Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2619/2025 03.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Şəki 1 saylı Mediasiya Təşkilatında 27 dekabr 2024-cü il tarixdə Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, yaxın qohumu olan Maraqlı şəxs Bakı şəhərində ticarət qurulması məqsədilə 2023-cü ilin yanvar ayından 2023-cü ilin avqust ayınadək 462.000 manat nağd pul, 2023-cü ilin avqust ayından 2024-cü ilin 25 mart tarixinədək 338.000 manat məbləğində pul vəsaiti olmaqla, cəmi 800.000 manat məbləğində borca pul vermişdir. Şəki 1 saylı Mediasiya Təşkilatında 27 dekabr 2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 9-cu bəndində qeyd edilmişdir ki, mediasiya prosesi zamanı birinci tərəf- Ərizəçi ticarət qurulması məqsədi ilə ümumilikdə 800.000 Azərbaycan manatı borc pul məbləğinin ikinci tərəfə- Maraqlı şəxs verdiyini və ikinci tərəf də həmin məbləği aldığını və həmin məbləği qaytarmağı öhdəsinə götürdü və tərəflər qarşılıqlı olaraq razılaşdılar. Həmin sazişin 10-cu bəndində qeyd edilmişdir ki, proses zamanı ikinci tərəf ümumilikdə 800.000 Azərbaycan manatı məbləğinin xx.xx.2025ci il tarixdən başlayaraq 1 il müddətində 1 ayın içində olmaqla, aylıq 66666 manat məbləğində pulu birinci tərəfə nağd və ya nağdsız şəkildə qaytarmasını öhdəsinə götürdü və birinci tərəf Ərizəçi həmin məbləği onun şəxsən özünə və ya etibar etdiyi digər şəxsə verilə biləcəyini bildirdi və tərəflər razılaşdılar. Barışıq sazişinin bağlanmasından 2 ay vaxt keçməsinə baxmayaraq Maraqlı şəxs öhdəliyinə əməl etmir. Məqsədi vaxt udmaqla barışıq sazişində qeyd olunan məbləği ərizəçiyə ödəməmək və könüllü icra etməkdən yayınmaqdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək bildirdi ki, maraqlı şəxs qəsdən barışıq sazişini icra etmək istəmir, borcu hissəhissə ödəməyi öhdəsinə götürsə də, öhdəliyi icra etmir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixdə, Şəki 1 saylı Mediasiya təşkilatı vasitəsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişindən görünür ki: Tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəldilər.
1. Birinci tərəf Ərizəçi bildirdi ki, yaxın qohumu olan ikinci tərəfə- Maraqlı şəxs Bakı şəhərində ticarət qurulması məqsədi ilə yanvar 2023-cü il tarixdən avqust 2023-cü il tarixədək 462000 (dörd yüz altmış iki min) manat nəğd pul verdiyini, (Həmin məbləğə aiddir, satılmış, 53000 (əlli üç min) manat dəyərində 4 ədəd Toyota Prius markalı avtomobil və Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən birinci tərəfin pulu ilə ikinci tərəfin adına alınmış 130000(yüz otuz min) manat dəyərində 2 otaqlı bina mənzili) Avqust 2023cü il tarixdən 25 mart 2024-cü il tarixədək 13000000 (on üç milyon) Rusiya rublu və ya 338000 (üç yüz otuz səkkiz min) Azərbaycan manatı dəyərində nağd pulu ikinci tərəfin əvvəlcədən dediyi şəxslərə göndərdiyini bildirdi. Birinci tərəf bildirdi ki, ikinci tərəfin ümumilikdə ona 800000 (səkkiz yüz min) Azərbaycan manatı borcu olmuşdur. Birinci tərəf- Ərizəçi qeyd etmişdir ki, bir müddət sonra məlum olmuşdur ki, ikinci tərəf Maraqlı şəxs birgə ticarət qurulması ilə bağlı öhdəsinə götürdüyü işləri görməmiş, nəticədə tərəflər arasında mübahisə yaranmışdır.
2. Birinci tərəf- Ərizəçi mediasiyaya müraciət edərək, ikinci tərəfə- Maraqlı şəxs verdiyi ümumilikdə 800000 (səkkiz yüz min) Azərbaycan manatı borcu geri qaytarılması tələbi ilə təklif vermişdir.
3. İkinci tərəf mediasiya prosesində könüllü iştirak edərək, birinci tərəfin verdiyi təkliflə tanış olaraq razılaşdığını bildirdi.
4. Mediasiya prosesi zamanı birinci tərəf- Ərizəçi ticarət qurulması məqsədi ilə ümumilikdə 800000 (səkkiz yüz min) Azərbaycan manatı borc pul məbləğini verdiyini və ikinci tərəf- Maraqlı şəxs da həmin məbləği aldığını öhdəsinə götürərək qarşılıqlı fikir bildirdilər.
5. Mediasiya prosesi zamanı ikinci tərəf- Maraqlı şəxs, yaranmış borcun hissə-hissə qaytarılması tələbi təklifini bildirdi.
6. Birinci tərəf- Ərizəçi ikinci tərəfin- Maraqlı şəxs yaranmış borcun hissə-hissə qaytarılması təklifi ilə razılaşdığını bildirdi.
7. İkinci tərəf- Maraqlı şəxs yaranmış borca görə birinci tərəfdən onun ailəsindən heç bir şəxsin bu məsələlərə qarşı heç bir məsuliyyətinin olmaması təklifini bildirdi.
8. X1 şərtləri izah olundu və aşağıdakı şərtlərlə barışıq sazişinə razılaşdılar.
9. Mediasiya prosesi zamanı birinci tərəf- Ərizəçi ticarət qurulması məqsədi ilə ümumilikdə 800.000 (səkkiz yüz min) Azərbaycan manatı borc pul məbləğinin ikinci tərəfə- Maraqlı şəxs verdiyini və ikinci tərəf də həmin məbləği aldığını və həmin məbləği qaytarmağı öhdəsinə götürdü və tərəflər qarşılıqlı olaraq razılaşdılar.
10. Proses zamanı ikinci tərəf ümumilikdə 800.000 (səkkiz yüz min) Azərbaycan manatı borc pul məbləğinin xx.xx.2025-ci il tarixdən başlayaraq 1 (bir) il müddətində bir ayın içində olmaqla, aylıq 66666 (altmış altı min altı yüz altmış altı) manat məbləğində pulu birinci tərəfə nağd və ya nağdsız şəkildə qaytarmasını öhdəsinə götürdü və birinci tərəf Ərizəçi həmin məbləği onun şəxsən özünə və ya etibar etdiyi digər şəxsə verilə biləcəyini bildirdi və tərəflər qarşılıqlı olaraq razılaşdılar.
11. İkinci tərəf- Maraqlı şəxs yaranmış borcun qaytarılması zamanı bəzən bir aylıq ödəniş məbləğində gecikmə olduğu halda növbəti iki ayın ödənişini birlikdə verilməsinin nəzərə alınması təklifini verdi və tərəflər qarşılıqlı olaraq razılaşdılar.
12. İkinci tərəf- Maraqlı şəxs yaranmış borca görə birinci tərəfdən onun ailəsindən heç bir şəxsin bu məsələlərə qarşı heç bir məsuliyyətinin olmaması təklifini bildirdi və tərəflər qarşılıqlı olaraq razılaşdılar.
13. Mediasiya prosesi zamanı hər iki tərəfə bağlanmış Sazişin şərtlərinin pozulması halında xüsusi icraat qaydasında məhkəməyə müraciət etmə hüquqlarının olduğu izah olundu.
14. Tərəflər arasında digər mübahisə yoxdur. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişini təhlil edərək və Mülki Prosessual Məcəllənin 355-26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, maraqlı şəxs barışıq sazişi üzrə öhdəliyini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixdə, Şəki 1 saylı Mediasiya təşkilatı vasitəsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış aşağıdakı şərtləri özündə əks etdirən MŞŞ/1/02329, №0070024 saylı barışıq sazişi məcburi icrası üçün təsdiq edilsin:
1. Birinci tərəf Ərizəçi bildirdi ki, yaxın qohumu olan ikinci tərəfə- Maraqlı şəxs Bakı şəhərində ticarət qurulması məqsədi ilə yanvar 2023-cü il tarixdən avqust 2023-cü il tarixədək 462000 (dörd yüz altmış iki min) manat nağd pul verdiyini, (Həmin məbləğə aiddir, satılmış, 53000 (əlli üç min) manat dəyərində 4 ədəd Toyota Prius markalı avtomobil və Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən birinci tərəfin pulu ilə ikinci tərəfin adına alınmış 130000(yüz otuz min) manat dəyərində 2 otaqlı bina mənzili) Avqust 2023cü il tarixdən 25 mart 2024-cü il tarixədək 13000000 (on üç milyon) Rusiya rublu və ya 338000 (üç yüz otuz səkkiz min) Azərbaycan manatı dəyərində nağd pulu ikinci tərəfin əvvəlcədən dediyi şəxslərə göndərdiyini bildirdi. Birinci tərəf bildirdi ki, ikinci tərəfin ümumilikdə ona 800000 (səkkiz yüz min) Azərbaycan manatı borcu olmuşdur. Birinci tərəf- Ərizəçi qeyd etmişdir ki, bir müddət sonra məlum olmuşdur ki, ikinci tərəf Maraqlı şəxs birgə ticarət qurulması ilə bağlı öhdəsinə götürdüyü işləri görməmiş, nəticədə tərəflər arasında mübahisə yaranmışdır.
2. Birinci tərəf- Ərizəçi mediasiyaya müraciət edərək, ikinci tərəfə- Maraqlı şəxs verdiyi ümumilikdə 800000 (səkkiz yüz min) Azərbaycan manatı borcu geri qaytarılması tələbi ilə təklif vermişdir.
3. İkinci tərəf mediasiya prosesində könüllü iştirak edərək, birinci tərəfin verdiyi təkliflə tanış olaraq razılaşdığını bildirdi.
4. Mediasiya prosesi zamanı birinci tərəf- Ərizəçi ticarət qurulması məqsədi ilə ümumilikdə 800000 (səkkiz yüz min) Azərbaycan manatı borc pul məbləğini verdiyini və ikinci tərəf- Maraqlı şəxs da həmin məbləği aldığını öhdəsinə götürərək qarşılıqlı fikir bildirdilər.
5. Mediasiya prosesi zamanı ikinci tərəf- Maraqlı şəxs, yaranmış borcun hissə-hissə qaytarılması tələbi təklifini bildirdi.
6. Birinci tərəf- Ərizəçi ikinci tərəfin- Maraqlı şəxs yaranmış borcun hissə-hissə qaytarılması təklifi ilə razılaşdığını bildirdi.
7. İkinci tərəf- Maraqlı şəxs yaranmış borca görə birinci tərəfdən onun ailəsindən heç bir şəxsin bu məsələlərə qarşı heç bir məsuliyyətinin olmaması təklifini bildirdi.
8. X1 şərtləri izah olundu və aşağıdakı şərtlərlə barışıq sazişinə razılaşdılar.
9. Mediasiya prosesi zamanı birinci tərəf- Ərizəçi ticarət qurulması məqsədi ilə ümumilikdə 800.000 (səkkiz yüz min) Azərbaycan manatı borc pul məbləğinin ikinci tərəfə- Maraqlı şəxs verdiyini və ikinci tərəf də həmin məbləği aldığını və həmin məbləği qaytarmağı öhdəsinə götürdü və tərəflər qarşılıqlı olaraq razılaşdılar.
10. Proses zamanı ikinci tərəf ümumilikdə 800.000 (səkkiz yüz min) Azərbaycan manatı borc pul məbləğinin xx.xx.2025-ci il tarixdən başlayaraq 1 (bir) il müddətində bir ayın içində olmaqla, aylıq 66666 (altmış altı min altı yüz altmış altı) manat məbləğində pulu birinci tərəfə nağd və ya nağdsız şəkildə qaytarmasını öhdəsinə götürdü və birinci tərəf Ərizəçi həmin məbləği onun şəxsən özünə və ya etibar etdiyi digər şəxsə verilə biləcəyini bildirdi və tərəflər qarşılıqlı olaraq razılaşdılar.
11. İkinci tərəf- Maraqlı şəxs yaranmış borcun qaytarılması zamanı bəzən bir aylıq ödəniş məbləğində gecikmə olduğu halda növbəti iki ayın ödənişini birlikdə verilməsinin nəzərə alınması təklifini verdi və tərəflər qarşılıqlı olaraq razılaşdılar.
12. İkinci tərəf- Maraqlı şəxs yaranmış borca görə birinci tərəfdən onun ailəsindən heç bir şəxsin bu məsələlərə qarşı heç bir məsuliyyətinin olmaması təklifini bildirdi və tərəflər qarşılıqlı olaraq razılaşdılar.
13. Mediasiya prosesi zamanı hər iki tərəfə bağlanmış Sazişin şərtlərinin pozulması halında xüsusi icraat qaydasında məhkəməyə müraciət etmə hüquqlarının olduğu izah olundu.
14. Tərəflər arasında digər mübahisə yoxdur. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Fərid Hətəmzadə