Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2263/2022 05.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “vəfat etmə faktının müəyyən edilməsi”-nə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1892-ci il təvəllüdlü X5 1963-cü il tarixdə “vəfat etmə faktının” müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, babası X11 1963-cü ildə yaşadığı Nardaran kəndində vəfat etmiş və orada kənd qəbirstanlığında dəfn edilmişdir. Bununla bağlı, yəni, ölüm haqqında şəhadətnamənin olmasına dair idarə və müəyyən orqanlara müraciət etmişdir. Lakin ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sabunçu rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Onun müraciətinə baxılmış və ölüm haqqında şəhadətnamənin olmaması səbəbindən ona birbaşa məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, ərizəçinin ərizəsinə etiraz edilmədiklərini bildirməklə, işin həllini məhkəmənin mülahizəsinə buraxıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirmişdir ki, o, 1961-ci ildən Nardaran qəsəbəsində yaşayır. Ərizəçinin babası onun xalasının əri olub. İbrahim onun qonşusu olmuşdur. O, ölən zaman o, hərbi xidmətə getməklə bağlı təlimdə olmuşdur. Onun yasında iştirak etməmişdir. Ölüm tarixini dəqiq xatırlamır. Çünki hadisədən 60 ilə yaxın müddət keçmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra İbrahimin ölməsindən xəbəri olmuşdur. 1963-cü ildə ölüb. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirmişdir ki, hazırda Nardaran qəsəbəsində qeydiyyatda olduğu ünvan üzrə yaşayır. İbrahim həmkəndlisi olub. Onun ölüm tarixi dəqiq yadında deyil. Nədən öldüyünü dəqiq bilmir, lakin o, ölən zaman artıq qocalmışdı. İbrahimin yasında iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AЗ-seriyalı, 117807 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1966-cı il tarixində Bakı şəhərində doğulmuşdur. X4, anası X3r. XV-ЖГ-seriyalı, 262978 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 03 mart 1934-cü il tarixində Bakı şəhərində doğulmuşdur. X2, anası X6r. ИЕ-seriyalı, 078559 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X7 arasında 15 yanvar 1959-cu il tarixində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 yanvar 1959-cu il tarixində 7№ ilə qeyd edilmişdir. Nikaha daxil olduqdan sonra arvada “Məlikova” soyadı verilmişdir. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən ölüm haqqında şəhadətnamədən görünür ki, X7 25.07.2014-cü il tarixində Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 avqust 2014-cü il tarixində 369 № ilə qeyd edilmişdir. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən arayışdan görünür ki, 1892-ci il təvəllüdlü mərhum X11 tərtib edilmiş akta əsasən həqiqətən 1963-cü il tarixində vəfat etmiş və Nardaran qəbirstanlığında dəfn edilmişdir. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi göndərilən 02.12.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatın qaydası”–nın 8.5-ci bəndinə əsasən tələb edilən sənədlər tam olmadığından ölümün qeyd edilməsi mümkün deyildir. Ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından X5 ölümünün qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İcbari Tibi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X21 ünvan 1 ünvanlanan məlumatdan görünür ki, Nardaran qəsəbəsi, N.Əskərov küçəsində qeydiyyatda olan və yaşayan 1892-ci il təvəllüdlü X11, həqiqətən 1963-cü il tarixində vəfat etmişdir. Lakin mərhum haqqında lazımi sənədlər olmadığı üçün 106 nömrəli forma-ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən 01.12.2021-ci il tarixində verilən 2606-05/16 saylı arayışdan görünür ki, X11 barəsində 1963-cü ilə aid ölüm akt qeydi aşkar edilməmişdir. Arxiv məlumatları 1960-1966-cı illər Sabunçu rayon qeydiyyat şöbəsinin ölüm akt qeydləri və ölüm haqqında bərpa akt qeydləri 1964-1971-ci illər üzrə yoxlanılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, Ərizəçi mərhum X5 nəvəsidir. Belə ki, X5 qızı X1 Fikrət Naib oğlunun anasıdır. X5 1963-cü il tarixində Bakı şəhərində qocalıqla bağlı vəfat etməsi, təqdim edilən arayışlar və şahid ifadəsi ilə sübut olunur. Baxmayaraq ki, ölüm günü ilə bağlı sübutlar təqdim edilməmişdir, qəbir daşında belə həmin izlər oxuna bilmir, lakin ölümün baş vediyi 1963-cü il tarixi ilə bağlı mötəbər sübutlar mövcuddur. Ərizəçi babasının vəfat etməsi ilə əlaqədar səhiyyə orqanlarından tibbi şəhadətnamə əldə edə bilmir. Həmin sənədin alınması ərizəçiyə babasının ölüm haqqında şəhadətnaməsini almaq, habelə onun ölümündən sonra yaranmış bir sıra hüquqi məsələləri həll etmək üçün lazımdır. Odur ki, Ərizəçi babası 1892-ci il təvəllüdlü X5 1963-cü il tarixində Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli fakt olduğundan ərizə əsaslıdır. Eyni zamanda qeyd edilməlidir ki, vəfat edən şəxsin ölüm günü ilə bağlı kifayət qədər sübutların olmaması şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etmə faktının müəyyən edilməsindən imtina üçün əsas deyildir və hüquq haqqında mübahisə doğurmur. Bu baxımdan məhkəmə müvafiq orqanın ölümün baş vermə tarixi ilə bağlı sənədlərdə qeydiyyatı natamam aparmasını məqsədəmüvafiq hesab edir. Nəzərə alınsa ki, ölümün baş vermə vaxtından 60 ilə yaxın müddət keçmişdir və həmin faktı təsdiq edəcək sübutların əldə edilməsi çətindir natamam qeydiyyatın aparılması işin hallarına uyğun olmaqla mübahisə doğurmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 1892-ci il təvəllüdlü X5 1963-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Ərizəçinin babası 1892-ci il təvəllüdlü X5 1963-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ölüm vaxtı ilə bağlı natamam qeydiyyatın aparılması məqsədəmüvafiq hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2263/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2263/2022
05.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver