Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2522/2025 05.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya qaydasında bağlanmış barışıq sazişinin məcburi qaydada təsdiq edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya qaydasında barışıq sazişinin məcburi qaydada təsdiq edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aliment hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Maraqlı şəxs ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan iki övladımız var: X3xx.xx.2020-ci il və X4-xx.xx.2021-ci il. Məhkəmədən öncə mediasiyaya müraciət etmiş və aralarında 14 saylı mediasiya təşkilatında barışıq sazişi bağlanmışdır. Həmin sazişin şərtlərinə əsasən:
1. Ata Maraqlı şəxs övladları xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 ana Ərizəçi himayəsində qalmasına razılıq verir.
2. Ana Ərizəçi, övladları xx.xx.2020-ci il X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 ilə ana Ərizəçi iştirakı olmadan, hər həftənin şənbə günü saat 09:00-dan bazar günü 21:00-a qədər sərbəst şəkildə görüşməsinə razılıq verir.
3. Ana Ərizəçi, övladları xx.xx.2020-ci il X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat alimenti ana Ərizəçi qızma ödəməyi öhdəsinə götürür.
4. Aliment hər ayın son 10 günündə Maraqlı şəxs tərəfindən Ərizəçi bank hesabına ödəniləcəkdir.
5. Alimentin ödənilməsi xx.xx.2024-cu il tarixdən hesablanacaq.
6. Tərəflər razılığa gəldilər ki, nikahın pozulması hissəsini vaxt verilmədən məhkəmə müstəvisində həll edəcəklər. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-452/2025 saylı qətnaməsi ilə Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2018-ci il tarixdə bağlanmış nikah qeydinin pozulsun qət olunmuşdur. Lakin Maraqlı şəxs barışıq sazişini könüllü icra etməkdən imtina edir. Hal-hazırda 5400 manat məbləğində aliment borcu yaranmışdır. Ona görə də, məcbur olub məhkəməyə müraciət edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Ərizəçi elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək ərizənin baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyindən məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Mehdiyevİlqar Rasim oğlu telegram vasitəsi ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə hesab edir ki, ərizəyə baxılması tərəflərin iştirakı olmadan mümkündür. Məhkəmə tərəflərin əvvəlki məhkəmə iclasında verdiyi izahatı dinləyib, iş materiallarını nəzərdən keçirib, tərəflər arasında bağlanmış barışıq sazişinin tələb edilən hissədə təsdiq edilməsini mümkün hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Beləliklə, iş materiallarından göründüyü kimi, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışı sazişi tələb edilən hissədə təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmaqla mediator X5 tərəfindən təsdiq olunmuş barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin:
1. Ana Ərizəçi, övladları xx.xx.2020-ci il X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat alimenti ana Ərizəçi ödəməyi öhdəsinə götürür.
2. Aliment hər ayın son 10 günündə Maraqlı şəxs tərəfindən Ərizəçi bank hesabına ödəniləcəkdir.
3. Alimentin ödənilməsi xx.xx.2024-cu il tarixdən hesablanacaq. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elnarə Vəliyeva