Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2638/2025 05.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya qaydasında bağlanmış barışıq sazişinin məcburi qaydada təsdiq edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya qaydasında barışıq sazişinin məcburi qaydada təsdiq edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, MŞB/3/2025-00007 nömrəli, 25.01,2025-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Birinci tərəf qismində Ərizəçi ikinci tərəf Maraqlı şəxs ilə birlikdə aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Bakı 3 savlı Mediasiya Təşkilatına müraciət etmişdir. Müraciəti əsasında MŞB/3/2025-00007 nömrəli mediasiya işi açılmış və baxılması üçün mediatora (B.Cəfərova) həvalə edilmişdir. Mediatorun iştirakı ilə mübahisənin müzakirəsi zamanı Maraqlı şəxs ilə müəyyən razılaşma (Maraqlı şəxs təklif etdi ki, birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 atası Ərizəçi ilə hər həftənin şənə və ya bazar günləri, həftədə 1 dəfə olmaqla ananın iştirakı ilə ünsiyyətdə olmasına (aparmamaq şərti ilə) təklifini verdi və bunun müqabilində alimentdən imtina etdi. 1-ci tərəf Ərizəçi, 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahlarında doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə və ya bazar günləri həftədə 1 dəfə olmaqla ünsiyyətdə olmasına (aparmamaq şərti ilə) təklifini və bunun müqabilində Maraqlı şəxs alimentdən imtina etməsi barədə tələblərini qəbil edir (etiraz etmir). X4 təsdiq olunmasına baxmayaraq, saziş aliment hissəsində Maraqlı şəxs tərəfindən imtina barədə icra şöbəsinə müraciət edilməsinə (ərizə ilə müraciət edərək, barışıq sazişini təqdim olunmasına) baxmayaraq Binəqədi rayon icra şöbəsinin Ruslan adlı icra məmuru sənədləri qəbul etməkdən imtina edərək məhkəmə qərarı tələb edir. Bu səbəbdən də Saziş icra olunmamışdır. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətdə keçmişdir. Barışıq sazişinin məzmunu aşağıdakı kimidir:
1. İİ tərəf Maraqlı şəxs, İ tərəf Ərizəçi ilə birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 atası atası Ərizəçi ilə hər həftənin şənbə və ya bazar günləri həftədə 1 dəfə olmaqla, ananın iştirakı ilə ünsiyyətdə olmasına (aparmaması şərti ilə) etiraz etmir və bunun müqabilində alimentdən imtina edir.
2. İ tərəf Ərizəçi, İİ tərəf Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X2 ilə şənbə və ya bazar günləri həftədə 1 dəfə olmaqla ünsiyyətdə olması barədə (aparmaması şərti ilə) təklifini və bunun müqabilində Maraqlı şəxs alimentdən imtina etməsi barədə tələblərini qəbul edir (etiraz etmir). Qeyd olunanlara əsasən ərizəçi barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək verdiyi izahatında ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, sazişə əsasən onun uşaqla ünsiyyət qaydası müəyyən edilmiş, maraqlı şəxs alimentdən imtina etmişdir. Daha sonra uşağı bayram günlərində aparmaq istədiyindən maraqlı şəxs ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmiş və qətnamə qəbul edilməklə icraya göndərilmişdir. Bundan sonra onunla maraqlı şəxs arasında yenidən hazırki sazişin şərtlər qaydasında razılıq əldə edilmiş, alimentin icrasında imtina edilən zaman icra məmuru sazişi qəbul etməyərək sazişin təsdiq edilməsinə dair qətnamə tələb etmişdir. Uşaqla ünsiyyətə dair hissədə saziş icra edilir, eləcə də maraqlı şəxsin aliment tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil ərizə ilə razı olduğunu bildirərək verdiyi izahatında bildirdi ki, barışıq sazişinə hal-hazırda əməl olunur, ərizəçi uşaqla görüşür və ana isə alimentdən imtina etmişdir. Bu səbəbdən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin təsdiq edilməsi üçün əsasların mövcud olmadığını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini mümkün hesab etmir. Belə ki, xx.xx.2025-ci il tarixli MŞB/3/2025-00007 saylı barışıq sazişinin İ bəndi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından göründüyü kimi, barışıq sazişinini İ bəndi hal-hazırda icra olunmaqdadır. Bu səbəbdən barışıq sazişi həmin hissədə təsdiq edilə bilməz. xx.xx.2025-ci il tarixli MŞB/3/2025-00007 saylı barışıq sazişinin İİ bəndi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsinin 75.5-ci maddəsinə görə, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş bağlamaq hüququna malikdirlər, əks təqdirdə valideynlər uşağı saxlamadıqda aliment məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ... alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması ... tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. «Uşaq hüquqları bəyənnaməsi»nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə “Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın hüquqları valideynin hüquqlarından daha üstün tutulmalı, həmçinin hazırda aliment ödənilən tərəf vasitəçi olduğundan və qeyd olunan hal uşağın üstün mənafeyinə uyğun olmadığından barışıq sazişinin İİ bəndi də təsdiq edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya qaydasında bağlanmış barışıq sazişinin məcburi qaydada təsdiq edilməsinə” dair ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya qaydasında bağlanmış barışıq sazişinin məcburi qaydada təsdiq edilməsinə” dair ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elnarə Vəliyeva