Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2298/2021 02.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası xx xxxxxx 1928-ci il təvəllüdlü X4 xx xxx 2020-ci il tarixdə ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası xx xxxxxx 1928-ci il təvəllüdlü X8 xx xxx 2020-ci il tarixdə evdə vəfat etmişdir və həmin vaxt onun tərəfindən təcili tibbi yardım çağırılmamışdır. Mərhum anası X1 qəbristanlığında dəfn edilmişdir və bu barədə Binəqədi qəsəbə Bələdiyyəsi xx xxxx 2020-ci il tarixdə arayış vermişdir. Onun tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət edilmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığından şəhadətnamənin verilməsindən imtina edilmiş, eyni zamanda ona bu barədə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi, anası xx xxxxxx 1928-ci il təvəllüdlü X4 xx xxx 2020-ci il tarixdə ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində bildirmişdir ki, X8 onun qayınanası olmuşdur. xx xxx 2020-ci il tarixdə onun yanında rəhmətə getmişdir və Binəqədi kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, X8 ilə qonşu olmuşlar. xx xxx 2020-ci il tarixində səhər qonşuda səs-küy eşitmiş, gedib görmüşdür ki, Leyla xanım rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində bildirmişdir ki, X8 onun nənəsi olmuşdur. xx xxx 2020-ci il tarixdə rəhmətə getmişdir və Binəqədi kənd qəbristanlığında dəfn olunmuşdur. Mülki işin materiallarında olan Bakı Baş Səhiyyə İdarəsinin 35 nömrəli şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli Ambulator kartdan çıxarışından (qısa epikriz) görünür ki, xx.xx.1928-ci il təvəllüdlü X8 1965-ci ildən 35 nömrəli şəhər poliklinikasında qeydiyyatda olmuş, xəstə yataq xəstəsi olduğu üçün son beş ildə evə fəal gediş-gəliş olmuşdur. Mülki işin materiallarında olan Binəqədi qəsəbə Bələdiyyəsinin 28 saylı, xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, X8 xx.xx.2020-ci il tarixdə Binəqədi qəsəbəsində yerləşən Binəqədi kənd qəbirstanlığında dəfn olunmuşdur. Mülki işin materiallarında olan AZE seriyalı № 02804088 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1928-ci ildə Bakı şəhərində anadan olmuşdur. Mülki işin materiallarında olan Bakı şəhəri Maraqlı şəxsndən verilmiş xx xxxx 2020ci il tarixli arayışdan görünür ki, Ərizəçi ölüm faktını təsdiq edən tibbi sənəd olmadığı üçün X6 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Eyni Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, X6 xx.xx.2020-ci il tarixdə, Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1928-ci il təvəllüdlü X6 xx.xx.2020-ci ildə, Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə xx.xx.1928-ci il təvəllüdlü X6 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2298/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2298/2021
02.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver