Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2465/2023 19.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçinin nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə X2 31 yanvar 2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 19 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 18 may 1975-ci il təvəllüdlü əri X2 31 yanvar 2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, 31 yanvar 2023-cü il tarixdə Cəlilabad rayonunda, işdə olarkən axşam saatlarında evdən atasının halının pis olduğu barədə xəbər almış, dərhal Bakı şəhərinə, yaşadıqları evə gəlmiş, atasının vəfat etdiyini görmüşdür. Anası atasının hamamda yıxıldığını bildirmişdir. Bundan bir müddət əvvəl atası sinəsindən göynəmə tipli ağrılardan şikayətlənmiş, o, atasına həkimə müraciət etməyi tövsiyyə etsə də, atası ağrıların sinir ağrıları olduğunu düşünüb, həkimə müraciət etməmişdir. Atası hamamda yıxıldıqdan sonra anası dərhal təcili tibbi yardım çağırmış, evə gələn həkimlər atasının artıq vəfat etdiyini bildirmişlər. Bir gün sonra, yəni 01 fevral 2023-cü il tarixdə atası Cəlilabad rayonunun Günəşli kənd qəbirstanlığında dəfn edilmişdir. Sonradan onlar Maraqlı şəxsnə müraciət edərək, atasının ölüm haqqında şəhadətnaməsini almaq istəsələr də, onlara məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, mərhum Sani Axundovun qardaşıdır. Qardaşı 31 yanvar 2023-cü il tarixdə Bakı şəhərində, yaşadıqları evdə vəfat etmişdir. Həmin vaxt o işdə olmuş, qardaşının vəfat etməsini ona evdən telefonla bildirmişlər. Sani Axundovun ciddi xəstəliyi olmamış, qəfil vəfat etmişdir. 01 fevral 2023-cü il tarixdə Cəlilabad rayonunun Günəşli kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X3 digər şahid S.N.Axundovun ifadəsinə uyğun ifadə verdilər. Mülki iş materiallarında olan: - nikah haqqında şəhadətnamənin, habelə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X2 arvadı, Nümayəndə isə mərhumun oğludur. - Cəlilabad rayon Günəşli Bələdiyyəsinin sədri tərəfindən verilmiş 15 fevral 2023-cü il tarixli, 16 nömrəli arayışından görünür ki, X7 həqiqətən də 01 fevral 2023-cü il tarixdə Günəşli kənd qəbirstanlığında dəfn olunmuşdur. - Bakı Baş Səhiyyə X8 Şəxs 15 nömrəli şəhər poliklinikasının 17 fevral 2023cü il tarixli məktbunda göstərilmişdir ki, X7 15 saylı Şəhər poliklinikasına müraciət etməmiş, adına ambulator karta açılmamışdır. Xəstə kimi dispanser qeydiyyatına alınmamışdır. Xəstəliklə bağlı qeydiyyatda olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi imkan xaricindədir. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlandırılmış 01 mart 2023cü il tarixli məktubda göstərilmişdir ki, “ərinizin adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir...” Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin nümayəndəsinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X2 ölüm faktını müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi əri X2 31 yanvar 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 18 may 1975-ci il təvəllüdlü X2 31 yanvar 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2465/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2465/2023
19.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver