Məhkəmə qərarları › İş №2(001)-2407/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2407/2023

19.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2407/2023 19.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il təvəllüdlü X9 xx.xx.2019-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı xx.xx.1959-cu il təvəllüdlü X13 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Həmin vaxt tərəfindən təcili yardım çağırılmışdır və BŞT və TTYS-nin 17 saylı Bölməsi tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Xəbərdarlıq vərəqində həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilməsi göstərilmişdir. Mərhum X2 1 qəbrirstanlığında xx.xx.2019-cu il tarixdə dəfn edilmişdir. Bu barədə Yasamal Bələdiyyəsi tərəfindən arayış verilmişdir. Tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət edilmişdir, xx.xx.2023-cü il tarixdə verilmiş cavabda ölümü təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən ərizənin təmin edilməsinin mümkün olmaması göstərilmişdir və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Hüquqlarını bilmədiyindən vaxtında poliklinikaya müraciət etməmiş və bu səbəbdən də həkimin tibbi şəhadətnaməsinin alınması mümkün olmamışdır. Həmçinin həkimin tibbi şəhadətnamə verilməsi ilə bağlı 15 nömrəli şəhər poliklinikasına müraciət etmiş, poliklinikadan verilmiş xx.xx.2023-cü il tarixli cavabda mərhumun poliklinikaya müraciət etməməsi və bu səbəbdən də ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmişdir. X1 qeyd edilən tarixdə vəfat etməsini və dəfn edilməsini məhkəmədə şahidlər təsdiq edə bilər. Mərhum ərinin ölüm faktını təsdiq edəcək sənədi başqa qaydada almaq imkanı yoxdur və ona görə də bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək əlavə olaraq bildirdi ki, həyat yoldaşı ürək tutmasından vəfat etmişdir. İş üzrə maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, ərizəyə etiraz etmədiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X7 bildirdi ki, ərizəçi onun qudasıdır. X13 xx.xx.2019-cu il tarixdə ürək tutmasından vəfat etmişdir. Mərhum qudası uzun müddət idi ki, ürəyində olan problemdən əziyyət çəkirdi. O, dəfn mərasimində iştirak etməsə də, yas mərasimində iştirak etmişdir. Onların adətinə görə qadınlar dəfn mərasimində iştirak etməməlidir. Məhkəmədə şahid X3 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Mərhum yeznəsi Əziz xx.xx.2019-cu il tarixdə qəfil dünyasını dəyişmişdir. Əzizin ölməsini ona bacısı məlumat vermişdir. O, dəfn mərasimində iştirak etməsə də, yas mərasimində iştirak etmişdir. Onların adətinə görə qadınlar dəfn mərasimində iştirak etməməlidir. Məhkəmədə şahid X4 ifadəsində göstərdi ki, ərizəçi onun yaxın rəfiqəsidir. Mərhum Əziz xx.xx.2019-cu il tarixdə qəfil dünyasını dəyişmişdir. Əzizin ölməsini ona rəfiqəsi zəng edərək məlumat vermişdir. O, dəfn mərasimində iştirak etməsə də, yas mərasimində iştirak etmişdir. Onların adətinə görə qadınlar dəfn mərasimində iştirak etməməlidir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: AZE 17371241 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, yaşayış yeri Bakı şəhəri, ünvan 1 olmuşdur. Təcili və X8 Stansiyasının “ölüm haqqında xx.xx.2019-cu il tarixli xəbərdarlıq vərəqəsi”ndən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 09:10-da Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan X9 adına çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda X9 meyidini aşkar etmişdir. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X9 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” X19 15 nömrəli Şəhər Poliknikanın xx.xx.2023-cü il tarixli, 58 nömrəli məktubdan görünür X13 15 nömrəli şəhər poliknikasına müraciət etmədiyindən, adına ambulator karta açılmamışdır. Xəstə kimi dispanser qeydiyyata da alınmamışdır. Ona görə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi imkan xaricindədir. Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X13 qəbirdaşına əsasən Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.1959-cu il təvəllüdlü X9 xx.xx.2019-cu il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Bakı şəhəri Maraqlı şəxs məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şərh edilənləri məhkəmə hesab edir ki, xx.xx.1959-cu il təvəllüdlü X9 yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında xx.xx.2019-cu il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X9 yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında xx.xx.2019cu il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar