Məhkəmə qərarları › İş №2(001)-2641/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2641/2024

05.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2641/2024 05.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Sadiqov Daməd Əli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə, daha sonra ərizəyə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, anası X1 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə onun anası xx.xx.1942-ci il təvəllüdlü vəfat etmişdir. Poliklinkada qeydiyyatı olmadığı üçün onun ölümü haqqında şəhadətnaməni almamışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, ərizəçi onun qohumudur. Ərizəçinin anası ev şəraitində 2024-cü ildə vəfat etmişdir. Məhkəmədə şahid X6 bildirdi ki, ərizəçi onun qohumudur. Ərizəçinin anası Binəqədi rayonunda yerləşən evdə vəfat etmişdir. Mərhum Binəqədi qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, həqiqətən də xx.xx.2024-cü il tarixdə Binəqədi qəsəbəsinin Kənd qəbristanlığında X1 dəfni icra olunmuşdur. Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 10 nömrəli şəhər poliklinkasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, döngə 1, ev 49A ünvanında qeydiyyatda olmuş, TTYS-nın xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdə saat: 23:11-də Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, döngə 1, ev 49A ünvanında vəfat etmiş, xx.xx.1942-ci il təvəllüdlü X3 Binəqədi rayonu 10 nömrəli şəhər poliklinikasında ambulator kartası yoxdur və poliklinikaya hər-hansı bir xəstəliklə əlaqədar müraciəti olmamışdır. Bu səbəbdən 10 nömrəli şəhər poliklinikası tərəfindən mərhum X3 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi müraciətinə baxılmış və bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Anasının ölüm haqqında tibbi şəhadətnamə tərəfindən şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi mümkün olmamış, bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Təcili və X4 Stansiyasının “ölüm haqqında xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsi”nin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:11-də ünvan 2 ünvanında yaşayan X1 adına çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda X1 meyidini aşkar etmişdir. AZE 03515143 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1942ci il tarixdə Ukrayna, Dnepropetrovsk vilayətində anadan olmuş, yaşayış yeri Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, döngə 1, ev 49A olmuşdur. İİİ-НО 470719 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi atası X7, anası isə X2. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.1942-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şərh edilənləri məhkəmə hesab edir ki, xx.xx.1942-ci il təvəllüdlü X1 yaşadığı ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1942-ci il təvəllüdlü X1 yaşadığı ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar