Məhkəmə qərarları › İş №2(001)-2427/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2427/2021

11.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2427/2021 11.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclası katibi X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1953-cü il təvəllüdlü anası X1 xx xxxxxx 2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 1953-cü il təvəllüdlü anası X1 xx xxxxxx 2020-ci il tarixdə ölmüşdür. Bu günə qədər də ölümü təsdiq edən sənədi almamışdır. Lakin bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsi şəhər poliklinikasına və Bakı şəhəri Maraqlı şəxsmə yazılı ərizə ilə müraciət etsə də, lakin poliklinika arayışın, qeydiyyat şöbəsi isə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Eyni zamanda imtina məktublarında bu barədə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin atası, mərhum X1 isə əridir. Mərhum ürək çatışmazlığından və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. xx xxxxxx 2020-ci il tarixdə ürək çatışmazlığından yaşadıqları evdə vəziyyəti pisləşərək rəhmətə getmişdir. Mərhum Bilgəh qəbrstanlığında dəfn edilmişdir. Respublikada tətbiq olunan karantin rejimi ilə əlaqədar yas mərasimi ailə içində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin xalası, mərhumun isə bacısıdır. Mərhum ürək çatışmazlığından və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. xx xxxxxx 2020-ci il tarixdə mərhumun oğlu Rauf ona zəng edərək, anasının rəhmətə getdiyini bildirmişdir. Mərhum Bilgəh qəbrstanlığında dəfn edilmişdir. Respublikada tətbiq olunan karantin rejimi ilə əlaqədar yas mərasimi ailə içində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin xalası oğlu, mərhumun isə bacısı oğludur. Mərhum ürək çatışmazlığından və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. xx xxxxxx 2020-ci il tarixdə qohumlar ona zəng edərək, xalasının evdə rəhmətə getdiyini bildirmişlər. Mərhum Bilgəh qəbrstanlığında dəfn edilmişdir. Dəfndə o da iştirak etmişdir, lakin respublikada tətbiq olunan karantin rejimi ilə əlaqədar yas mərasimi ailə içində olmuşdur. İş materiallarında olan: AZE seriyalı, 07298641 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx xxxx 1953-cü il tarixdə Yardımlı rayonunda doğulmuşdur; Vİİİ-ЖГ seriyalı, 290718 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1980-ci il təvəllüdlü Ərizəçi atası X9, anası X2r. Təcili və X6 Stansiyasının “ölüm haqqında xəbərdarlıq” vərəqəsindən görünür ki, X4 xx xxxxxx 2020-ci il tarixdə saat 13:00-da rəhmətə getmişdir. Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 05 nömrəli arayışdan görünür ki, X4 həqiqətən Bilgəh qəbrstanlığında xx xxxxxx 2020-ci il tarixdə dəfn edilmişdir. Bakı şəhəri Maraqlı şəxs xx xxxxxx 2021-ci il tarixli, 05/Q-246/13 nömrəli məktubun surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə rəhmətə gedən X4 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciənə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. 10 saylı Şəhər Poliklinikasının xx xxxxxx 2021-ci il tarixli, 52 nömrəli məktubundan görünür ki, Binəqədi rayonu, Azadlıq prospekti, ev 188/28 mənzil 178 ünvanında qeydiyyatda olmuş xx xxxx 1953-cü il təvəllüdlü X4 xx xxxxxx 2019-cu il tarixindən Binəqədi rayonu 10 nömrəli şəhər poliklinikasında ambulator qeydiyyata götürülmüşdür. Poliklinikaya xx xxxxxx 2019-cu il tarixdə 1 dəfə müraciət etmiş, sahə həkimi tərəfindən “Arterial hipertoniya” İİ mərhələ. Ürəyin işemik xəstəliyi, Aterosklerotik kardioskleroz” diaqnozu qoyularaq müvafiq müalicə təyin olunmuşdur. Sorakı dövrdə vətəndaşın poliklinikaya müraciəti qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin anası X4 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölmüş, lakin ərizəçinin anasının ölüm faktını təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx xxxx 1953-cü il tarixdə Yardımlı rayonunda doğulmuş X1 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində, ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxx 1953-cü il tarixdə Yardımlı rayonunda doğulmuş X1 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində, ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar