Məhkəmə qərarları › İş №2(001)-2610/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2610/2024

27.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2610/2024 27.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, Ərizəçi2 nümayəndəsi və vəkili Vəkil və Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 xx.xx.1998-ci il tarixdə Bakı şəhəri Ə.F.Qarayev adına 2 saylı X1 ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 xx.xx.1998-ci il tarixdə Bakı şəhəri Ə.F.Qarayev adına 2 saylı X1 vəfat etmiş, uşaq xəstəxanada bir gün qaldığından qeydiyyata alınmamış, uşağın atasının ölümündən sonra vərəsəliyin qəbul edilməsi mərhələsində uşağın ölmüş şəxs kimi qeydə alınmaması aşkar edilmişdir. Hal-hazırda X7 ölüm haqqında şəhadətnamə alınmadığından, vərəsəlik üzrə sənədləşmənin yekunlaşdırılması mümkün deyil. Hakbuki, X11 xx.xx.1998-ci il tarixdə vəfat etmiş və Masallı rayonunun Hişkədərə kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 nümayəndəsi və vəkili Vəkil və Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verdilər və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan XXİ-ЖГ 252338 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X3, anası isə Ərizəçi2dır. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Hişkədərə kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 481 saylı arayışından görünür ki, xx.xx.1997-ci il tarixdə anadan olmuş X11 xx.xx.1998-ci il tarixdə vəfat etmiş və Masallı rayonunun Hişkədərə kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan “X12” X8 xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, X11 1998-ci ilin Ə.F.Qarayev adına 2 saylı X2 ölüm hallarının qeydiyyat jurnalından keçməmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, X6 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə ölümün qeydə alınmasından imtina edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində məhkəməyə bildirdi ki, xx.xx.1997-ci il tarixdə anadan olmuş X11 xx.xx.1998-ci il tarixdə vəfat etmiş və Masallı rayonunda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində məhkəməyə bildirdi ki, xx.xx.1997-ci il tarixdə anadan olmuş X11 xx.xx.1998-ci il tarixdə vəfat etmiş və Masallı rayonunda dəfn edilmişdir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, X6 məhz Bakı şəhəri Ə.F.Qarayev adına 2 saylı X1 ölməsi faktı iş materiallarında olan sənədlərlə təsdiq edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, ərizə qismən - xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi hissəsində təmin edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar