Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2258/2025 14.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, MŞB/11/2024-01189 nömrəli, xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, həmn sazişə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq, övladı xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması məqsədilə, hər ayın 15-nə qədər 250 manat olmaqla, sabit pul məbləğində alimentin və ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixində nikah bağlanmışdır. Birgə nikahdan xx.xx.2022-ci il tarixində X4 doğulmuşdur. Cavabdehlə aralarında Bakı 11 saylı Mediasiya Təşkilatının MŞB/11/2024-01189 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Sazişə görə ikinci tərəf birinci tərəfə xx.xx.2024-cü il tarixindən başlayaraq, yuxarıda qeyd edilən övladı xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər ayın 15-nə qədər, 250 manat olmaqla, abit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi alimenti məbləğinin gələcəkdə artırılıb, azaldıması üçün məhdudiyyət yaratmır. Bu sazişin bağlanmasından 2 aydan çox müddət keçməsinə baxmayaraq, cavabdeh öhdəliyini icra etmir. Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, cavabdeh barışıq sazişində təyin olunan alimenti ödəməmişdir. Alimentlə bağlı müraciətinə “yoxdu, ödəmirəm” deyə cavab verilir. xx.xx.2024-cü il tarixindən ondan sonra birlikdə yaşamamışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, nümayənədələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər və maraqlı şəxslərin işitrakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, X2 (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtləri özündə ehtiva edir: - İkinci tərəf birinci tərəfə xx.xx.2024-cü il tarixindən başlayaraq, yuxarıda qeyd edilən övladı xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər ayın 15-nə qədər, 250 manat olmaqla, abit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi alimenti məbləğinin gələcəkdə artırılıb, azaldıması üçün məhdudiyyət yaratmır. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 479780 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında olan nikah Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixinə 10 № ilə qeyd edilmişdir. Göründüyü kimi, tərəflər arasında alimentlə bağlı mediasiya prosesində xx.xx.2024cü il tarixli barışıq sazişi imzalanmışdır. Sazişin şərtinə əsasən Maraqlı şəxs xx.xx.2024-cü il tarixindən başlayaraq, yuxarıda qeyd edilən övladı xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər ayın 15-nə qədər, 250 manat olmaqla, sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Lakin barışıq sazişinin icrası təmin edilmir. Odur ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədiyindən Ərizəçi mediasiya prosesində bağlanmış barışıq sazişinin alimentin ödənilməsi hissəsində məcburi icrasi üçün təsdiq edilməsi barədə ərizəsi aşağıda qeyd edilən normalara görə əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsaəsn iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 8.2-ci bəndini (xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir), 9.1.2-ci bəndini (aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar) və MPM-nin 119-cu maddəsini rəhbər turaraq hesab edir ki, iddianın verilməsi üçün ödənilmiş olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin, barışıq sazişi birgə nikahdan doğulan xx.xx.2022-ci il təvəllüdlü X3 18 yaşa qədər saxlanılması üçün 19 dekabr 2024-cü il tarixdən başlayaraq, hər ay 15-nə dək 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq X1 ödənilməsi hissəsində məcburi icraya yönəldilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq ərizəçi X1 ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2258/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2258/2025
14.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver