Məhkəmə qərarları › İş №2(3-6)-2737/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2737/2026

30.06.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2737/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, # #### 2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhəmmədhəsən Hacınski 47-53 ünvanında yerləşən ümumi sahəsi 37.04 kv.m təşkil edən mənzilin (Əvvəlki adı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, kvartal 4083, ev 2, mənzil 32, blok 4, mərtəbə 1) cavabdehlər cavabdeh2, cavabdeh1 və onların ailəsi tərəfindən boşaldılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edəsiniz barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025- ci tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər cavabdeh1, cavabdeh2 isə ailə üzvləri ilə birlikdə iddiaçı İddiaçı məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, məhəllə 4083, ev 2, blok 4, mərtəbə 1, 3 otaqlı, yaşayış sahəsi 37.04 kv.m olan ** saylı mənzildən (hazırkı ünvan: ünvan 3 2, mənzil 32) çıxarılması və həmin mənzilin boşaldılması, iddiaçı İddiaçı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, məhəllə 4083, ev 2, blok 4, mərtəbə 1, 3 otaqlı, yaşayış sahəsi 37.04kv.m olan ** saylı (hazırkı ünvan: ünvan 2 2, mənzil 32) mənzilə köçürülməsi qət edilmişdir. ##.##.2026-cı il tarixdə cavabdeh cavabdeh1 məhkəməyə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti ünvanlayaraq, buraxılmış apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini, Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, *(***)-****/**** nömrəli, ##.##.2025-ci tarixli qətnamə qəbul edilmişdir. Həmin qətnaməni ##.##.2026-cı il tarixdə məhkəmə qəbzinə imza ataraq rəsmi olaraq əldə etmiş və tanış olmuşdur. Həmin qətnamə onun hüquqlarını pozduğu üçün qətnamədən şikayət vermək istəyir. Lakin, həmin qətnamənin çıxdığı vaxtdan 1 ay keçmişdir. Halbuki onun həmin qətnaməni ##.##.2026-cı il tarixində əldə etmiş və həmin tarixdən əvvəl qətnaməni o bu və digər yolla əldə etməmişdir. Hazırda hesab edir ki, məhkəmə qətnaməsindən şikayət vermək üçün vaxt ötürülməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, # #### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin olunmamış cavabdeh cavabdeh1 tərəfindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunmuş; cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci tarixli qətnaməsindən hər nə qədər məlumatsız olduğunu bildirsə də, ##.##.2026-cı il tarixdə icra sənədinin icrasından xəbəri olmuş və həmin tarixdən götürülsə belə ##.##.2026-cı il tarixədək müvafiq qətnaməni əldə etmək və vaxtında apellyasiya şikayəti vermək imkanı olduğu halda bunu etməmişdir. Cavabdeh cavabdeh1 hazırkı vəsatəti icranı yubatmaq məqsədi daşıdığından, apellyasiya şikayəti vəsatətlə birgə kifayət qədər müddət ötürülməklə ##.##.2026-cı il tarixdə verildiyindən və iş materialları ilə müddətin buraxılmasının üzürlü səbəbləri müəyyən edilmədiyindən hazırkı ərizə təmin edilə bilməz. Həmin qərardaddan cavabdeh cavabdeh1 şikayət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadının ləğv edilərək cavabdeh1 Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası və Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, məhkəməyə ##.##.2026-cı il tarixdə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti ünvanlayaraq, buraxılmış apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini, Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2(008)- ****/**** nömrəli, ##.##.2025-ci tarixli qətnamə qəbul edilmişdir. Həmin qətnaməni ##.##.2026-cı il tarixdə məhkəmə qəbzinə imza ataraq rəsmi olaraq əldə etmiş və tanış olmuşdur. Həmin qətnamə onun hüquqlarını pozduğu üçün qətnamədən şikayət vermək istəyir. Lakin, həmin qətnamənin çıxdığı vaxtdan 1 ay keçmişdir. Halbuki o, həmin qətnaməni ##.##.2026-cı il tarixində əldə etmiş və həmin tarixdən əvvəl qətnaməni o bu və digər yolla əldə etməmişdir. Hazırda hesab edir ki, məhkəmə qətnaməsindən şikayət vermək üçün vaxt ötürülməmişdir. Məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, *(***)-****/**** nömrəli, ##.##.2025-ci tarixli qətnamə barədə məlumatı ancaq ##.##.2026-cı ildə icraçı evinə gələn zaman bilmişdir və ##.##.2026-cı ildə əldə etmişdir. Qətnamənin ləğv edilməsini və müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab etmişdir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Odur ki, onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci tarixli qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddət ötürülmüş hesab edilməli və apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci tarixli qətnaməsi ##.##.2026-cı il tarixdə elektron sistemə yerləşdirilmiş və ##.##.2026-cı il tarixdə poçt vasitəsi ilə cavabdehlərin iddia ərizəsində qeyd olunan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bünyadzadə 10A (Şamil Kamilov10A) ünvanına göndərilmiş və məktub cavabdehlərin həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmışdır. İddia ərizəsində cavabdehlərin ünvanı səhv göstərilmiş, qətnamə də bu səbəbdən səhvən həmin ünvana göndərilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- ****/**** nömrəli, ##.##.2025-ci tarixli qətnaməsi qanuni qüvvəyə mindiyindən ##.##.2026cı il tarixdə icraya yönəldilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən ##.##.2026-cı il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar barədə borclulara məlumat verilmişdir. Bundan sonra o, qətnamənin surətinin ona rəsmi şəkildə təqdim edilməsini xahiş etməmiş, onunla eyni ünvanda mübahisəli mənzildə yaşayan digər cavabdeh cavabdeh2 ##.##.2026-cı il tarixdə məhkəmə qəbzinə imza etməklə qətnaməni əldə etmiş və apellyasiya şikayəti (sonuncuya münasibətdə elektron sistemdə yaranan problemlə bağlı müddət bərpa edilmişdir) vermişdir. Cavabdeh cavabdeh2 qətnamədən *(***)-****/**** nömrəli, ##.##.2025-ci tarixli qətnamə barədə məlumatı ancaq ##.##.2026-cı ildə icraçı evinə gələn zaman bilmişdir və ##.##.2026-cı ildə əldə etmişdir. Qətnamənin ləğv edilməsini və müddətin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh2 qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə məhkəmə iclasında baxılarkən ##.##.2026cı il tarixdə ona müvafiq qətnamə məhkəmə qəbzinə imza etməklə yenidən təqdim edilmişdir. Hazırda o, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli,##.##.2025-ci tarixli qətnaməsindən hər nə qədər məlumatsız olduğunu bildirsə də, ##.##.2026-cı il tarixdə icra sənədinin icrasından xəbəri olmuş və həmin tarixdən götürülsə belə ##.##.2026-cı il tarixədək müvafiq qətnaməni əldə etmək və vaxtında apellyasiya şikayəti vermək imkanı olduğu halda bunu etməmişdir. Onun hazırkı vəsatəti icranı yubatmaq məqsədi daşıdığından, apellyasiya şikayəti vəsatətlə birgə kifayət qədər müddət ötürülməklə ##.##.2026-cı il tarixdə verildiyindən və iş materialları ilə müddətin buraxılmasının üzürlü səbəbləri müəyyən edilmədiyindən hazırkı ərizə təmin edilə bilməz. Beləliklə, onun tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması, tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması barədə *(***)-****/**** saylı ##.##.2026-ci il tarixli qərardad çıxarılmışdır. Hesab edir ki, həmin qərardad tam əsassızdır. Belə ki, o, vərəsəlik hüququndan məhrum olmamışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, mülki işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar dəqiq araşdırılmamış və aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq qanunsuz və əsassız qərardad qəbul etmişdir. Həmin qətnaməni ##.##.2026-cı il tarixində məhkəmə qəbzinə imza ataraq rəsmi olaraq əldə etmiş və tanış olmuşdur. Həmin qətnamə onun hüquqlarını pozduğu üçün qətnamədən şikayət vermək istəmişəm və ##.##.2026-ci il tarixində Məhkəmə Elektron infarmasiya sistemi vasitəsi ilə apellyasiya şikayətini göndərmişdir. Hətta ona qarşı qərəzli mövqe göstəriləcəyini düşünərək, əlavə olaraq “müddətin bərpasına dair” ərizə də əlavə etmişdir. Halbuki həmin apelyasiya şikayətini göndərmək üçün mən müddəti ötürməmişdir. Rəsmi şəkildə götürdüyü gündən 1 ay keçməmiş, apellyasiya şikayətini göndərmişdir. Məhkəmə öz əsassız qərardadında qeyd etmişdir ki, guya ki, ##.##.2026-cı il tarixində icra haqqında qərardan xəbərdar olmuş, lakin 1 ay ərzində qətnamədən şikayəti verməmişdir. Bu tamamilə yalandır. Çünki, o, ##.##.2026-cı il tarixində icra bildirişi ilə tanış olmuşdur. Daha sonra, o, qətnamə verilmədiyi üçün ##.##.2026-cı il tarixində qətnamənin sürətini əldə edərək, ##.##.2026-cı il tarixində qətnamədən apellyasiya şikayəti vermişdir. ##.##.2026-cı il tarixində icra şöbəsinə dəvət olunaraq ona bildiriş verilmişdir. Həmin bildirişə imza ataraq ##.##.2026-cı il tarixində bildirişin surətini götürmüşdür. Məhkəmə isə guya ki, ##.##.2026-cı ildə bildirişi götürdüyünü iddia edir. Halbuki bu tamamailə yalandır. Məhkəmə bu barədə heç bir araşdırma aparmadan qərardadda (##.##.2026) əsassız yalan bir tarix qeyd etmişdir. İcra bilrişinin ##.##.2026-cı il tarixində imza ataraq götürməyinə dair sənədin surətini təqdim edir. Məhkəmə qəbzinə imza atmaqla ##.##.2026-cı il tarixində qətnamənin surətini götürmüşdür və heç bir müddət ötürmədən ##.##.2026-cı il tarixində apellyasiya şikayəti vermişdir. Lakin məhkəmə qərardadında qeyd etmişdir ki, guya ki, ##.##.2026-cı il tarixində həmin qətnaməni o, təkrar olaraq yenidən götürmüşdür. Bu da yalandır. Çünki həmin qətnaməni ##.##.2026-cı il tarixindən əvvəl götürməyinə dair məhkəmədə heç bir sübut və dəlil yoxdur. Qərardadın bu hissəsində də hakim yalan yazıb. Qətnamə 1 dəfə götürülüb - ##.##.2026-cı il tarixində. hakim qərardadda qeyd etmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci tarixli qətnaməsi ##.##.2026-cı il tarixdə elektron sistemə yerləşdirilmişdir. Buradan da görsənir ki, onun ##.##.2026-cı il tarixinədək elektron kobineti olmamışdır. Bu səbəbdən də ##.##.2026-cı il tarixində elektron sistemə yerləşdirilən qətnamədən məlumatsız olmuşdur. Məhkəmə qərardadda qeyd etmişdir ki, ##.##.2026-cı il tarixdə poçt vasitəsi ilə cavabdehlərin iddia ərizəsində qeyd olunan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bünyadzadə 10A (Şamil Kamilov 10A) ünvanına göndərilmiş və məktub cavabdehlərin həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmışdır. İddia ərizəsində cavabdehlərin ünvanı səhv göstərilmiş, qətnamə də bu səbəbdən səhvən həmin ünvana göndərilmişdir. Burada da görsənir ki, qətnamə ona verilməyib geri qaytarılmışdır. Hətta buna səbəb iddiaçıların özləri ünvanını səhv olaraq qeyd etmələri olmuşdur. Yəni buna səbəb o yox, iddiaçıların özləri və məhkəmənin ünvanını düzgün qeyd etməməsi olmuşdur. Maraqlı burasıdır ki, iş əmlak mübahisəsi olmağına baxmayaraq nə iddiaçılar, nədəki məhkəmə bugünə kimi mübahisəli mənzilin ünvanını dəqiqləşdirə bilməmiş və həmin ünvana qətnamə göndərə bilməmişdir. Yuxarıda qey etdiklərindən görsənir ki, birmənalı olaraq o, icra bildirişini ##.##.2026-cı il tarixində almış, daha sonra məhkəmə qəbzina imza atmaqla ##.##.2026cı il tarixində cəmi 1 dəfə qətnaməni əldə etmiş, daha sonra ö z hüququndan və 1 aylıq müddətdən istifadə edərək ##.##.2026-cı il tarixində qətnamədən apellyasiya şikayəti vermişdir. Halbuki həmin vaxtı o, prosessual müddəti ötürməmişdir. Lakin hakimin qərəzli olduğunu hesab edərək əlavə olaraq “müddətin bərpasına diar” ərizə də əlavə etmişdir. Həmçinin bildirir ki, o, qanunla və MPM-nin 360-cı maddəsinə əsasən qətnaməni rəsmi qaydada götürdüyü gündən, yəni ##.##.2026-cı il tarixindən ##.##.2026-cı il tarixinədək apellyasiya şikayəti vermək hüququ var. Onun icra işini yubatmaq niyyəti olsaydı, qətnaməni götürdüyü tarixdən 1 ay sonra, yəni ən son gün apellyasiya şikayəti verərdi. Hazırki qərardaddan da görünür ki, hakim birmənalı olaraq qərəzlilik nümayiş etdirir. Heç bir tutarlı səbəb göstərmədən, nəyinki vaxtında göndərdiyi apellyasiya şikayətini Apellyasiya Məhkəməsinə göndərmir, hətta heç bir lüzum (çünki prosessual müddəti ötürməmişəm) olmadan yazdığım “müddətin bərpasına dair” ərizəsini də təmin etməmişdir. Hakimin bu qərardadında göstərilənləri oxuduqca həqiqətən artıq məhkəmənin ədalətli qərar çıxaracağına ümidi azalır. Mənim *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ##.##.2026-cı il tarixindən əvvəl götürməyinə dair məhkəmə heç bir sübut təqdim etmədən, ancaq fərziyələr və qeyri dəqiq cümlələrlə ərizəmi təmin etməmiş və əsassız qərardad çıxarmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 360.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Bu Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh cavabdeh1 ünvanına ##.##.2026-cı il tarixdə göndərilsə də qeyd olunan zərf cavabdehin həmin ünvanda yaşamaması səbəbi ilə məhkəməyə geri qaytarılmışdır. Daha sonra – # #### 2026-cı il tarixdə sözügedən qətnaməni digər cavabdeh cavabdeh2 (hansı ki, cavabdeh1lə eyni ünvanda yaşayan) qəbzə imza etməklə təhvil almışdır. Belə ki, həm hazırki apellyator cavabdeh1 və digər cavabdeh cavabdeh2 məhkəməyə apellyasiya şikayəti ilə müraciət edərkən yazışmaların aparılmasının istənildiyi digər ünvan-faktiki ünvan kimi eyni – ünvan 1 ünvanını göstərmişlər. Həmin tarixdə - ##.##.2026-cı il tarixdə ##.##.2025-ci il tarixli qətnamə üzrə qanunvericiliyə uyğun qaydada icra vərəqəsi verilmiş; eyni tarixli qərarla icra sənədi üzrə icraata başlanılmışdır. Bundan sonra – ## ### 2026-cı il tarixdə sözügedən qətnaməni cavabdeh cavabdeh1 qəbzə imza etməklə yenidən təhvil almışdır; ## ### 2026-cı il tarixdə isə apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsinə ##.##.2026-cı il tarixdə başlanması, borclulara tələbin könüllü icrası barədə bildirişlərin göndərilməsi; eləcə də digər cavabdeh cavabdeh2 (hansı ki, hazırki apellyator ilə eyni ünvanda yaşayır) sözügedən qətnaməni # #### 2026-cı il tarixdə təhvil alması halları cavabdeh cavabdeh1 ##.##.2025-ci il tarixli qətnaməsindən ən azından # #### 2026-cı il tarixdən məlumatlı olmasını deməyə əsas verir. Şikayətin dəlilləri əlaqədar isə qeyd edilməlidir ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzrlü hesab edilən hallar, o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq etməsi, müddətli xidməti ezamiyyətdə olması və s. hazırkı iş üzrə müəyyən edilməmişdir. İddiaçı prosessual müddətin bərpa olunması barədə ərizəsində istinad etdiyi halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan, iddiaçının hazırkı şikayətində göstərdiyi dəlillər qərardadın ləğvi üçün əsas hesab oluna bilməz. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № *****/**, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün olmuş, iddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Şikayətdə göstərilənlər isə bu mövqeyi əks etdirən qərardadın ləğv olunması üçün əsas olan hallar deyildir. Beləliklə də kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı # #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar