Məhkəmə qərarları › İş №2(001)-2532/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2532/2023

31.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2532/2023 31.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi əri xx.xx.1964-cü il təvəllüdlü X2 ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi əri xx.xx.1964-cü il təvəllüdlü X2 ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, Ərizəçi ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi sıra 10, 61 saylı evdə yaşayır, övladları yetkinlik yaşına çatmış, qızı ailə qurub başqa ünvanda yaşayır, iki oğlu isə onunla birlikdə yaşayırlar. Ərizəçinin 1964-cü il təvəllüdlü əri X6 2011-ci ildən evdən getmiş və bir daha geri qayıtmamışdır. İİ qrup əlil olan T.İ.Xəlilov epilepsiya xəstəliyindən və skeleroz xəstəliyindən əziyyət çəkmiş, hələ 2011-ci ilə qədər dəfələrlə evdən getmiş, bir müddətdən sonra polis vasitəsilə tapılıb evə gətirilmişdir. Sonuncu dəfə o, 2011-ci ilin yanvar ayında Binəqədi RPİ-nin 4-cü PB tərəfindən tapılıb onlara təhvil verilmişdir. T.İ.Xəlilov sonuncu dəfə xx.xx.2011-ci il tarixdə evdən gedəndən sonra ondan hər hansı bir məlumat əldə edə bilməmişlər. Ərizəçi ərinin xəbərsiz itkin düşməsi barədə ərazi üzrə Binəqədi RPİ-nə müraciət etmiş, araşdırmaların heç bir nəticəsi olmamışdır. Ərizəçi yaxın qohumları ilə birlikdə müxtəlif vasitələrlə ərini axtarmış, lakin tapa bilməmişdir. 7-ci Polis Bölməsi xx.xx.2023-cü il tarixdə ərinin axtarışının hər hansı bir nəticəsinin olmaması barədə ona yazılı məktubla cavab vermişdir. Yaşadıqları mənzilin sənədləşdirilməsi, pensiya məsələsi, ailə sənədlərinin qaydaya salınması məqsədilə ərinin ölmüş hesab edilməsi zəruridir. Ona görə də, əri xx.xx.1964-cü il təvəllüdlü X2 ölmüş hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, T.İ.Xəlilovla 1987-ci ildə nikaha daxil olmuş, birgə nikahlarından üç övladı anadan olmuşdur. Əri ürəkgetmə və skeleroz xəstəliyindən əziyyət çəkmiş, dəfələrlə evdən getmiş, bir müddət sonra polis vasitəsilə geri qaytarılmışdır. Sonuncu dəfə T.İ.Xəlilov 2011-ci ilin yanvar ayında səhər saat 5-6 radələrində Binəqədi RPİ-nin 4-cü PB əməkdaşları tərəfindən tapılıb onlara təhvil verilmişdir. Bu hadisədən 3-4 ay sonra əri itkin düşmüş, T.İ.Xəlilovu axtarmaq üçün polis bölmələrinə, xəstəxanalara müraciət etsələr, şəhərdə olan kameralara baxış keçirsələr də, heç bir məlumat əldə edə bilməmişlər. Hal-hazırda yaşadığı ev qayınatasının adınadır. X1 ölmüş elan edilməsi evin sənədləşmə işləri üçün tələb olunur. Ona görə də, əri xx.xx.1964-cü il təvəllüdlü X2 ölmüş hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Maddə 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Maddə 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Maddə 42.1. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Maddə 42.2. Nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. Maddə 42.3. Ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. Maddə 42.4. Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır. Ermənistan SSR Basarkeçər rayonunun Şəfəq kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1964-cü il tarixli İ-ZJ № 690963 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.1964-cü il tarixdə Basarkeçər rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 65 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X15, anası X7r. Ermənistan SSR Vardenis rayon Şəfəq kənd soveti tərəfindən verilmiş İİİ-CL № 295156 saylı xx.xx.1987-ci il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1964-cü ildə Vardenis rayonu Şəfəq kəndində anadan olmuş X6 ilə xx.xx.1967-ci ildə Vardenis rayonu Daşkənd kəndində anadan olmuş X19 xx.xx.1987-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 saylı qeyd aparılmış, nikaha daxil olduqdan sonra arvada Xəlilova soyadı verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli 260266 saylı vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 İİ qrup əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının SEP TSE-01 № 766834 saylı arayışının surətindən müəyyən olunur ki, İİ qrup əlil olan X2 növbəti müayinə tarixi xx.xx.2011-ci il tarixi müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.1964-cü ildə anadan olmuş ünvan 1 ünvanında qeydiyyatda olan X6 barəsində xx.xx.2011-ci ildə Binəqədi RPİ tərəfindən itkin düşən şəxs kimi axtarış işi açılmış, bununla bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin yerini müəyyən etmək mümkün olmamışdır. Hal-hazırda itkin düşmüş T.İ.Xəlilovun yerinin müəyyən olunaraq tapılması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir. Ş.P.Cəbrayılov, A.A.Namazov və D.M.Həsənova tərəfindən tətib olunmaqla imzalanmış xx.xx.2023-cü il tarixli aktdan müəyyən olunur ki, aktı tərtib edənlərin qonşuları epilepsiya və skleroz xəstəliyindən əziyyət çəkən 1964-cü il təvəllüdlü X6 2011-ci ilin fevral ayından yaşadığı evdən getmiş və bir daha geri qayıtmamışdır. Binəqədi RPİ-nin xx.xx.2011-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, xx.xx.1964-cü ildə Ermənistanda anadan olmuş X6 2011-ci ilin fevral ayında yaşadığı evdən gedərək geri qaytımadığından onun barəsində xx.xx.2011-ci ildə axtarış işi açılmışdır. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/7-532/13 saylı məktubundan müəyyən olunur ki, qeydiyyat şöbəsi ərizəçi X16 ərizəsinə etiraz etməyərək işin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, atası X6 2011-ci ildə evdən getmiş bir daha geri qayıtmamışdır. T.İ.Xəlilovu axtarmaq üçün onlar polis bölmələrinə, televiziya kanallarına müraciət etmiş, polisdə axtarış işi açılmışdır. Lakin axtarış nəticə verməmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, onunla bir evdə yaşayan qardaşı X6 xx.xx.2011-ci il tarixdə saat 5 radələrində yuxudan durub evdən çıxmış, daha sonra qardaşı barədə heç bir məlumat əldə edə bilməmişlər. Məhkəmə iclasında şahid X25 ifadəsində göstərmişdir ki, o, 34 ildir Ərizəçi ilə qonşuluqda yaşayır. Ona görə də bilir ki, 2011-ci ilin fevral ayında axşam saat 5-6 radələrində X6 itkin düşmüş, uzun müddət axtarsalar da onu tapa bilməmişlər. X6 özündən getmə və epilepsiya xəstəsi olmuş, yaddaşını tez-tez itirmişdir. xx.xx.2011-ci il tarixdən sonra o, X4 görməmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, o, Ərizəçi ilə qonşuluqda yaşayır. xx.xx.2011-ci il tarixdə X6 itkin düşmüş, polis əməkdaşları əraziyə gələrək araşdırma aparmışdır. X4 ailə üzvləri axtarsalar da heç bir məlumat əldə edə bilməmişlər. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, o, Ərizəçi ilə 1988-ci ildən qonşuluqda yaşayır. Ərizəçi əri X6 2011-ci ilin fevral ayında axşam saat 5-6 radələrində itkin düşmüşdür. Həmin gündən o, X4 görməmiş, polis əməkdaşları axtarsalarda heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, o, xx.xx.2011-ci il tarixdə axşam işdən çıxıb evə gələrkən ailə üzvlərindən epilepsiya xəstəsi olan qardaşı X2 itkin düşməsini eşitmişdir. Əvvəllər də qardaşının ünvanı səhv salıb başqa ünvana getdiyi hallar olmuşdur. Lakin 2011-ci ildə itkin düşdüyü gündən bu günə kimi onlar qardaşından heç bir məlumat ala bilməmişlər. Məhkəmə iclasında şahid X13 ifadəsində göstərmişdir ki, atası X2 yaddaş pozğunluğu və özündəngetmələri olmuş, xx.xx.2011-ci il tarixdə itkin düşmüş və həmin gündən atasından heç bir məlumat ala bilməmişlər. Polisə xəbər verilsə də atası tapılmamışdır. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, epilepsiya xəstəsi olan atası X2 dəfələrlə özündən getmələri olmuş və başından travma almışdır. Sonuncu dəfə 2011-ci ildə axşam saat 5-6 radələrində atası itkin düşmüş, onun dəfələrlə qohumları, polislər axtarmış, lakin heç bir məlumat çıxmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; Maddə 312. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Maddə 313. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Maddə 314.1. Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Maddə 315.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1964-cü il təvəllüdlü X2 xx.xx.2011-ci il tarixdən yaşadığı evdən gedərək bir daha geri qayıtmaması, ailə üzvlərinin müraciəti əsasında Bakı şəhəri Binəqədi RPİ tərəfindən açılan axtarış işi üzrə görülən tədbirlər nəticəsində, eləcə də, X2 qohumlarının axtarışı nəticəsində 12 il ərzində X2 yerinin müəyyən edilməsinin mümkün olmaması müəyyən olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, xx.xx.1964-cü il təvəllüdlü X2 yaşayış yerində onun harada olması barədə 12 il ərzində heç bir məlumat olmadığından, ərizəçiyə T.İ.Xəlilovun ölmüş elan edilməsinin müəyyən edilməsi yaşadığı evin sənədləşdirilməsi, pensiya hüququndan istifadə edə bilməsi üçün tələb olunduğundan ərizə əsaslıdır ona görə də təmin edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X6 ölmüş elan edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar