ərizəçi əri 25.08.1960-cı il təvəllüdlü X1 26.11.2020-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi əri 25.08.1960-cı il təvəllüdlü X1 26.11.2020-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, X3 ilə faktiki nikah münasibətlərinə daxil olmuş, bu münsibətlərdən 17.01.2002-ci il tarixdə X8 anadan olmuşdur. İkinci Qarabağ müharibəsində iştirak edən oğlu X8 hal-hazırda öz hərbi xidmətini davam etdirir. Xərçəng xəstəliyindən əziyyət çəkən X3 26.11.2020-ci il tarixdə Mingəçevir şəhərində evdə vəfat etmişdir. Hadisə yerinə gələn Mingəçevir şəhəri Təcili və X10 Stansiyasının 19 saylı bölməsinin verdiyi xəbərdarlıq vərəqəsi də ölüm faktını təsdiq edir. O, Maraqlı şəxsnə müraciət edərək ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin şöbə ölüm haqqında şəhadətnamələrin verilməsinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Ona görə də 25.08.1960-cı il təvəllüdlü X1 26.11.2020-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Bakı şəhəri Binəqədi rayon Leyla nikah evi tərəfindən verilmiş 20.02.2002-ci il tarixli AZ-İ № 101776 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 17.01.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 297 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X4, anası Ərizəçidır. AA1617840 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 25.08.1960-cı il tarixdə anadan olmuşdur. Təcili və X10 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, X1 adına daxil olan çağırışa həkim 26.11.2020-ci il tarixdə saat 23:55-də gələrkən həkimə qədər ölmüş kişi cinsli meyit aşkar olunmuşdur. X11 mərasimi xidmətləri sahəsinin rəisi R.Məmmədov, qəbirqazan B.Həşimov və M.İsmayılov tərəfindən tərtib olunmaqla Mingəçevir Bələdiyyəsi tərəfindən təsdiq olunan 08.01.2021-ci il tarixli aktdan müəyyən olunur ki, X3 27.11.2020-ci ildə Mingəçevir şəhər Sağ Sahil qəbirstanlığında dəfn olunmuş, qeydiyyat kitabında 330 saylı nömrə ilə qeydə alınmışdır. Milli Onkologiya Mərkəzinin 10.11.2020-ci il tarixli ambulator kartadan çıxarışından müəyyən olunur ki, X2 C34.8-Bronxların və ya ağciyərin yuxarıda göstərilən bir və ya bir neçə lokanizasiyasından kənara çıxmaqla zədələnməsi cTxN2M1 mərhələ İV, sağ ağciyər xərçəngi, divararalığı İ/d və sümüklərə MTS diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, o, 30 il Ərizəçi ilə birlikdə tibb müəssisəsində işləmiş və ailəvi yaxın münasibətləri vardır. Ona görə də bilir ki, Ərizəçi X3 ilə faktiki nikaha girmiş, birgə nikahlarından hazırda hərbi xidmətdə olan 17.01.2002-ci il təvəllüdlü X8 anadan olmuşdur. Xərçəng xəstəliyindən əziyyət çəkən X3 26.11.2020-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmiş, Mingəçevir şəhər Sağ Sahil qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X14 ifadəsində göstərmişdir ki, xalası Ərizəçi X3 ilə faktiki nikaha girmiş, birgə nikahlarından hazırda hərbi xidmətdə olan 17.01.2002-ci il təvəllüdlü X8 anadan olmuşdur. Xərçəng xəstəliyindən əziyyət çəkən X3 26.11.2020-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmiş, Mingəçevir şəhər Sağ Sahil qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, qohumu Ərizəçi X3 ilə faktiki nikaha girmiş, birgə nikahlarından hazırda hərbi xidmətdə olan 17.01.2002-ci il təvəllüdlü X8 anadan olmuşdur. Xərçəng xəstəliyindən əziyyət çəkən X3 26.11.2020-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmiş, Mingəçevir şəhər Sağ Sahil qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs 13.01.2021-ci il tarixli 05/q-80/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməsi, faktiki həyat yoldaşı X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığından ərizəsinin təmin edilə bilməməsi Ərizəçi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla 25.08.1960-cı il təvəllüdlü X1 26.11.2020-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən olunduğundan məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 25.08.1960-cı il təvəllüdlü X1 26.11.2020-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar