Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1246/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh cavabdeh2; iddiaçı cavabdeh2 cavabdeh cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: sahibliyin müdafiəsi üçün əsasların mövcudluğu) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının, iddiaçı (cavabdeh) İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə, cavabdeh (iddiaçı) cavabdeh2 nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı “mənzildən çıxarılma və köçürülmə” və icraatı birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh2 cavabdeh cavabdeh1 qarşı “mənzilə qanunsuz müdaxiləyə son qoyulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh (iddiaçı) cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. Mübahisəli ev özbaşına tikilidir. İş materiallarında olan notariat qaydasında təsdiq edilmiş podrat müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evi ##.##.2021-ci il tarixdə X7 tərəfindən 25.500 manat müqabilində iddiaçı (cavabdeh) İddiaçı (bundan sonra-iddiaçı) satılmışdır. Cavabdeh (iddiaçı) cavabdeh2 (bundan sonracavabdeh) iddiaçının keçmiş əridir. Onlar ##.##.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 2021-ci ilin avqust ayından etibarən mübahisəli evdə birgə yaşamışlar. Nikah pozulduqdan sonra cavabdeh həmin evdə yaşamaqda davam etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(004)- ****/**** saylı qətnaməsindən görünür ki, cavabdeh1 ilə cavabdeh2 arasında ##.##.2020-ci il tarixdə * saylı Bakı “ASAN Xidmət” X11 bağlanmış nikahın pozulması qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh2 ona məxsus ünvan 1 ünvanındakı fərdi yaşayış evindən çıxarılmaqla, onun sahibliyində olan evə köçürülməsinə və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2021-ci il tarixdə X7 ilə Bakı şəhəri ** saylı Notariat ofisində bağladığı Podrat müqaviləsinə əsasən V.Xankişiyeva ünvan 1 ünvanda yerləşən bir mərtəbəli iki otaqlı fərdi yaşayış evini tikib ona təhvil verməyi, özü isə aralarında olan razılaşmaya əsasən həmin evin qiyməti olan 25.500 (iyirmi beş min beş yüz) manat pulu ona verməyi öhdəsinə götürmüşdür. Müqavilədən sonra qeyd edilən evi özünün və qızının əmək haqqı hesabına təmir etdirmişdir. Bundan sonra qızı cavabdeh1 ailə qurduqda, ərinin evi olmadığına görə həmin evi müvəqqəti yaşamaları üçün və gələcəkdə ev aldıqdan sonra evi boşaltmaları şərti ilə qızına vermişdir. Qeyd edir ki, evin bütün kommunal ödənişləri ilə bağlı sənədlər həmçinin telefon qovşağı ilə bağlı olan sənədlər, hamısı öz adınadır. Bağladığı podrat müqaviləsi əsasında gələcəkdə həmin evə çıxarış almaq niyyəti var. Lakin ərinin qızını döyməsi nətcəsində bir müddət onun yanında qalması, qızının boşanması və keçmiş ərinin həmin evdən çıxmaqdan imtina etməsi məsələlərinə başı qarışdığı üçün hələ ki, çıxarış almaq üçün müraciət etməyə vaxt tapmamışdır. O evi alarkən qızı Əfsanə ##.##.2021ci il tarixində “xxxx” ASC-dən 8.100 manat məbləğində kredit xətti ilə pul götürmüş, indiyə qədər həmin pulu ödəyir. Qızıllarını məhz həmin evin alınması üçün satmışdır. Bu evin təmiri onun və qızının pulu hesabına başa çatmışdır. Bu faktı evi təmir edən Zaur adlı usta təsdiqləyə bilər, çünki material almağa onunla getmiş, ödənişlərini özü etmişdir.
5. Birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən həmin evdən sərbəst istifadə etməsinə və maneəsiz yaşamasına, cavabdeh cavabdeh1 Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi, ev 989 ünvanındakı qanunsuz və təkbaşına sahibliyinə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2021-ci ildə cavabdeh1 ilə rəsmi nikaha daxil olmuş və həmin nikah Qeydiyyat Şöbəsində rəsmiləşdirilmiş, birgə nikahdan övladları olmamışdır. Nikaha daxil olduqdan sonra birgə nikah dövründə birgə vəsaitləri hesabına ünvan 2 ünvanında yerləşən özbaşına tikili statusunda olan yarım tikilini əldə etmişlər. Həmin yarım tikilini əldə etdikdən sonra ona “Azəriqaz” İB-dən, “xxxx” ASC-dən, “xxxx” ASC-dən sayğaclar quraşdırılmış və sayğaclar quraşdırıldıqdan sonra onlar kommunal xətlərlə təchiz olunmuşdur. O, kommunal xətlərdən suya dair müqavilə bağlayaraq su xətti çəksə də (ona ************* nömrəli abonent kodu verilmişdir) işlərinin çoxluğu və vaxt tapa bilmədiyindən qaz və işıq xətlərini arvadı cavabdeh1 adına keçirməsinə razılıq vermişdir. Cavabdeh isə əvvəlcədən ayrılmaq niyyətində olduğundan planlı şəkildə qaz və işıq sayğaclarını anası İddiaçı adına sənədləşdirmişdir. Sonradan bu faktın bilindiyi halda cavabdeh ona qaçqın statusunda olduğundan öz adına sənədləşdirəcəyi təqdirdə gələcəkdə dövlət tərəfindən ona Füzuli şəhərində ev verilməyəcəyini bildirib heç bir pis niyyəti olmadığında inandırmışdır. cavabdeh2 qeyd edilən evdə tək yaşamış və həmin kod vasitəsi ilə su və komunal pulu ödəmişdir. Lakin cavabdeh planlı olaraq nikahın pozulması barədə məhkəməyə müraciət etmiş və həmin ərəfədə (##.##.2025-ci ildə) hansısa forma və qaydada su sayğacını da qanunsuz olaraq anası (qayınanası) İddiaçı adına dəyişdirmişdir. Qeyd etmək istəyir ki, “xxxx” tərəfindən İddiaçı adına sənədləşdirilmiş abonent kodlu, ************ nömrəli sayğacın, “Azəriqaz” tərəfindən (Kart:DOD8249FB3010000) quraşdırılmış GPG******** nömrəli sayğacın formal olaraq cavabdehin anasının adına sənədləşdirilməsinə baxmayaraq yarımtikilini nikah dövründə və birgə vəsaiti hesabına əldə edilmiş və sonradan onun vəsaiti ilə usta olan qardaşı tərəfindən yaşayışa tam yararlı olmaqla təmir edilmişdir. Bunun üçün kifayət qədər vəsait xərcləsə də cavabdeh həm şifahi danışıqda, həm də mediasiya prosesində iştirak edən vəkili vasitəsi ilə ona cəmi 6000 manat pul təklif edərək evdən çıxmağı tələb etmişdir. Bu səbəbdən mediasiyada heç bir razılığa gələ bilməmişlər. O isə cavabdehə bildirdi ki, əgər 6000 manat verməklə mənzildən çıxmağı istəyirsə ona 2-3 qat artığını verir ki, evə dair heç bir iddia irəli sürməsin. Lakin cavabdeh onunla heç bir təklif barədə razılığa gəlmədi. Cavabdehin özbaşına və qanunsuz olaraq təkbaşına evi ələ keçirərək onun hüquqlarından istifadə etməyinə mane olmaqla mənzildə rahat yaşamağının qarşısını almağa cəhd etməklə yanaşı qanunsuz olaraq sayğacları anasının adına keçirtməklə evin nikah dövründə əldə edildiyi gerçəyini də dəyişməyə cəhd etmişdir. Onu da qeyd edir ki, mübahisəli tikilinin heç bir hüquqmüəyyənedici sənədi olmasa da birgə vəsaitləri ilə nikah dövründə əldə etdikləri tikilidir və cavabdehin anasının ora xərci çıxmamış, bir gün belə orada yaşamamış, bir manat belə kommunal xərc ödəməmişdir. Bunu şahidlərlə də təsdiq edə bilər. Cavabdeh həmin mənzildə yaşamağına hər cür maneə törətməyə başlayır. Belə ki, cavabdeh kommunal xətlərin sayğaclarını anasının adına keçirməklə onun vasitəsilə onu polis və ya məhkəmə ilə hədələyir, qapının kilidini polis vasitəsilə dəyişərək evə buraxmayacağını və mənzildə olan əşyalarını qaytarmayacağını bildirir. Başqa yaşayış yeri olmadığından, orda yaşamağa məcbur qaldığından və cavabdehin həmin ünvanda rahat yaşamağına maneçilik törətdiyindən hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Rövşən onun qardaşıdır. Mübahisəli evin kosmetik təmirini, yəni divar kağızının çəkilməsini özü etmişdir. Lakin evin bayırından suvaq onun tərəfindən çəkilməmişdir. Təmir xərcini qardaşının, anasının hesabına təmin etmişdir. Anası 300 manat pensiya alır. Bacısı və bacısının uşaqları da onlarla birlikdə yaşayırlar. Qardaşı pensiya almaqla yanaşı işləyir və qazanır. Kosmetik işlərin görülməsi üçün qardaşından təxminən 3000 manat pul alıb. Başqasına baha iş görsə də qardaşı üçün bu işləri daha ucuza ərsəyə gətirib. Ev 5-6 il olar alınıb, təmir isləri 2-3 il olar ki, başa çatıb. Evin təmiri fasilələrlə davam edib. Təmirdən əvvəl evdə qardaşı və yoldaşı yaşayıb. Ev alınanda təmirsiz olub.
8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 bildirimişdir kiI, cavabdeh2 qonşusudur. Əfsanə xanımı evdə görsə də Nailə xanımı orada görməyib. Evin əvvəlki sahibi qadın olub, ev təxminən 2021-2022-ci illərdə alınıb. Həmin evdə yaşayan Rövşəni, anasını və arvadını görüb. Evin özü tək daş tikildiyindən keyfiyyətsiz idi. Evdə təmir işlərini aparan Rövşənin qardaşı Elşəni görüb. Bayırdan suvaq işlərini də Elşən görüb. Təmir üçün materialları gətirənin kim olduğunu bilməsə də deyirdilər ki, evi Rövşən və öz anası təmir etdirir. Təxminən evin 25000-26000 manata alındığı deyilirdi. Evin alğı-satqısında, pulun kim tərəfindən verilməsində iştirak etmədiyindən, dəqiq məlumatı yoxdur
9. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Rövşən onun oğludur. Daha sonra qeyd etdi ki, ev 24000 manata alınıb. Evi alanda Rövşən, arvadı, anası ilə birlikdə olub. Özü bankdan pul götürüb, onlara verib. Ev nəğd pulla alınıb. Əfsanə evə görə 9000, özü isə 8000 manat qoymuşdur. Ev satılanda evin sahibi oğlan idi. Ev alınanda isə yararsız idi. Təmirini oğlu Elşən edib, təmirinə 3000 pul verib. Materialı yarsını qarşı tərəf, yarsını öz oğlu alıb. Evin bayırdan suvağını da Elşən vurub. Krediti nəvəsi 6000 manat olaraq, nəğd götürüb. Hansı bankdan götürdüyünü bilmir. Həmin borcu nəvəsi özü qaytarıb. 8000 manat faizi ilə birgə hesablanıb. Özü 450 manat pensiya alır.
10. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Quliyeva Almaz İsmayıl qızı bildirmişdir ki, Nailə qardaşının arvadıdır, ona dedi ki, qızı Nailə ailə qurur. Mübahisəli evi müvəqqəti yaşayış üçün aldı ki, qızıgil özlərinə ev alana kimi orada qalsınlar. Notariusda özü və Nailə olub. Rövşəni orada görməyib. Rövşəni bir dəfə qardaşının evində görüb, 2020-ci ildə Əfsanə ilə nikahları bağlanıb, 1 il olar ki, boşanıblar. Nailə xanım evi özü üçün alırdı. 26000 manat pul evi satan qadına verildi. Evi Nailə özü üçün axtarıb, tapıb. Təmiri Zaur adlı usta edib, divar kağızı vurub. Ev alınanda yaşayış yox idi, ev boş idi.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı “mənzildən çıxarılma və köçürülmə” tələbinə dair iddiası təmin edilərək cavabdeh cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi ünvanında yerləşən ümumi sahəsi 69 kv.m olan, 1 mərtəbəli, 2 otaqlı (*** saylı) fərdi yaşayış evindən çıxarılması, iddiaçı İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi ünvanında yerləşən ümumi sahəsi 69 kv.m olan, 1 mərtəbəli, 2 otaqlı (*** saylı) fərdi yaşayış evinə köçürülməsi; iddiaçı cavabdeh2 cavabdeh cavabdeh1 qarşı “mənzilə qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı mübahisəli fərdi yaşayış evini ##.##.2021-ci il tarixli podrat müqaviləsi əsasında V.Xankişiyevadan 25.500 manat nağd ödəniş etməklə almış olması, cavabdeh1 evin alındığı ərəfələrdə “xxxx KB” ASC ilə arasında bağlanan ##.##.2021-ci il tarixli, ****sINSH/** saylı müqavilə əsasında 8.100 manat məbləğində kredit götürməsi iş materialları ilə müəyyən edilir.
13. Məhkəmə həmçnin qeyd etmişdir ki, icraatı birləşdirlmiş iş üzrə ididaçı cavabdeh2 isə mübahisəli mənzilin birgə nikah dövründə və birgə vəsait hesabına alındığını, təmir işlərinin öz vəsaiti hesabına aparıldığını iddia etməklə, mənzilə münasibətdə mülkiyyətçi kimi ondan istifadə və sahiblik hüquqlarının pozulduğunu iddia edir. Bununla bağlı qeyd edilməlidir ki, birgə nikah dövründə əldə edilmiş əmlakın ümumiliyi prezumpsiyasına görə əksi sübut edilməyincəyədək ər-arvadın nikah dövründə əldə etdikləri əmlaklar onların ümumi birgə mülkiyyəti hesab edilir. Halbuki iş materialları ilə müəyyən edilir ki, sözügedən fərdi yaşayış evi tərəflərin birgə nikahda olduqları dövrdə alınsa da birgə vəsaitləri hesabına alınmamışdır. Belə ki, fərdi yaşayış evinin 25.500 manata cavabdehin anası tərəfindən alınmış olması tədqiq edilən müqavilə ilə öz təsdini tapır. Həmçinin, iddiaçı tərəfindən şahid qismində dindirilən şəxslərin (hansı ki, onlardan E.Məmmədov (qardaşı) və A.Məmmədova (anası) onun birinci dərəcəli qohumlarıdır) ifadələri ziddiyətli olaraq qəbul edilir. Belə ki, şahidlər fərdi yaşayış evinin alınma qiyməti, təmir vəziyyəti barədə ziddiyətli ifadələr vermişlər.
14. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respulikası Mülki Məcəlləsinin 157.8, 164.1, 164.2, 165.1, 165.2, 166.3, 180.1, 180.4, 225.1 , 225.2 və 752.2-ci maddələrinə; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsinə; “Azərbaycan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.1 və 32.2.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
15. Cavabdeh (iddiaçı) cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı İddiaçı ona qarşı “mənzildən çıxarılma və köçürülmə” tələbinin rədd edilməsi və onun cavabdeh cavabdeh1 qarşı “mənzilə qanunsuz müdaxiləyə son qoyulması” tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apelyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş mülki iş üzrə iddiaçı cavabdeh2 nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 19.Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etmişdirlər. 20.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış birləşdirilmiş mülki iş üzrə cavabdeh cavabdeh1 məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 22.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 23.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 24.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh (iddiaçı) cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçı (cavabdeh) İddiaçı iddiasının rədd edilməsi, onun iddiasının isə təmin edilməsi xahiş edilir. Kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
25.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
26.159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 27.163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 28.164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 29.164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 30.165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 31.165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 32.166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 33.180.1-180.3-cü maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 34.560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdanyalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
35.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 36.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 37.217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
38.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 39.İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, mübahisəli ev özbaşına tikilidir. İş materiallarında olan notariat qaydasında təsdiq edilmiş podrat müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evi ##.##.2021-ci il tarixdə X7 tərəfindən 25.500 manat müqabilində iddiaçı (cavabdeh) İddiaçı (bundan sonra-iddiaçı) satılmışdır. Cavabdeh (iddiaçı) cavabdeh2 (bundan sonra-cavabdeh) iddiaçının keçmiş əridir. Onlar ##.##.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 2021-ci ilin avqust ayından etibarən mübahisəli evdə birgə yaşamışlar. Nikah pozulduqdan sonra cavabdeh həmin evdə yaşamaqda davam etmişdir. 40.Məhkəməyə müraciət edən iddiaçı mübahisəli tikilinin öz vəsaiti hesabına notariat qaydasında bağlanmış müqavilə əsasında əldə edildiyini bildirmiş, qızının da evin xırda təmiri və məişət əşyalarının alınmasına vəsait sərf etdiyini inkar etməmişdir. Cavabdeh isə mübahisəli tikilinin iddiaçının qızı ilə birgə nikah dövründə birgə vəsaitləri hesabına əldə edildiyini və həmin evdən onun maneəsiz şəkildə istifadə etməsinə haqqı çatdığını bildirmişdir. 41.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və obyektiv şəkildə müəyyən etmiş, iş üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş və qanuni nəticəyə gəlmişdir. 42.Kollegiya vurğulayır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 43.Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, son illər özbaşına tikili olan yaşayış sahələri ilə bağlı alqı-satqı münasibətlərinin rəsmiləşdirilməsi məqsədilə tərəflər tərəfindən formal olaraq podrat müqaviləsi adlandırılan, lakin faktiki məzmun etibarilə alqı-satqı müqaviləsinin əsas əlamətlərini özündə əks etdirən əqdlərdən istifadə olunması geniş yayılmış təcrübədir. Hazırkı işin hallarından da görünür ki, tərəflərin həqiqi iradəsi podrat münasibətlərinin deyil, mübahisəli tikiliyə dair hüquqların müvafiq məbləğ müqabilində bir şəxsdən digər şəxsə verilməsi ilə bağlı öhdəlik hüquq münasibətlərinin yaranmasına yönəlmişdir. 44.Notariat qaydasında bağlanmış podrat müqaviləsinin həqiqiliyi prezumpsiyası qüvvədə olduğundan, həmin prezumpsiyanın əksini iddia edən cavabdehin üzərinə mübahisəli tikilinin əslində ona məxsus vəsait hesabına əldə edildiyini sübut etmək vəzifəsi düşür. Cavabdeh bu halı təsdiq etmək üçün şahid ifadələrinə istinad etmişdir. Lakin məhkəmə kollegiyası təqdim olunmuş sübutları qiymətləndirərkən nəzərə almışdır ki, şahid qismində dindirilmiş şəxslər cavabdehlə yaxın qohumluq və ya dostluq münasibətlərində olduqlarından, onların ifadələrinin obyektivliyinə təsir göstərə biləcək amillər mövcuddur. Bu səbəbdən məhkəmə kollegiyası həmin ifadələrə tənqidi yanaşaraq onları cavabdehin mövqeyini təsdiq edən kifayət qədər mötəbər və inandırıcı sübut kimi qəbul etməmişdir. 45.Cavabdehin iddiaçının qızı ilə birgə nikah dövründə mübahisəli tikilidə müəyyən təmir işləri aparması və həmin tikili üçün məişət əşyaları əldə etməsi ona həmin əmlak üzərində istifadə etmək və ya sahibliyini müdafiə etmək hüququ qazandırmır. Bununla yanaşı, nikah dövründə çəkildiyi iddia olunan xərclərlə bağlı hüquqlarının müdafiəsi imkanını da istisna etmir. Cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olduqda, həmin xərclərin müvafiq hissəsinin hesabına varlanmış şəxsdən tutularaq ona ödənilməsi tələbi ilə ayrıca qaydada məhkəməyə müraciət edə bilər. 46.Beləliklə də, iş üzrə müəyyən edilmiş hallar baxımından cavabdehin mübahisəli tikili üzərindəki sahibliyinin özbaşınalıqdan müdafiəsinə dair iddianın əsaslı hesab olunması üçün tətbiq edilməli olan maddi hüquq normalarının (MM-in 164.2 və 165.1-ci maddələri) dispozisiya şərtlərinin mövcudluğu müəyyən edilmir. 47.Həmin halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşsə də, o, bu xüsusatları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 48.Halbuki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan sübutların məcmusu isə cavabdehin etirazlarının ehtimallara əsaslandığını, mötəbər sübutlarla təsdiqlənmədiyini göstətir. 49.Əksinə, iş üzrə toplanmış sübutların məcmusundan müəyyən edilir ki, iddiaçının cavabdehə münasibətdə davranışı etibarlı hüquqi əsasa, yəni notariat qaydasında bağlanmış müqavilədən irəli gələr hüquqlara əsaslanır. Cavabdehin isə mübahisəli tikili üzərində faktiki hakimiyyətinin qanunla nəzərdə tutulmuş əsaslar üzrə yarandığı sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda cavabdehə qarşı sahibliyin müdafiəsinə dair iddia qaldırmaq hüququ yaranmışdır. Eyni zamanda, iş materiallarında həmin iddianın təmin edilməsini istisna edən hər hansı hal müəyyən olunmamışdır. 50.Bundan əlavə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı irəli sürdüyü “mənzildən çıxarılma və köçürülmə” tələbinin əsaslı olduğu müəyyən edildiyindən, qətnamənin iddiaçı cavabdeh2 cavabdeh cavabdeh1 qarşı irəli sürdüyü “mənzilə qanunsuz müdaxiləyə son qoyulması” tələbinə aid hissəsinin ayrıca araşdırılmasına və həmin hissə üzrə hüquqi qiymət verilməsinə prosessual qənaət prinsipi baxımından zərurət qalmır. 51.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 52.Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 53.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 54.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 55.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh (icraatı birləşdirilmiş iş üzrə iddiaçı) cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh (icraatı birləşdirilmiş iş üzrə iddiaçı) cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Abdıyev Fuad Babayev