Məhkəmə qərarları › İş №2(001)-2397/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2397/2025

25.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2397/2025 25.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi, Maraqlı şəxs Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00422 saylı barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində MŞB/13/2024-00422 saylı barışıq sazişinin 3-cü bəndinə əsasən tərəflər birgə nikahdan anadan olan xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kim saxlanması üçün 2024-cü ilin may ayından başlayaraq hər ayın 25-30-u aralığında hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, ümumilikdə 705 (yeddi yüz beş) manat aliment məbləğini 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ödəməsi barədə razılaşmışlar. Maraqlı şəxs tərəfindən may-sentyabr ayları ərzində barışıq sazişində qeyd edilmiş aliment ödənilmişdir. Lakin son 4 ay ərzində Maraqlı şəxs alimenti ödəməmişdir. Maraqlı şəxs alimenti ödəməsi bildirilsə də sonuncu aliment ödəməkdən yayınmışdır. Barışıq sazişinin uşaqların aliment təminatı ilə bağlı hissədə (3cü bənd) məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi zəruridir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən ərizəçi Maraqlı şəxs iddia tələbinin təmin edilməsinə etiraz edərək bildirdi ki, hazırda onun uşaq tələbinə dair mülki işinə baxılmaqdadır. Uşaq ona verilərsə hazırkı barışıq sazişinin bir hüquqi əhəmiyyəti qalmır. Bu səbəbdən də barışıq sazişinin təsdiq edilməməsini xahiş etdi.

Mülki işin materialları:

5. Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00422 saylı Barışıq Sazişinin 3-cü bəndinə əsasən: Tərəflər: 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2024-cü ilin may ayından başlayaraq hər ayın 25-30-u aralığında hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, ümumilikdə 705 (yeddi yüz beş) manat aliment məbləğini 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ödəməsi barədə razılaşdılar.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

6. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməməlidir.

7. Məhkəmə baxışı zamanı işdə olan sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında mediasiya prosesində bağlanmış barışıq sazişi qismən icra edilsə də hazırda tərəflər arasında həmin barışıq sazişinin icrasında mübahisə mövcuddur.

8. Məhkəmə hesab edir ki, hazırkı barışıq sazişinin predmeti birgə nikahdan anadan olan xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana kim saxlanması üçün 2024-cü ilin may ayından başlayaraq hər ayın 25-30-u aralığında hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, ümumilikdə 705 (yeddi yüz beş) manat aliment məbləğini 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ödəməsi və sair olduğundan, tərəflər arasında sazişin şərtləri ilə bağlı mübahisə mövcud olduğundan, həmin tələb məhkəmə qaydasında həll olunan tələb olduğundan, tərəflər arasında bağlanmış Barışıq sazişinin təsdiq edilməsindən imtina edilməli, tələblə müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

9. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

10. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə, ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

11. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.

12. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.

13. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

14. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

15. Müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi icrası ilə bağlı tərəflər arasında mübahisə mövcuddur və ərizəçi xx.xx.2025-ci il tarixdə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

16. Bundan başqa müəyyən edilmişdir ki, Maraqlı şəxs məhkəmədə Ərizəçi qarşı uşaq tələbinə dair iddia qaldırmışdır.

17. Beləliklə məhkəmə hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar