Məhkəmə qərarları › İş №2(001)-2478/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2478/2021

26.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2478/2021 26.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və evə köçürülmə barədə tələbinə və Cavabdeh İddiaçı qarşı evə köçürülmə barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə, daha sonra isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus sahəsi 300 kv.m olan torpaq sahəsi üzərində yerləşən Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 8-ci korpus, 800 saylı evdən çıxarılmaqla, onun həmin evə köçürülməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qızı xx xxxxxx 2009-cu il il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən özbaşına tikilidən ibarət fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə barışıq sazişi və ərizə təqdim edərək cavabdehlə arasında razılıq əldə olunaraq barışıq sazişi imzalandığını, barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin onlara aydın olduğunu bildirmiş, həmin barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddiaçının ərizəsini müdafiə edərək, tərəflər arasında razılıq əldə olunaraq barışıq sazişi imzalandığını, barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin onlara aydın olduğunu bildirmiş, həmin barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh ərizə təqdim edərək, barışıq sazişinin şərtləri ilə razı olduğunu, barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirmiş, barışıq sazişinin təsdiq edilməsini, ilk və qarşılıqlı iddia üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, barışıq sazişində qeyd olunan 5.000 manat məbləğində vəsaiti və **-SJ-*** dövlət qeydiyyat nişanlı, “Mercdez Benz 190” minik markalı avtomobilin qeydiyyat şəhadətnaməsini iddiaçıdan almış və iddiaçıya bu barədə qəbz vermişdir. Binəqədi rayonu, X1 xx xxxxxxxx 2007-ci il tarixli, 1608/1 saylı qərarı ondadır. Məhkəməyə təqdim edilmiş barışıq sazişinin şərtləri aşağıdakılardır: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bu barışıq sazişini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən aşağıdakı şərtlərlə imzalayırlar: 1.İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh birgə nikah dövründə əldə olunmuş və Cavabdeh adına rəsmiləşdirilmiş **-SJ-*** qeydiyyat nişanlı, “Mersedes Benz 190” minik avtomobilini, onun sənədlərini və X1 xx xxxxxxxx 2007-ci il tarixli qərarı ilə qəsəbə ərazisində 200 kv.m torpaq sahəsini, habelə 5.000 (beş min) manat pulu Cavabdeh verir və bu əmlaklara qarşı heç vaxt iddia və hər hansı tələb irəli sürməyəcəkdir.

2. Buna görə iddiadan imtina edir. Cavabdeh bunun qarşılığında İddiaçı məxsus qanunsuz tikili olan və Binəqədi qəsəbəsi, 1 -ci Mədən, 8-ci korpus, 800 saylı evə köçürülməsi barədə iddiasından imtina edir və İddiaçı qarşı hər hansı əmlak bölgüsü və evə köçürmə tələbinə dair gələcəkdə də heç bir iddia və tələb irəli sürməyəcəkdir. 3.Tərəflər bu sazişə əsasən eyni vaxtda məhkəməyə ərizə təqdim edib iddialarından imtina edirlər. 4.Bu saziş üç nüsxədə imzalanaraq bir nüsxəsi Binəqədi Rayon Məhkəməsinə təqdim olunur və tərəflərin hər birinə bir nüxsə verilir.

5. Barışıq sazişinin şərtləri ilə razıdırlar və imzaları ilə təsdiq edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini, iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qərara a l d ı:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən barışıq sazişi təsdiq edilsin:

1. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh birgə nikah dövründə əldə olunmuş və Cavabdeh adına rəsmiləşdirilmiş **-SJ-*** qeydiyyat nişanlı, “Mersedes Benz 190” minik avtomobilini, onun sənədlərini və X1 xx xxxxxxxx 2007-ci il tarixli qərarı ilə qəsəbə ərazisində 200 kv.m torpaq sahəsini, habelə 5.000 (beş min) manat pulu Cavabdeh verir və bu əmlaklara qarşı heç vaxt iddia və hər hansı tələb irəli sürməyəcəkdir.

2. Buna görə iddiadan imtina edir. Cavabdeh bunun qarşılığında İddiaçı məxsus qanunsuz tikili olan və Binəqədi qəsəbəsi, 1 -ci Mədən, 8-ci korpus, 800 saylı evə köçürülməsi barədə iddiasından imtina edir və İddiaçı qarşı hər hansı əmlak bölgüsü və evə köçürmə tələbinə dair gələcəkdə də heç bir iddia və tələb irəli sürməyəcəkdir. 3.Tərəflər bu sazişə əsasən eyni vaxtda məhkəməyə ərizə təqdim edib iddialarından imtina edirlər. 4.Bu saziş üç nüsxədə imzalanaraq bir nüsxəsi Binəqədi Rayon Məhkəməsinə təqdim olunur və tərəflərin hər birinə bir nüxsə verilir.

5. Barışıq sazişinin şərtləri ilə razıdırlar və imzaları ilə təsdiq edirlər. İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və evə köçürülmə barədə tələbinə və Cavabdeh İddiaçı qarşı evə köçürülmə barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar