Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2209/2025 04.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum xx.xx.1951-ci il təvəllüdlü atasının xx.xx.2002-ci il tarixində Bakı şəhəri, ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası, xx.xx.1951-ci il təvəllüdlü X6 xx.xx.2002-ci il tarixində rəhmətə getmişdir. O, Masallı rayonu, Ərkivan qəsəbəsinin Gölü məhəlləsindəki qəbirstanlıqda dəfn edilmişdir. Bu faktı bütün qohumlar, qonşular faktı təsdiq etdiklərin qeyd etmişdir. Lakin ölümün səbəbinə dair tibbi akt tərtib edilmədiyindən ölümün qeydiyyatı mümkün olmamışdır. Mərhum atası öldüyü zaman meyiti müayinə olunmadığından ölümün səbəbi barədə qeydiyyat aparıla bilməmişdir. Bu faktın müəyyən olunması mərhum atasından qalan miras əmlakdan pay almaq üçün lazımdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin dəlillərinə uyğun izahat vermiş və iddanın təmin olunmasını, bununla bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan əlavə bildirmişdir ki, Masallı rayonunda atasının və digər ailə üzvlərinin adına olan torpaq sahəsi vardır vı faktın müəyyən edilməsi bununla bağlı sənədləşmə işlərinə görə lazımdır. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, atası vəfat edən zaman o gənc idi. Babası atasının ölüm haqqında şəhadətnaməsini aidiyyəti qurumdan kəfən pulu verilmədiyi üçün almamışdır. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, o, mərhumun gəlinidir. 1995-ci ildən ərizəçi ilə nigahdadırlar, hazırda Sulutəpə qəsəbəsində yaşayırlar. Mərhum xx.xx.2002-ci il tarixində onlara qonaq gəldiyi gün yemək yediyi zaman rəhmətə getmişdir. Qaynatasının şəkər və təzyiq problemi olduğunu bildirdi. Ölümündən sonra təcili yardım çağırmayıblar. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, o, ərizəçinin oğludur. Babası ölən vaxt onun 4 yaşı var idi. Hadisələr təxmini yadına gəlir, həmin vaxt uşaq olduğu üçün hadisələri tam xatırlamır. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X4 şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. X2 xx.xx.1973-cü il tarixdə 270 nömrə ilə qeydə alınmış doğumu haqqında akt qeydininə əsasən xx.xx.2025-ci il tarixli, 3/16-5/8-4xx-xx/2025 nömrəli arayışın surətindən görünür ki, X4 xx xxxxxx 1973-cü il tarixində Masallı şəhərində doğulmuş, atası Eynullayev Elxan, anası Eynullayeva Elmiradır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi“ Publik hüquqi Şəxs “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi Şəxs tərəfindən verilən arayışın mətnində göstərilir ki, vəfat etmiş X3 ölməsi barədə “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi Şəxsdə hər-hansı bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyətinin Başçısının Ərkivan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 92 nömrəli arayışdan görünür ki, Masallı rayon, Ərkivan qəsəbə sakini X6 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Mərhum Masallı rayonu, Ərkivan qəsəbəsi, Ramazanlı küçəsindəki qəbiristanlıqda dəfn olunmuşdur. Masallı regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinin ölümün dövlət qeydiyyatına alınmasından imtina barədə rəyində qeyd edilmişdir ki, X3 ölümünün qeydə alınmasında tələb olunan sübutedici sənədlər şöbəyə təqdim edilmədiyindən, ölümün qeydə alınmasından imtina edilmişdir. Masallı regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3/16- 5/8-4xx-xx/2025 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1951-ci ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmişbütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında aktı qeydi aşkar olunmamışdır. İddia tələbindən görünür ki, iddiaçının tələbinin hüquqi əsasını şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi təşkil edir. Belə ki, ərizəçi mərhum atasının ölümü ilə bağlı tibbi şəhadətnamənin əldə edilməsinin mümkünsüzlüyünə görə ölüm haqqında şəhadətnamə ala bilmir. Hansı ki, həmin şəhadətnamə ona vərəsəliklə bağlı sənədləşdirmə işləri üçün lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, ölüm faktı müəyyən edilməsi xahiş edilən X6 Ərizəçi atasıdır. X3 xx.xx.2002-ci il tarixində ölməsi həm Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyətinin Başçısının Ərkivan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 92 nömrəli arayışla, həm də şahid ifadəsi ilə müəyyən edilir. Belə ki, mərhumun ölümünün hansı şəraitdə baş verməsi ilə bağlı isə şahid ətraflı məlumat vermiş və məhkəmə həmin ifadəni mötəbər sübut kimi qəbul etmişdir. Odur ki, 08 yanvar 1951-ci il təvəllüdlü X3 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi atası 08 yanvar 1951ci il təvəllüdlü X3 19 mart 2002-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsi təmin edilsin. 08 yanvar 1951-ci il təvəllüdlü X3 19 mart 2002-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2209/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2209/2025
04.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver