Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2430/2025 20.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Nəsibova (Ələsgərova) Elina Sadıq qızı və Maraqlı şəxs arasında bağlanmış 18 avgust 2023-ci il tarixli, MŞB/10-00454 saylı barışıq sazişinin təsdiq edilməsi və ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat məbləğində pulun Maraqlı şəxs tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulmuşdur. 18 avgust 2023-ci il tarixdə Maraqlı şəxs ilə MŞB/10-00454 saylı barışıq sazişi bağlayaraq rəsmi nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat aliment ödənilməsinə razılaşmışlar. Lakin, xx.xx.2024-ci il tarixdən Maraqlı şəxs sazişi icra etməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, qarşı tərəflə aralarında barışıq sazişi 2024-cü ilin avqust ayında bağlanıb. Lakin qarşı tərəf həmin saziş üzrə alimenti 2024-cü ilin dekabr ayına kimi ödəniş etmiş, ondan sonra etməmişdir. Onunla əlaqə saxlamış, o, isə bildirmişdir ki, pulu yoxdur, nə vaxt olsa ödəyəcəkdir. Göstərdiklərini nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını təqdim edilmiş sübutlar əsasında araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Ərizəyə əlavə edilmiş 18 avqust 2023-cü il tarixli, MŞB/10-00454 nömrəli barışıq sazişindən görünür ki; 1.1 Tərəflər - Maraqlı şəxs və X7 aralarında xx.xx.2011-ci il tarixdə Bakı Nikah evində 188 saylı akt qeydi ilə bağlanmış nikahın pozulmasına razıdırlar. 1.2 Tərəflər razılaşırlar ki, birgə nikahdan doğulmuş - xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X2 Elina Sadıq qızının himayəsində qalacaqdırlar. 1.3 Tərəflər razrlaşiflar ki, Maraqlı şəxs növbəti aydan başlayaraq birgə nikahdan olan övladları - xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat aliment ödəməyi öhdəsinə götürür. Aliment məbləği hər ayın 5-nə kimi X5 adına açılmış bank hesabına ödəniləcək. 1.4 Tərəflər razılaşırlar ki, Maraqlı şəxs vaxt məhdudiyyəti qoyulmadan övladlar; ilə görüşə, telefon vasitəsi ilə danışa və müvəqqəti özü ilə apara bilər.
2. Tərəflər bildirirlər ki, onların bir-birinə qarşı hər hansı başqa tələbləri yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. İşin hallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Maraqlı şəxs 18 avqust 2023-cü il tarixli, MŞB/10-00454 nömrəli “Barışıq Sazişi” üzrə götürdüyü öhdəliyi qismən icra edərək, 05 dekabr 2024-cü il tarixdən sonra aliment ödənişlərinin ödənilməsindən boyun qaçırmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli və 18 avqust 2023-cü il tarixli, MŞB/10-00454 nömrəli “Barışıq Sazişi”nin məcburi icrası üçün barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə həmçinin barışıq sazişi üzrə alimentin hansı tarixdən tutulması ilə bağlı qeyd edir ki, həm ərizədən, həm də ərizəçinin izahatı ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs 05 dekabr 2024-cü il tarixdən barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırmışdır. Məhkəmə, 18 avqust 2023-cü il tarixli, MŞB/10-00454 nömrəli “Barışıq Sazişi” üzrə aliment ödənişlərinin maraqlı şəxs tərəfindən 05 dekabr 2024-cü il tarixdən ödənilməsindən boyun qaçırdığını nəzərə alaraq hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 18 avqust 2023-cü il tarixli, MŞB/10- 00454 nömrəli “Barışıq Sazişi” təsdiq edilməli, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizə təmin edildiyindən məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307 və 355-23 - 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 18 avqust 2023-cü il tarixli, MŞB/10- 00454 nömrəli “Barışıq Sazişi” təsdiq edilsin. “1.1 Tərəflər - Maraqlı şəxs və X9 aralarında xx.xx.2011-ci il tarixdə Bakı Nikah evində 188 saylı akt qeydi ilə bağlanmış nikahın pozulmasına razıdırlar. 1.2 Tərəflər razılaşırlar ki, birgə nikahdan doğulmuş - xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X2 Elina Sadıq qızının himayəsində qalacaqdırlar. 1.3 Tərəflər razrlaşiflar ki, Maraqlı şəxs növbəti aydan başlayaraq birgə nikahdan olan övladları - xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat aliment ödəməyi öhdəsinə götürür. Aliment məbləği hər ayın 5-nə kimi X5 adına açılmış bank hesabına ödəniləcək. 1.4 Tərəflər razılaşırlar ki, Maraqlı şəxs vaxt məhdudiyyəti qoyulmadan övladlar; ilə görüşə, telefon vasitəsi ilə danışa və müvəqqəti özü ilə apara bilər.
2. Tərəflər bildirirlər ki, onların bir-birinə qarşı hər hansı başqa tələbləri yoxdur.”. Barışıq sazişi üzrə alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev