Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2607/2024 11.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 30 dekabr 2023-cü il tarixdə mediasiya qaydasında bağlanılmış barışıq sazişinin alımentin artırılması hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X13, xx.xx.2014-ci il təvəllüdlü əkiz övladları X11 və X8 anadan olmuşdur. Sonradan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində Maraqlı şəxs ilə bağlanmış nikahlarının pozulması ilə bağlı iddia qaldırmış və bunun nəticəsi olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(001)-384/2023 saylı qətnaməsi çıxmışdır. Qətnaməyə əsasən nikahın ləğv edilməsi, hər üç övladın onun yanında saxlanılması və hər bir uşağa görə hər ay 160 manat sabit pul məbləğində alimentin cəmi 480 manatının onun xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Qanununa əsasən, bu il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib, buna əsasən aliment tələbinin artırılması, bir uşağa görə 235 manat sabit pul məbləğində alimentin alınması barədə Maraqlı şəxs qarşı mediasiyaya müraciət etmişdir. Mediasiyada razılıq əldə olunaraq 30 dekabr 2023-cü il tarixində barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxs ilə aşağıdakılar barədə razılığa gəlmişlər: -Birgə nikahdan olan övladları xx.xx.2013-cü il təvəllüdlü X13, xx.xx.2014-cü il təvəllüdlü əkiz övladları X11 və X8 yetkinlik yaşına çatana qədər maddi tələbatlarının ödənilməsi və saxlanılması üçün -ata, Maraqlı şəxs hər ay övladlarının saxlanılması üçün hərəsinə 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 705(yeddi yüz beş) manat aliment məbləğinin ödənilməsini öhdəsinə götürür. Aliment məbləği hər ayın ikinci ongünlüyündə onun adına olan bank kart hesabına ödəniləcək. Razılığa gəlirlər ki, ata Maraqlı şəxs hər həftənin şənbə və ya bazar günləri, həmçinin qeyri iş günü olan bayram günlərində, yeni ildə (31 dekabr tarixi istisna olmaqla), Novruz, Qurban və Ramazan bayramlarında, eyni zamanda övladlarının doğum günlərindən bir gün əvvəl və ya sonra görüş keçirilməsi (ay ərzində bir gün gecələmək şərti ilə) imkanının yaradılacağını o, Ərizəçi öhdəlik olaraq öz üzərinə götürür. Ata, Maraqlı şəxs uşaqlarla görüş keçirilməsinə dair vaxta qəti riayət edəcəyini öz öhdəsinə götürür. Ata, Maraqlı şəxs uşaqlarla ünsiyyət üçün onları 1(bir) ədəd smartfon telefonla təmin etməyi(nömrə ilə birlikdə) və aylıq internet üzrə ödənişlərin həyata keçirilməsini öz öhdəsinə götürür. Buna baxmayaraq Maraqlı şəxs barışıq sazişində qeyd olunan öhdəlikləri yerinə yetirməsə, qanunvericiliyin tələbinə görə məhkəmə tərəfindən sadələşdirilmiş icraat qaydasında həmin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi nəzərdə tutulmuşdur. Barışıq sazişinin imzalanmasından artıq 10 gün müddəti keçmişdir və sazişdə göstərilən öhdəliklər icra edilməmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X5 ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Həmçinin əlavə olaraq bildirdi ki, barışıq sazişinin digər hissələri icra edildiyi üçün, barışıq sazişinin yalnız alimentin artırılması hissəsində təsdiq edilməsini istəyirlər. Maraqlı şəxslər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən proses iştirakçısının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİİ seriyalı 027092 №-li, AZ-İİİ seriyalı 372109 №-li və AZ-İİİ seriyalı 372110 №-li doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 08 yanvar 2013-cü il təvəllüdlü X9, 25 iyul 2014-cü il təvəllüdlü X4 və 25 iyul 2014-cü il təvəllüdlü X6 atası Maraqlı şəxs, anası Ərizəçidır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməmsinin 2(001)-384/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində bağlanmış xx.xx.2011-ci il tarixli 470 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X13, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X4 anaları Ərizəçi yanında saxlanılması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Maraqlı şəxs hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulması qət edilmişdir. X1 vasitəsi ilə Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 30 dekabr 2023-cü il tarixli MŞB/18/2023-01696 nömrəli barışıq sazişindən görünür ki, tərəflər birgə nikahdan olan övladları xx.xx.2013-cü il təvəllüdlü X13, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər maddi tələbatlarının ödənilməsi və saxlanılması üçün ata Maraqlı şəxs hər ay övladlarının saxlanılması üçün hərəsinə 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 705 (yeddi yüz beş) manat aliment məbləğinin ödənilməsini öhdəsinə götürür. Aliment məbləği hər ayın ikinci on günlüyündə Ərizəçi adına olan bank kart hesabına ödəniləcək. Tərəflər razılığa gəlirlər ki, ata Maraqlı şəxs hər həftənin şənbə və ya bazar günləri, həmçinin qeyri iş günü olan bayram günlərində, Yeni ildə (31 dekabr tarixi istisna olmaqla), Novruz, Qurban və Ramazan bayramlarında, eyni zamanda övladlarının doğum günlərindən bir gün əvvəl və ya sonra görüş keçirilməsi (ay ərzində bir gün gecələmək şərti ilə) imkanının yaradılacağını o, Ərizəçi öhdəlik olaraq öz üzərinə götürür. Tərəf Maraqlı şəxs öhdəlik olaraq üzərinə götürür ki, uşaqlarla görüş keçirilməsinə dair vaxta qəti riayət edəcək. Tərəf Maraqlı şəxs uşaqlarla ünsiyyət üçün onları 1(bir) ədəd smartfon telefonla təmin etməyi(nömrə ilə birlikdə) və aylıq internet üzrə ödənişlərin həyata keçirilməsini öz öhdəsinə götürür. 26 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün ərizəçi tərəfindən cəmi 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış 30 dekabr 2023-cü il tarixli barışıq sazişinin mübahisələndirilən hissəsinin müddəalarını təhlil edərək və Mülki Prosessual Məcəllənin 355-26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Maraqlı şəxs barışıq sazişinin alimentin artırılması hissəsi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişinin həmin hissəsi məcburi icrası üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 30 dekabr 2023-cü il tarixdə mediator X7 vasitəsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin aşağıda göstərilən hissəsi məcburi icrası üçün təsdiq edilsin: -Tərəflər birgə nikahdan olan övladları xx.xx.2013-cü il təvəllüdlü X13, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər maddi tələbatlarının ödənilməsi və saxlanılması üçün ata Maraqlı şəxs hər ay övladlarının saxlanılması üçün hərəsinə 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 705 (yeddi yüz beş) manat aliment məbləğinin ödənilməsini öhdəsinə götürür. Aliment məbləği hər ayın ikinci on günlüyündə Ərizəçi adına olan bank kart hesabına ödəniləcək. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2607/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2607/2024
11.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver