Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2588/2025 24.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs işə cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı 16 saylı Mediasiya Təşkilatı vasitəsilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/16/2024- 00213 nömrəli barışıq sazişinin təsdiq olunması və ödədiyi 100 manat dövlət rüsumunun maraqlı şəxsdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-185/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs Babaxan oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Maraqlı şəxs Babaxan oğlu arasında bağlanmış 13 yanvar 2004-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu “Leyla” nikah evi tərəfindən 37 nömrəli akt qeydi ilə rəsmiləşdirilən nikahın pozulmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 185/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs Babaxan oğlu arasında bağlanmış 13 yanvar 2004-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu “Leyla” nikah evində bağlanmış və akt qeydləri kitabında 37 nömrəli ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Göründüyü kimi, Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/16-00213 nömrəli Barışıq Sazişinin 1-ci bəndində tərəflərin razılığa gəldiyi (1. Tərəflər (Ərizəçi və Maraqlı şəxs Babaxan oğlu) xx.xx.2004-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, “Leyla” nikah evi 37 №-li nikah akt qeydinin pozulması barədə razılığa gəldilər.) məsələ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-185/2025 saylı qətnaməsi ilə öz həllini tapmışdır. Ona görə də məhkəmə həmin barışıq sazişinin birinci bəndinin təsdiqi ilə bağlı məsələyə yenidən baxa bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.17-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs işə cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilir ki, barışıq sazişinin birinci bəndində qeyd olunan tərəflər arasında bağlanmış nikahın pozulması ilə bağlı məhkəmə qətnaməsi mövcuddur. Ərizəçiyə izah edilir ki, o, barışıq sazişinin digər bəndlərinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2588/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2588/2025
24.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver