Məhkəmə qərarları › İş №2(001)-2429/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2429/2025

07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2429/2025 07.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, Ərizəçi iştirakı ilə, xx.xx.1941-ci il tarixdə anadan olmuş X4 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1941-ci il tarixdə anadan olmuş X4 xx.xx.2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X6 xx.xx.1941-ci il tarixdə anadan olmuşdur. O, ölümündən bir neçə müddət qabaq ünvan 1 ünvanında onun və ailəsilə birgə yaşamışdır. xx.xx.2025-ci il tarixdə anasının səhhəti kəskin pisləşdiyi üçün təcili tibbi yardım çağırmışlar. Lakin həkim briqadası gələnə kimi anası artıq ölmüşdür. Mərhum anası xx.xx.2025-ci il tarixdə Bakı şəhəri ərazisində dəfn edilmişdir. Sonradan mərhuma ölüm haqqında şəhadətnamənin alınması üçün müraciətlər, şikayətlər etsələr də, heç bir faydası olmamışdır. Ona görə də mərhumun ölüm faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Belə ki, “Bakı Şəhər Təcili və X10 Stansiyası” PHŞ tərəfindən verilmiş 0135 saylı xx.xx.2025-ci il tarixli Təcili və X10 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsində qeyd edilmişdir ki, ünvan 2 ünvanında X4 həkimə qədər ölümü (qadm cinsli) aşkar edilmişdir. “Tibb Ərazi Bölmələri İdarəetmə Birliyi” PHŞ “Bakı Şəhər Səhiyyə Mərkəzi” PHŞ-nin 39 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş ambulator kitabçadan çıxarışdan görünür ki, X6 digər ikincili hipertenziya əsas xəstəliyi və ürəyin aterosklerotik xəstəliyi üzrə qeydiyyatda olmuşdur. “Tibb Ərazi Bölmələri İdarəetmə Birliyi” PHŞ “Bakı Şəhər Səhiyyə Mərkəzi” PHŞ-nin 39 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18-1-1-11/2-Ə-16-42-2/2025 nömrəli məktubundan görünür ki, X2 3 ayda ünvan 1 ünvanında yaşamış və həmin ünvanda ölmüşdür. Xəstənin ölüm səbəbi məlum olmadığından və ölüm poliklinikanın ərazisində baş vermədiyindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 6 fevral 2025-ci il tarixli 18-1/2-A-10xx-xx-3133/2025 nömrəli məktubu ilə bildirilmişdir ki, “mərhumə X6 adına “Ölüm haqqında tibbi şəhadətnamə”ni ala bilməməyi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 1-5-11/2- A-10xx-xx-2025 nömrəli dərkənarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (TƏBİB) daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, ‘'İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli Qərarının 4-cü və 5-ci maddələrinin müvafiq bəndlərinə əsasən ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparıldıqdan sonra tibb müəssisəsi tərəfindən verilir. Nəzərinizə çatdırırıq ki, patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparılmadığı hallarda tibbi şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur.”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/7-13-270/25 nömrəli məktubu ilə bildirilmişdir ki, xx.xx.2025-ci il tarixdə vəfat etmiş X7ma ölüm şəhadətnaməsinin verilməsi ilkin tibbi şəhadətnamə olmadığından mümkün deyildir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, anası X6 ölümündən bir neçə müddət qabaq ünvan 1 ünvanında onun və ailə üzvləri ilə bir yerdə yaşamışdır. xx.xx.2025-ci il tarixdə anasının səhhəti pisləşdiyi üçün təcili tibbi yardım çağırmış, lakin həkim gələnədək anası artıq ölmüşdür. Mərhum anasına ölüm haqqında şəhadətnamənin alınması üçün müraciətlər, şikayətlər etsələr də, heç bir faydası olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Ərizəçi onun həyat yoldaşıdır. X19 06 yanvar 2025-ci ildə qəfil halı pisləşdi. Təcili yardım çağırmışlar, lakin həkim gələnə kimi, qaynanası gözlərinin önündə rəhmətə getdi. Qaynanasın 84 yaşı var idi və onlarla bir yerdə yaşayırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Ərizəçi onun anasıdır. X18 vəfatını 06 yanvar 2025-ci il tarixdə ona anası bildirmişdir. Məlumat tutduqdan sonra gəlmiş və o, artıq gələndə nənəsi ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Ərizəçi ilə 34 ildir ki, qonşudur. Gülşənin anası Sona Əliyevanı tanıyırdı. 06 yanvar 2025-ci il tarixdə ona məlumat verildi və o, Gülşənin evinə gələndə artıq Sona Əliyeva can verirdi. Həmin vaxt evdə Güşən, onun yoldaşı Qəhraman və gəlini var idi. Mülki iş materiallarında olan: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1964cü ildə İsmayıllı rayonunda anadan olmuş, şəhadətnamənin ata qrafasında – X15, ana qrafasında X6 qeyd edilmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X14 arasında 30 noyabr 1984-cü il tarixdə nikah bağlanmış və həmin nikah 1458 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Abasova soyadı verilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 Ərizəçi ünvanlandığı 05 fevral 2025-ci il tarixli məktubdan görünür ki, “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli Qərarının 4-cü və 5-ci maddələrinin müvafiq bəndlərinə əsasən ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparıldıqdan sonra tibb müəssisəsi tərəfindən verilir. Bildirilmişdir ki, patolojianatomik və ya məhkəmə-tibbi müayinə aparılmadığı hallarda tibbi şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. 39 nömrəli şəhər polinklinikası tərəfindən X9 ünvanlanmış 14 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, qohumu Y.ünvan 3 ünvanda yaşayan xx.xx.1941-ci il təvəllüdlü X2 3 ayda Binəqədi rayonu, H.Babalov 4, mən 31 ünvanında yaşamış və həmin ünvanda rəhmətə getmişdir. Xəstərin ölüm səbəbi məlum olmadığından (ailə üzvlərinin təqdim etdiyi sənəddə yalnız qadın cinsli meyit qeyd olunmuşdur) və ölüm poliklinikanın ərazisində baş vermədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Təcili və X10 Stansiyasının 06 yanvar 2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X6 xx.xx.2025-ci il tarixdə həkimə qədər ölmüşdür. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 11 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibbi müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Anasının adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilməsi mümkün deyil. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X1 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə hesab edir ki, Ərizəçi anası xx.xx.1941-ci il tarixdə anadan olmuş X4 ölümü qeydinin əldə edilməsinin məhkəmə qaydasından başqa mümkün olmadığından, habelə onun vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməli və xx.xx.1941-ci il tarixdə anadan olmuş X4 06 yanvar 2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 02 iyun 1941-ci il təvəllüdlü X4 06 yanvar 2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar