Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2804/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh2 şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2(005)- ****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı yaşayış sahəsindən çıxarılma və mənzilə köçürülmə barədə ilkin iddia tələbi təmin edilmiş, iddiaçı cavabdeh2 cavabdeh İddiaçı və cavabdeh1 qarşı qarşılıqlı iddiası təmin edilməyib. Qətnamədən cavabdeh cavabdeh2 nümayəndəsi X1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh cavabdeh2 nümayəndəsi X1 şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** saylı, ## ###### 2026cı il tarixli qərardadı ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Namiq Cəfərov) cavabdehin şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmlışdır. Bundan sonra, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən ##.##.2026-cı il tarixdə iş üzrə icra vərəqəsi verilmişdir. Cavabdeh cavabdeh2 ##.##.2025-ci il tarixdə yenidən ##.##.2025-ci il tarixli qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə (hakim Səbinə Nuriyeva) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh cavabdeh2 tərəfindən ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Cavabdeh cavabdeh2 həmin qərardaddan verdiyi şikayətdə qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməmə barədə mövqeyində göstərib ki, məhkəmənin ##.##.2025-ci il tarixli qətnaməsi ilk iddia üzrə cavabdeh cavabdeh2 ünvanına (Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi, ev 13/15, mənzil 23) ##.##.2025-ci il tarixdə göndərilmiş, qətnamə ##.##.2025-ci il tarixdə cavabdeh2 tərəfindən ünvanda qəbul edilmişdir. cavabdeh2 tərəfindən ##.##.2025-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə qətnamədən verdiyi apellyasiya şikayəti ##.##.2025-ci il tarixli məhkəmənin qərardadı ilə qanunla müəyyən edilmiş formaya və qaydaya uyğun olmadığı üçün geri qaytarılmışdır. Cavabdehin qeyd edilən qərardaddan verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində baxıldıqdan sonra həmin məhkəmənin *(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli dəyişdirilmədən saxlanmışdır. İş apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinə ##.##.2026-cı il tarixdə qaytarıldıqdan sonra, ##.##.2026-cı il tarixdə mülki iş üzrə çıxarılmış ##.##.2025-ci il tarixli qətnamə icra edilmişdir. Hazırda ##.##.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə yenidən ##.##.2025-ci il tarixli qətnamədən apellyasiya şikayəti vermişdir. Lakin cavabdeh2 apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürməsinə baxmayaraq, müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Qeyd edilməlidir ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Odur ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və müddətin bərpa edilməsi barədə ərizə təqdim olunmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Digər tərəfdən qeyd edilməlidir ki, ilk cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti məhkəmənin *(***)-****/**** saylı ## ####### 2025-ci il tarixli qətnaməsindən verilmiş olsa da, şikayətin ümumi məzmunu və şikayətçinin tələbi icra hərəkətlərinin qanunsuzluğu və dayandırılması barədədir. Görünür ki, cavabdeh qətnamə icra edildikdən sonra aparılan icra hərəkətlərindən (tədbirlərindən) narazıdır və əslində şikayəti bu barədədir. Bu baxımdan da, hazırkı apellyasiya şikayəti Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinə (361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar apellyasiya şikayətində göstərilməlidir) uyğun olaraq verilməmişdir və buna görə də geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, verilmiş qərardaddan şikayət əsassızdır. Buna görə də şikayət təmin edilməməli, baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh cavabdeh2 elektron kabinet vasitəsilə şikayəti ilə eyni məzmunlu ərizələr, eyni zamanda sədrlik edən hakim Elşən Kazımova etiraz təqdim edərək işə yeni tərkibdə baxılması barədə qərar qəbul edilməsini və şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh hakimə etirazını bununla əsaslandırmışdır ki, hakim Elşən Kazımov əvvəllər eyni mübahisə üzrə verilmiş apellyasiya şikayətinə baxmış və ##.##.2026-cı il tarixli qərardadla Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** saylı qərardadını qüvvədə saxlamışdır. Məhkəmə tərkibi hesab edir ki, etirazın əsaslarına dair mötəbər sübut təqdim edilmədiyindən baxılmamış saxlanılmalıdır. Digər işdə iştirak edən şəxslər tərəfindən isə sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə tərkibi hesab edir ki, şikayətdə göstərilənlər mübahisələndirilən qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki şikayət apellyasiya şikayətinin birinci dəfə qaytarılmasından təxminən 5 ay sonra yenidən verilib. Apellyasiya şikayəti elə müddətdə verilməlidir ki, hər hansı bir nöqsana yol verildiyi halda şikayət vermənin qalan müddəti ərzində onu aradan qaldırıb yenidən apellyasiya şikayəti vermək üçün də müddət qalsın. Birinci instansiya məhkəməsi şikayətin əsassız olduğuna dair düzgün hüquqi dəyərləndirmə aparıb. Cavabdeh isə həm qətnamədən şikayət vermək üçün nəzərdə tutulan prosessual müddəti ötürüb, həm də müddətin ötürülməsi barədə ərizə vermədən təkrar apellyasiya şikayəti verməklə düzgün hüquqi mövqe seçməmişdir. Qeyd edilənlər isə dövlətin adından çıxarılmış məhkəmə qətnaməsinin icrasını yubatmaqla qarşı tərəfin də hüququnun pozulmasına səbəb olur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2804/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2804/2026
13.07.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver