Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2634/2024 04.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçi iştirakı ilə X1 18 fevral 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 04 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İşin halları: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 27 iyul 1980-cı il tarixdə doğulmuş arvadı X1 18 fevral 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. İzahat, şahid ifadələri: Məhkəmə iclasında Ərizəçi izahatında göstərdi ki, X5 onun arvadıdır. Arvadı şəkər xəstəliyindən əziyyət çəkirdi. 18 fevral 2024-cü il tarixdə o işdə olarkən böyük oğlu ona zəng vuraraq anasının vəziyyətinin pis olduğunu demişdir. O, təcili olaraq evə gəlmiş, lakin artıq arvadı vəfat etmişdir. Təcili tibbi yardım işçiləri evə gələndə artıq arvadı vəfat etmişdi. Sonradan o, ölüm haqqında tibbi şəhadətnamə və ölüm haqqında şəhadətnamə almaq üçün müvafiq olaraq 35 nömrəli şəhər poliklinikasına və Maraqlı şəxsnə müraciət etsə də, istəyinə nail ola bilmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Arvadı Pirşağı qəsəbəsində Şuşa qəbirstanlığında dəfn olunmuşdur. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ərizəçi onun oğlu, mərhum Vüsalə Məmmədova isə gəlinidir. Gəlini şəkər xəstəliyindən əziyyət çəkirdi. 18 fevral 2024-cü il tarixdə səhər mətbəxdə olan zaman qəfil qışqırmış və yerə yıxılmışdır. Onlar dərhal təcili tibbi yardım çağırmalarına baxmayaraq, həkim köməyi gəlincə gəlini artıq vəfat etmiş, 19 fevral 2024-cü il tarixdə Pirşağı qəsəbəsindəki qəbirstalıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, ərizəçinin ailəsi ilə qonşuluqda yaşayır. 18 fevral 2024-cü il tarixdə onun nəvələri həyətdən evə qalxıb qonşuda səs-küy olduğunu demiş, o, gəlini ilə Paşagilin evinə keçmiş, Paşanın ağladığını, arvadı Vüsalənin isə yerdə uzanılı vəziyyətdə olduğunu görmüşlər. Təcili tibbi yardım əməkdaşları Vüsalənin vəfat etdiyini bildirmişlər. Səhəri gün Vüsalə Pirşağı qəsəbəsində qəbirstanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 digər şahidlərin ifadələrinə uyğun ifadə verdi. Tədqiq edilən sübutlar: - nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X1 əridir. - “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən görünür ki, 18 fevral 2024-cü il tarixdə, saat 18:35-də ünvan 1 ünvanında X1 meyidi aşkar edilmişdir. - Pirşağı Bələdiyyəsi tərəfindən verilmiş 23 fevral 2024-cü il tarixli, 20 saylı arayışda göstərilmişdir ki, X5 19 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Şuşa qəbirstanlığında dəfn olunmuşdur. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X12 “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X12 35 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 23 fevral 2024-cü il tarixli, 59 nömrəli məktubda göstərilmişdir ki, “vətəndaş X5 08 iyun 2021ci ildən 35 nömrəli şəhər poliklinikasında tibbi qeydiyyatdadır. xx.xx.2021-ci ildən “Şəkərli Diabet tip 2, orta ağırlıqda” diaqnozu ilə endokrinoloq tərəfindən dispanser qeydiyyata götürülmüşdür. Xəstənin poliklinikaya son müraciəti xx.xx.2023-cü il tarixində “M19 dəqiqləşdirilməmiş artroz” diaqnozu ilə cərraha müraciət etmişdir. Xəstənin ölüm səbəbi bəlli olmadığı üçün ölüm haqqında arayış verilməsindən imtina olunmuşdur.” - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlandırılmış 23 fevral 2024-cü il tarixli məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Arvadınızın adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir.” Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X1 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi arvadı X1 18 fevral 2024-cü il tarixdə vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 27 iyul 1980-cı il tarixdə doğulmuş X1 18 fevral 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2634/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2634/2024
04.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver