Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2277/2021 05.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 1973-cü il təvəllüdlü əri X1 xx xxxxxx 2020-ci il tarixində vəfat etmsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxx 1973-cü il təvəllüdlü əri X5 xx xxxxxx 2020-ci il tarixində ölmüşdür. Bu günə qədər də ölümü təsdiq edən sənədi almamışdır. Lakin bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə Azərbaycan Respublikası Səyiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin şəhər poliklinikasına və Qeydiyyat Şöbəsinə yazılı ərizə ilə müraciət etmişdir. Lakin poliklinika ayarışın, qeydiyyat şöbəsi ölüm haqında şəhadətnamə verməkdən imtina etmişdir. Eyni zamanda öz imtina ərizəsinədə bu barədə məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etmədiyinə görə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Sultanova Giləxanım Əlövsət qızı ifadəsində bildirmişdir ki, mərhumun anasıdır. Oğlu ilə bir həyətdə yaşamışdır. Evləri yanyanadır. Dekabr ayının 5-dən 6-sına keçən gecə vəziyyəti ağırlaşmışdır. Ayın 6-sı gecə saat 2-də rəhmətə getdi. Böyrəyi xəstə idi. Həmişə hərəkət edəndə böyrəyinin ağradığını deyirdi. Pis vərdişlərinin olmasını görməmişdir. Ayaqları tutulmuşdu yerindən dura bilmirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, mərhum qaynının ogludur. Hadisə vaxtı evdə olmuşlar. Mərhumun oğlu onlara atasının halının xarab olduğunu bildirmişdir. Onu çağırdıqlarından evlərinə getmişdir. Ayın 5 mərhumu görmüşdür. Onda sağ idi. Biraz oturandan sonra onlara evlərinə getmələrini söyləmişdir. Onalrda öz evlərinə getsələr də, fikri mərhumun yanında qalmışdır. Mərhumun oğlu yenidən gəlib onu çağırmışdır. Həmin vaxtı onlarda anası bacısı kürəkəni mərhumun başına yigilmişdilar. Üstündən 15-20 dəqiq keçdi vəfat etdi. Təcili yardıma zəng etmişdilər. Təcili yardım gələndə artıq o vəfat etmişdi. Böyrəklərində problem olmuşdur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AZE seriyalı 09836639 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1973-cü il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Binəqədi rayonu “Leyla” Nikah evi tərəfindən verilən xx xxxxxxxx 1994cü il tarixli Vİ- ЖГ seriyalı, 429307 saylı nikahın bağlanması haqqında şəhadətnmanin surətindən görünür ki, X5 ilə X2 arasında xx xxxxxxxx 1994-cü il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxxxx 1994-cü il tarixində 602 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Sultanova” soyadı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/Q-2942/13 nömrəli məktubuna əsasən Ərizəçi ərizəsinə cavab olaraq, bildirilmişdir ki, onun əri X5 üçün ölüm haqqında şəhadətnamə alınması barədə ərizəsinə baxılmış, bildirilmişdir ki, X5 adına ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İcbari Tibi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs 15 nömrəli şəhər polikinikası tərəfindən “X10” MMC-nin hüquqşünası X8 verilən xx xxxxxx 2021-ci il tarixli cavab məktubundan görünür ki, xx xxxxx 1973-cü il təvəllüdlü X5 15 saylı şəhər poliklinikasında qeydiyyatda olmadığından ona ölüm haqqında arayış verilməsi mümkün deyil. Bakı şəhəri Qaradağ rayonu,Səngəçal Bələdiyyəsi tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli, 02/31 saylı arayışdan görünür ki, xx xxxxx 1973-cü il təvəllüdlü X5 xx xxxxxx 2020-ci il tarixində vəfat etmiş və Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Sofihəmid qəbirstanlığında dəfn olunmuşdur. Bakı şəhəri Təcili və X4 Stansiyasının 17 saylı bölməsi tərəfinədən verilən ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il saat 04:18-də ünvan 1 ünvanında kişi cinsinə aid meyid aşkar olunmuşdur. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, Ərizəçi xx.xx.1973-cü il təvəllüdlü X1 həyat yoldaşıdır. Sultanov Sərdar Səftər oğlunun xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etməsi ölüm haqqında xəbərdarlıq vərəqəsi və Qaradağ rayonu Səngəçal Bələdiyyəsinin arayışı, həmçinin şahid ifadələri ilə sübut olunur. Ərizəçi yoldaşının vəfat etməsi ilə əlaqədar səhiyyə orqanlarından tibbi şəhadətnamə əldə edə bilmir. Həmin sənədin alınması ərizəçiyə Sultanov Sərdar Səftər oğlunun ölüm haqqında şəhadətnaməsini almaq, habelə onun ölümündən sonra yaranmış bir sıra hüquqi məsələləri həll etmək üçün lazımdır. Odur ki, Ərizəçi yoldaşı xx.xx.1973-cü il təvəllüdlü Sultanov Sərdar Səftər oğlunun xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli fakt olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1973-cü il təvəllüdlü Sultanov Sərdar Səftər oğlunun xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2277/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2277/2021
05.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver