Məhkəmə qərarları › İş №2(001)-2396/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2396/2022

25.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2396/2022 25.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, X1 1984-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1927-ci il təvəllüdlü anası X1 1984-cü ildə vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 1927-ci il təvəllüdlü anası X3 1984-cü ildə xəstəliklə əlaqədar bədəninə su yığılması səbəbindən vəfat etmişdir. Hüquqi savadı olmadığından o, həmin vaxt anasının ölüm haqqında şəhadətnaməsini almamışdır. Lakin, hazırda bəzi sənədləşmə işlərinin aparılması üçün həmin şəhadətnamənin alınması zərurəti yaranmışdır. O, bununla bağlı müvafiq qeydiyyat şöbəsinə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Həmçinin, o, ölüm haqqında tibbi şəhadətnamə alınması üçün də aidiyyəti orqana müraciət etmiş, lakin oradan da imtina məzmunlu cavab almışdır. Mərhum anası Abşeron rayonu, Mehdiabad qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ərizəçinin bacısı olduğunu bildirərək izahatında göstərdi ki, anası 1984-cü ildə evində vəfat etmişdir. Mərhum vəfat etdikdən sonra Abşeron rayonu, Mehdiabad qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ərizəçinin xalasıqızı olduğunu bildirərək digər şahid B.Səlimovanın ifadəsinə uyğun ifadə verdi. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi anası X2r. - Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin 11 mart 2022-ci il tarixli, 18 nömrəli arayışından görünür ki, X3 həqiqətən də 1984-cü ildə Abşeron rayonu, Mehdiabad qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 29 yanvar 2022-ci il tarixli məktubda göstərilmişdir ki, Vətəndaşlıq Vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən X1 adına ölüm haqqında akt qeydi axtarılmış və aşkar edilməmişdir. - Bakı Baş Səhiyyə Mərkəzi “27 nömrəli şəhər poliklinikası”nın 31 yanvar 2022-ci il tarixli məktbunda göstərilmişdir ki, 1984-cü il tarixdə rəhmətə getmiş X5 ölüm kağızı köhnə olduğuna görə ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin nümayəndəsinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X3 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi anası X1 1984-cü ildə vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 1927-ci il tarixdə doğulmuş X1 1984-cü ildə vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar