Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2295/2021 10.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə Ərizəçi əri 23.06.1971-ci il təvəllüdlü X4 02.12.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi əri 23.06.1971-ci il təvəllüdlü X4 02.12.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun əri 23.06.1971-cı il təvəllüdlü X8 02.12.2020-ci il tarixdə yaşadıqları evdə vəfat etmişdir. Həmin gün o, təcili tibbi yardım çağırmış, Təcili və X12 Stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmiş və xəbərdarlıq vərəqəsində həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilməsi göstərilmişdir. Mərhum əri X1 qəbirstanlığında dəfn edilmiş və bu barədə X13 tərəfindən arayış verilmişdir. O, ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə cavab verilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. O, hüquqlarını bilmədiyindən əri vəfat edərkən vaxtında poliklinikaya müraciət etməmiş və bu səbəbdən də həkimin tibbi şəhadətnaməsinin alınması mümkün olmamışdır. 35 saylı şəhər Poiklinikası tərəfindən verilmiş ambulator kartadan çıxarışda onun poliklinikaya müraciət etməməsi və ambulator kartası olmaması göstərilmişdir. Ərinin ölüm faktını təsdiq edəcək sənədi başqa qaydada almaq imkanı olmadığından, ölüm akt qeydinin aparılması ona ölüm haqqında şəhadətnamə alaraq mərhumun qeydiyyatda olduğu evdən çıxarılması üçün tələb olunduğundan ərizəsinin təmin edilərək 23.06.1971-ci il təvəllüdlü X4 02.12.2020-ci il tarixdə Bakı şəhərində ölməsi hüquqi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Bakı şəhəri Binəqədi rayon VVADQ şöbəsi tərəfindən verilmiş 11.06.2005-ci il tarixli AZ-İ № 168109 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X8 ilə X9 11.06.2005-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 542 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Yaqubova soyadı verilmişdir. Bakı Baş Səhiyyə İdarəsi 35 nömrəli şəhər poliklinikasının 14.12.2020-ci il tarixli ambulator kartadan çıxarışından müəyyən olunur ki, 23.06.1971-ci il təvəllüdlü X4 poliklinikaya müraciəti olmamış, ambulator kartası olmamışdır. Bakı şəhəri Binəqədi RPİ tərəfindən 28.07.2012-ci il tarixdə verilmiş AZE seriyalı 09656067 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi qəsəbəsi Qarayev küçəsi 9 saylı evdə qeydiyyatda olan X8 23.06.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Təcili və X12 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, X4 adına daxil olan çağırışa həkim 02.12.2020-ci il tarixdə saat 06:30-da gəlmiş, həkimə qədər ölmüş kişi cinsli meyit müəyyən olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi Ə.D.Məlikov adına 6 nömrəli birləşmiş şəhər Xəstəxanasının PHŞ Şüa Diaqnostika şöbəsinin 06.11.2020-ci il tarixli müayinə vərəqəsindən müəyyən olunur ki, X4 bel-çanaq nahiyəsinin rentgenoloji müayinəsi zamanı fəqərə sütununun deformasiyası, 2 tərəfli cüssəvi sauroileit, L5-S1 fəqərə arası yırtığa şübhə aşkarlanmışdır. Avrasiya klinikasının 25.11.2020-ci il tarixli müayinə vərəqəsindən müəyyən olunur ki, X4 onurğa sütununun bel-oma nahiyyəsinin MR müayinəsi zamanı Sagittal T1, T2 və Aksiyal T2 rejimləri alınıbdır. Müayinə hərəkət artefaktı səbəbilə suboptimaldır. Bel lordozu təbiidir, fəqərə cisimlərinin tamamlayıcı lövhələrində osteofitlər mövcuddur, L2 fəqərə cisminin tamlığı pozulub, komressiyon sınıq izlənilir, L2 fəqərə səviyyəsində arxa doğru listezis izlənilir, həmin səviyyədə onurğa kanalı tama yaxın sıxılmış vəziyyətdədir. L5 fəqərə cisminin alt, S1 fəqərə cisminin üst hissəsində T1, T2 hiperintens siqnal dəyişikliyi mövcuddur, L5 fəqərə cismində önə doğru grade İ listezis mövcuddur, L3-L5 fəqərə səviyyəsində dərialtı yumşaq toxuma ödemlidir. L5-S1 diskdə nisbətən hündürlük azalması izlənilir, digər disk məsafələri normal genişlikdədir, L5-S1 diskin siqnal intensivliyi degenerasiyaya bağlı azalıbdır. L5-S1 diskdə sol nevral forameni, sağ S1 sinir kökcüyünü və dural kisəni sıxan 6mm ölçüdə sağ parasantral yırtıq izlənilir. Spinal kord və korda aid hissələrdə patoloji dəyişiklik izlənilmir, onurğa beyni Th12-L1 səviyyəsində conus medullaris şəklində sonlanır, müayinə sahəsində spinal kanalın diametri norma daxilindədir. Binəqədi rayonu X13nin 16.12.2020-ci il tarixli 615 saylı arayışından müəyyən olunur ki, X8 02.12.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən Binəqədi kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, bacısının əri 23.06.1971-ci il təvəllüdlü X8 ağır xəstəlikdən sonra 02.12.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Binəqədi kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, bacısının əri 23.06.1971-ci il təvəllüdlü X8 ağır xəstəlikdən sonra 02.12.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Binəqədi kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, qardaşı 23.06.1971-ci il təvəllüdlü X8 ağır xəstəlikdən sonra 02.12.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Binəqədi kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs 17.12.2020-ci il tarixli 05/q-2788/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməsi, əri X4 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınmasının mümkün olmadığı Ərizəçi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla 23.06.1971-ci il təvəllüdlü X4 02.12.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 23.06.1971-ci il təvəllüdlü X5 02.12.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2295/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2295/2021
10.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver